
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan publisitikası”: 01 (38 - 2013)
Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Çağdaş Azərbaycan publisistikası” kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Elektron Kitab N 01 (38 - 2013)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
YYSQ və Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net
Vahid Qazi
Çamayra
(Kuba dəftəri)
Naşir: Vasif Qurbanzadə
Redaktorlar: Hikmət Sabiroğlu, İmran Bədirxanlı
Üz qabığının dizaynı: Fəxri Vəliyev
Vahid Qazi/ Çamayra. Kuba dəftəri. Bakı, «MHS - poliqraf», 2012, 104 səh.
...O, ən istedadlı publisistlərimizdəndir. "Ruhlar şəhəri" və "Yaddaş ləpirləri. Demokratiya yazıları" kitabları ictimai həyatda hadisəyə çevrilməklə, yurda sevginin, azad düşüncənin, keçmişə sərrast baxışın yeni təcəssümü kimi geniş oxucu kütləsinin marağına səbəb olub.
Yaradıcılığında publisistika ilə nasirliyin incə sintezini ortaya qoyan Vahid Qazi özünün modern üslubu ilə bu janra yeni nəfəs gətirib desək, yanılmarıq. "Çamayra" - Kuba dəftəri bu kommunist adasına səfər təəssüratları zəminində qələmə alınsa da, azadlıq və insan haqları kimi ümumbəşəri dəyərlərə geniş diapazonlu yanaşma, fərdlərin faciəsinin cəmiyyətin problemi kimi təqdimatı sayğılı oxucuya düşünmək, anlamaq və nəticə çıxarmaq üçün kifayət qədər "qida" verir. Məhz bu məziyyətlərinə görə Vahid Qazinin "Çamayra"sı son illərin ən maraqlı nəşrlərindən biridir.
İSBN: 978 - 9952 - 459 - 12 - 8
© «MHS - poliqraf», 2012