Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Kulturoloji - alternativ düşüncələr" kitabı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2007-ci ildə nəşr olunub. Modern kulturologiya sahəsinə aid bu kitabdakı elmi-intellektual materiallar dünyanın mədəniyyət vasitəsiylə dərkinə aiddir.

Müəllif:

Aydın Xan (Aydın Əhməd oğlu Əbilov)


Kateqoriya:

Gənc yazarların e-kitabı



Qısa Təsvir:

"Kulturoloji - alternativ düşüncələr" adlı kitab Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2007-ci ildə nəşr olunub. Respublikamızın əksər ictimai kitabxanalarına paylanılıb. Modern kulturologiya sahəsinə aid bu kitabdakı elmi-intellektual materiallar dünyanın mədəniyyət vasitəsiylə dərki, sənət və ədəbiyyat hadisələrinin fəlsəfəsini aydınlaşdırmaq, yeni - fərqli kulturoloji baxışların formalaşdırılması, polemik-yaradıcı düçüncəmizin inkişafı baxımdan maraqlı mənbə sayıla bilər... Bəsti Əlibəyli . Mətnə sədaqət və tənqid mədəniyyəti.


Baxış sayı: 679
    
    


www.kitabxana.net

Milli Virtual Kitabxananın təqdimatında

 

Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu ilə   http://www.kitabxana.net  - Milli Virtual Kitabxananın "Gənc yazarların İnternet resurslarında e-kitabla iştirakı təlimi" ("Gənc yazarların maarifləndirilməsi. İnformasiya texnologiyaları istifadəsinin inkişafı" altbölümü) kulturoloji-innovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayılır.

 

Elektron Kitab N 06

YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 06 (78 - 2012)

 

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında 
Azərbaycan Gənclər Fondu
: 

http://youthfoundation.az

 

Aydın Xan (Əbilov)

 

“Kulturoloji – alternativ düşünçələr”

 

Elmi-analitik, kulturoloji-tənqidi yazılar

 

Kitab Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə, Azərbaycan Yazıçılar Birliyinin qərarı əsasında nəşr olunub...

 

YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 06 (78 - 2012)

Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq

 YYSQ - Milli Virtual Kitabxana. Bakı – 2012

 

"Kulturoloji - alternativ düşüncələr" adlı kitab Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2007-ci ildə nəşr olunub. Respublikamızın əksər ictimai kitabxanalarına paylanılıb. Modern kulturologiya sahəsinə aid bu kitabdakı elmi-intellektual materiallar dünyanın mədəniyyət vasitəsiylə dərki, sənət və ədəbiyyat hadisələrinin fəlsəfəsini aydınlaşdırmaq, yeni - fərqli kulturoloji baxışların formalaşdırılması, polemik-yaradıcı düçüncəmizin inkişafı baxımdan maraqlı mənbə sayıla bilər...

Əlavə:


Bəsti Əlibəyli . Mətnə sədaqət və tənqid mədəniyyəti

Yazıçı, tənqidçi-kulturoloq Aydın Xan Əbilovun "Kulturoloji alternativ düşüncələr" kitabı "Elm" nəşriyyatında çapdan çıxıb. Kitab gənc yazarlar içində və ədəbi mühitdə fəal, passionar enerjisiylə seçilən Aydın Xanın çağdaş Azərbaycan mədəniyyəti, ədəbiyyatı və filologiyasına yenilikçi baxışlar məcmusudur. Altı bölümdə təqdim edilən və analitik tənqid, məruzə, məqalə, icmal-portret, resenziya, ədəbi söhbət kimi müxtəlif janrları əhatə edən yazıları iki əsas xətt birləşdirir. Bunlardan birincisi yazarın təhlilə cəlb etdiyi predmet və problemlərə yeni texnologiyalarla, qloballaşan dünyanın kulturoloji prinsipləriylə yanaşmaq cəhdidirsə, ikincisi təhlil mədəniyyətidir. Filoloji düşüncəmizə 90-cı illərin sonlarında gələn Aydın Xan bir ədəbiyyat tədqiqatçısı olaraq Şərqlə Qərb estetikasını birləşdirməyin təşəbbüsçüsüdür. Qısaca desək, qlobalistdir. Lakin onun qlobalistliyi qara inkar səviyyəsində deyil. Kökdən, ənənələrdən, qaynaqlardan tamamilə imtina deyil. Dünya mədəni fikrinə inteqrasiya etməklə milli özünüifadə formalarını inkişaf etdirmək, ümumi insanlığa xidmət edən bəşəri dəyərlərin mənimsənilməsi, ən başlıcası, doqmalardan uzaq yanaşma tənqidçinin əsas təhlil prisipləridir.
"Çağdaş ədəbi-bədii düşüncə: qurultaylararası milli ədəbi tənqid", "Bədii fantastika: Azərbaycan ədəbiyyatının gizli qatı", "İdeala doğru aparan yol", "Milli yaradıcı intellektuallığın Anar zirvəsi", "Atlantlar: ədəbi inci, poetik sənət nümunəsi", "Yaralı milli mənəviyyatımızın balladası", "Tarixin söz formatını yaradan intellektual sənətkar", "Virtualizm: çağdaş qlobal düşüncənin modern estetikası"... "Kulturoloji alternativ düşüncələr"də yer alan və yalnız bir qisminin adını qeyd etdiyimiz bu yazılar çağdaş milli ədəbiyyatın əsas istiqamətlərini- tənqidi də, nəsr, poeziya və dramaturgiyanı da əhatə edir. Əlbəttə, mövzu etibarilə. Fundamental yanaşma baxımından isə ilk növbədə "Çağdaş ədəbi-bədii düşüncə: qurultaylararası milli ədəbi tənqid" məqaləsi diqqəti cəlb edir.
Azərbaycan yazıçılarının on birinci qurultayı ərəfəsində məruzə qismində qələmə alınmış bu yazı müasir ədəbi tənqidin durumunu əks etdirən və az-az rastlanan geniş panoram yazılardandır. Ədəbiyyatı öz arxasınca aparmaq, yönəltmək və oxucu ilə yazıçı arasında körpü yaratmaq vəzifəsi daşıyan tənqidin aradabir dönüb özünə baxması nöqteyi-nəzərindən Aydın Xanın bu panoramı çox təqdirəlayiqdir. İki qurultay arasındakı dövrdə müxtəlif mətbuat orqanlarında yayımlanmış çoxsaylı tənqidi yazıları, nəşr olunan kitabları-elmi-nəzəri ədəbiyyatı, monoqrafiyaları bir araya toplamaq və onların məğzini çatdırmaq ciddi zəhmət tələb edir. Xəsislik etmədən demək olar ki, müəyyən mənada bu yazı çağdaş milli tənqidin informasiya bankı hesab edilə bilər. Çünki burada peşəkar ədəbi tənqidçilərin və hər hansı formada ədəbiyyata münasibət bildirən əksər yazarların adları, onların ictimai fikrə təqdim edilən yazıları sadalanmaqla yanaşı, tənqidin ənənəvi, ideoloji, kulturoloji, poetik-fəlsəfi və texnoloji istiqamətləri yönündə də xeyli informasiya toplanıb. Amma bu tənqidçini həm tərifdir, həm də tənqid. Çünki tənqidin dəyəri yalnız informasiyanın çoxluğunda deyil, həm də informasiyanın şərhində, təhlilindədir.
Təəssüf ki, Aydın Xanın "...Qurultaylararası milli ədəbi tənqid" panoramı böyük əhəmiyyətinə baxmayaraq, müəyyən hallarda vizual görüntüləri əks etdirir. Bəzənsə müəllifin diqqəti tənqidin texnoloji tərəfinə və tənqidçiləri lüzumsuz təsnifatlandırmaya yönəlir. Məsələn, onun mövcud tənqidi peşəkar ədəbi tənqid, ədəbi-nəzəri və ya modern tənqid, yazıçı tənqidi, ədəbi publisistika, qadın ədəbi tənqidi, ədəbi jurnalistika, modern və ya postmodernist tənqid kimi təsnifatlandırmasıyla razılaşmaq çətindir. Xüsusən qadın ədəbi tənqidi və ədəbi publisistika bölgüsündə hörmətli həmkarım yanılır. Ədəbiyyatla mətbuatın bu ortaq janrının bədii, siyasi və satirik publisistika olmaqla üç qolu mövcuddur. Yəni, publisistika nəzəriyyəsində "ədəbi publisistika" anlayışı yoxdur. "Qadın tənqidi" ifadəsi barəsində də eyni sözləri demək olar. Peşəkar tənqidçilərimiz sırasında yenilikçi baxışları ilə fərqlənən Aydın Xan bəzən bu mövqeyini axıracan qorumayıb ənənəvi sovet təsnifatına uyur. "Qadın ədəbiyyatı", "kişi ədəbiyyatı" bölgüsü sovet ədəbiyyatşünaslığının uydurması olduğu kimi, "qadın tənqidi" də uydurmadır. Birdəfəlik bilməliyik ki, təfəkkürün, zəkanın cinsiyyəti yoxdur. Gəlin görək dünya ədəbiyyatına "Ovod" kimi bir şedevr, Artur kimi nəhəng bir xarakter bəxş etmiş Emilya Voyniçin, rus ədəbiyyatı üzərindəki mənəvi çarşabı atmış Marina Svetayevanın, yaxud, Azərbaycan nasiri Afaq Məsudun qadın ədəbiyyatına nə qədər dəxli var. Ədəbiyyat var və onu yaradanlar var. Tənqid var və onu yaradanlar var. Yaranan ədəbiyyatın və ya tənqidin xarakterinə- lirizminə və codluğuna, zəifliyinə və gücünə gəldikdə bunlar yazarın sosial statusundan yox, idrak və intellekt səviyyəsindən asılıdır. Aydın Xan belə kiçik və lüzumsuz məsələlərdənsə diqqəti tənqidimizin fundamental problemlərinə, bu sahədəki boşluqlara yönəltsəydi, daha düzgün olardı.
Aydın Xanı tənqidçi kimi səciyyələndirən əsas xüsusiyyətlərdən biri onun mətni, yazıçını və onun izlədiyi ideyaları bütöv görə bilməsidir. Bu görüm onun mürəkkəb yaradıcılıq psixologiyasına, çoxşaxəli yaradıcılığa malik yazıçılar, məna-məzmunca çoxqatlı əsərlər barəsində yığcam icmal-portretlər yaratmasına imkan verir.
Xalq yazıçıları Anarın və Elçinin yaradıcılığı əsasında qələmə aldığı "Milli yaradıcı intellektuallığın Anar zirvəsi", "Tarixin söz formatını yaradan intellektual sənətkar" və yaxud, əsrimizin ən mürəkkəb və böyük yazıçılarından olan İsa Muğannaya həsr etdiyi "İdeala doğru aparan yol" yazıları təhlilə çəkilən yazıçıların ümumi dühasını, bədii-estetik konsepsiyalarını əhatə edən dolğun ədəbi portret-icmallardır.
Öndə qeyd etdik ki, Aydın Xan qlobalistdir. Bu onun mətnə texnoloji yanaşmasında daha çox özünü büruzə verir. "Virtualizm: çağdaş qlobal düşüncənin modern poetikası", "Kulturoloji innovasiya: virtual Azərbaycana doğru" adlı yazılarında izlədiyi hədəflər də əsasən mədəni texnologiyalarla bağlıdır. Elektron əsrdə yaşadığımızı nəzərə alsaq, Aydın Xanın diqqəti virtual-elektron mətnlərə, yeni bilgi texnologiyasına cəlb etməsinə haqq qazandırmalıyıq. Amma bu sivilizasiyaya, terminlərə aludəçilik səviyyəsində olduqda ifrat təsir bağışlayır. Məsələn, "Milli yaradıcı intellektuallığın Anar zirvəsi" portret-icmalında belə bir cümlə var: "Planetar düşüncənin dəbdə olduğu bir zamanda - qloballaşan dünyamızın ədəbi-mədəni həyatında kulturoloji fəallıq göstərən istedadlı, intellektual sənət adamlarını kültürtrager adlandırırlar". Sual olunur; doğma Azərbaycan türkcəmizdə "mədəniyyət xadimi" ifadəsi olduğu və dilimizə də asan yatdığı halda almancadan alınan mürəkkəb, qaba səslənişli "kültürtrager" sözünü işlətməyə hacət varmı? Tənqidçinin bir vəzifəsi ədəbiyyatın gəlişməsinə impuls verməkdirsə, ikinci vəzifəsi milli dili, milli özünüifadəni qorumaqdır
. Elə bilirəm ki, mən özüm də daxil olmaqla çağdaş tənqidçilər milli dil təəssübkeşliyini Yaşar Qarayevdən,Tofiq Hacıyevdən, Aydın Məmmədovdan, Nadir Cabbarlıdan, Kamil Vəli Nərimanoğludan əxz etməliyik.
"Kulturoloji alternativ düşüncələr" kitabına birbaşa dəxli olmasa da, Aydın Xanın şəxsində nəzəri çəkən bir neçə işıqlı məqam barədə də danışmaq istərdim. Həmin məqamlardan birincisi budur ki, Aydın yalnız öz imzasına deyil, ümumi tənqidimizin mənafeyinə işləyə bilən tənqidçidir. Çağdaş ədəbiyyatımızın, tənqidimizin mənzərəsini canlandıran və Yazıçılar Birliyinin xətti ilə çap olunan"Yeni ədəbi nəsil: axtarışlar, problemlər" və "Ədəbi həyat: qurultaydan qurultaya" adlı kitab-topluları məhz onun təşkilatçılıq və tərtibatıyla işıq üzü görüb. İkincisi, əksəri orta nəslə mənsub olan peşəkar tənqidçilər içində gəncliyi təmsil edən Aydın Xan ziyalılığı, hamını etiraf etmək mədəniyyəti, həmkarlarına qısqanc yanaşması, tolerantlığı ilə seçilir.
"...Mən bizim ədəbiyyatımızda və ədəbi prosesimizdəki "Vaysman xəstəliyi"nin əsas sindromunu sənətə və sənətkara qiymət vermək məqsədilə əlinə qələm alan fərdlərin gizli natamamlıq kompleksində görürəm... Başqalarına səcdə etmək də, milli ədəbiyyatı başqa ədəbiyyatların xeyrinə, həmin ədəbiyyatlarla kor-koranə müqayisə etmək də... fikrimcə, məhz bu kompleksin nəticəsidir". Xalq yazıçısı, tənqidçi-ədəbiyyatşünas Elçinin "Ədəbiyyatımızın Vaysman xəstəliyi" adlı problematik yazısında xüsusi ağrıyla qeyd etdiyi bu natamamlıq kompleksi təəssüf ki, tənqidimizdə də müşahidə olunmaqdadır.
Amma şükür ki, Aydın Xan bu kompleksdən uzaqdır. O, öz eqosu naminə bədii mətni və yazıçını əzmir, milli ədəbiyyatda yazı adına nə varsa hamısını ucdantutma dünya ədəbiyyatına müncər etməyə, "plagiat" axtarmağa çalışmır. Müraciət etdiyi əsərin, yazarın qüsurlarını da, məziyyətlərini də nəzakətlə, ən başlıcası isə məkrsiz və mətnə sədaqət prinsipiylə təhlilə çəkir. Yəni, o öz uydurmalarından, mətndə görmək istədiklərindən yox, real mətndən çıxış edir. Tənqidçinin iddialarına, intellekt nümayişinə deyil, ədəbiyyata xidmət edən gerçək tənqid də məhz bu cür yanaşmalarda yaranır.
Bəsti Əlibəyli


http://www.525ci.com/aze/2007/02/24/get=9820