Camal Zeynaloğlu. "Xəyalındakı ağ yaylıqlar" (Ədəbi-publisitik kitab). Bu kitab C.Zeynaloğlunun "Yaxşı insanlar sorağında" ədəbi silsiləsindən üçüncü, oxucularıyla isə on yeddinci görüşüdür. Kitab tanınmış jurnalist, istedadlı yazıçı-publisist, şair və ziyalı, Prezident təqaüdçüsü Böyükxan Bağırlının həyat fəaliyyəti və ədəbi yaradıcılığına həsr olunur. Kitabda B.Bağırlının indiyə kimi heç yerdə dərc olunmayan "Sübh yuxusu" adlı yeni bir hekayəsi də verilmişdir.
Camal Zeynaloğlu. "Ağrılı düşüncələrim". (Publisitika. Məqalə və müsahibələr). Bu kitabda yazıçı-publisist, tərcüməçi-psixoloq C.Zeynaloğlunun ayrı-ayrı illərdə yazdığı məqalə və müsahibələritoplanmışdır. Bu müəllifin sayca on dördüncü kitabıdır.
Camal Zeynaloğlu. "Qarabağ dərdi - erməni vandalizmi". (Tarixi həqiqətlər, faktlar...) Sənədli-bədii kitab. Bu kitab Camal Zeynaloğlunun oxucuları ilə on ikinci görüşüdür. Kitabda müəllifin Qarabağ savaşına həsr olunmuş sənədli povesti, hekayələri, məqalələri, ayrı-ayrı tanınmış yazarların Qarabağ haqqındakı yazıları, Dağlıq Qarabağın tarixi, Xocalı soyqırımına dair tarixi həqiqətlər, faktlar, Xocalı şahidlərinin ifadələri və qandondurucu şəkillər verilib. Burada eyni zamanda Birinci Dünya müharibəsi dövründə erməniləri hər vasitə ilə himayə və müdafiə edən rusların onları türklərə qarşı necə silahlandırmasından, törətdikləri kütləvi qırğından, terrordan, erməni vandalizmindən söhbət açılır və dünyadakı erməni terror təşkilatlarının adları açıqlanır...
Tahir Həsənli. "Yerfililər" (Hər bir yerfili üçün yazılmış kitab). Kitabda Yerfi kəndi və onun işgüzar insanları haqqında müəllifin şəxsi xatirələri, kənd və Vətənlə bağlı şeirləri, həmçinin bəzi tayfaların şəcərələri yer alıb. Bundan başqa kitabda kəndlə bağlı şəkillərə də kifayət qədər yer verilib. Gələcək nəsillərə vəsilə olması diləklərimizlə.
Şirvani Ədilli. "Milli ideologiyamız: Türklük, Çağdaşlıq, İslam" Kitabda ideologiya anlayışı və tarixən yaranmış ideologiyalar, o cümlədən milli ideologiyamız olan türk millətçiliyinin yaranması və inkişafı haqqında ətraflı məlumat verilmiş, çağdaş dövrümüz üçün milli ideolo-giyamızın müxtəlif məsələləri sistem şəklində araşdırılmış, milli mənəvi də-yərlərimizi qoruyub-yaşatmaq və yüksəltmək problemləri və onların ictimai əhəmiyyəti haqqında geniş söhbət açılmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Asif Həsənli. “Müsəlmanlara qarşı təcavüzkar siyasət”. İraqın ABŞ tərəfindən işğalı. Siyasi publisitika. Kitabın mətni müəllif redaktəsində verilir. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 02-05 (06 - 2014)
Əvəz Süleyman. "Əfsanəyə çevrilmiş ömür". Şamaxıda yaşayıb-yaradan tanınmış ziyalı, 10 kitab müəllifi Əvəz Süleymanın bu əsərindəŞirvan elinin inanc yeri müqəddəs övliyalar nəslinin layiqli varisi olmuş Hacı Ağanın (Mirməmmədtağının) şərəfli ömür yolundan bəhs olunur.
Vahid Qazi. Çamayra. Kuba dəftəri. "Çamayra" - Kuba dəftəri bu kommunist adasına səfər təəssüratları zəminində qələmə alınsa da, azadlıq və insan haqları kimi ümumbəşəri dəyərlərə geniş diapazonlu yanaşma, fərdlərin faciəsinin cəmiyyətin problemi kimi təqdimatı sayğılı oxucuya düşünmək, anlamaq və nəticə çıxarmaq üçün kifayət qədər "qida" verir. Məhz bu məziyyətlərinə görə Vahid Qazinin "Çamayra"sı son illərin ən maraqlı nəşrlərindən biridir.
Camal Zeynaloğlu. "Həqiqət işığında". Bu kitab Camal Zeynaloğlunun oxucularla yeddinci görüşüdür. “Yaxşı insanlar sorağında” silsiləsindən olan bu ilk kitab tanınmış ziyalı, gözəl insan, etibarlı dost və yoldaş, nadir istedad sahibi, yazıçı-publisist, şair, filosof, tarixçi, teoloq, astronom, ictimai xadim, Azərbaycan Ziyalılar Cəmiyyətinin məsul katibi, “Ziyalı” qəzetinin baş redaktoru, həvəskar bəstəkar,“Qızıl Qələm”və “Məhsəti Gəncəvi” mükafatları laureatı, fəlsəfə elmləri namizədi, dosentHəqiqət xanım Kərimovanın həyat və yaradıcılıq fəaliyyətinə həsr olunmuşdur.
Teyyub Qurban. "Düşmənlərindən güclü şəxsiyyət" (I Kitab). Mir Cəfər Bağırov haqqında məqalələr toplusu. Kitabda M.C.Bağırovun çoxcəhətli siyasi fəaliyyəti arxiv sənədləri əsasında şərh edilir, Kremlin daşnak-rus hakimlərinin göstərişi ilə 1956-cı ildə qurulmuş qondarma məhkəmənin bütün ittihamları ifşa olunur.
Elman Cəfərli, Təbriz Ağayev. "Nəsillərə örnəkhəyat yolu". Kitab tanınmış Azərbaycan ictimai xadim, alim, düşüncə adamı Nəsir Ağayevin şərəfli həyat yoluna həsr olunub.
Nazim İmanov. "Milli Məclisin ağlamalı gülməcələri..." Sabiq millət vəkilindən gözyaşardıcı siyasi lətifələr – real hadisələrə yumoristik baxış…Milli Virtual Kitabxananın e-nəşri N 15...