Cilddə xalqımız çoxəsrlik tarixə malik yaşayış məskənləri və yaşayış evləri, geyim və bəzəkləri, yeməkləri və içkiləri, nəqliyyat vasitələri və s. kimi maddi mədəniyyət sahələri geniş və əhatəli şəkildə öz əksini tapmışdır. Kitabda həmçinin ailə, nikah, toy, uşaqların tərbiyəsi və dəfn mərasimi məsələləri də işıqlandırılır.
Fəlsəfi pıçıltılar silsiləsindən I Kitab. "Sevənlərə məktub". Müasir Azərbaycanın tanınmış şair-publisisti İskəndər Etibarın bu kitabına seçilmiş lirik-ictimai, satirik şeirləri daxil edilib...
Məhəmməd Əmani. "Əsərləri". Həm milli poetik texnologiyalar, həm də klassik Şərq şeir formalarında poetik nümunələr və mənzum hekayələrdən ibarət bu kitab şairin yeganə divanı əsasında çapa hazırlanıb.
"Erməni-daşnak faşizmi və Azərbaycan". Kitabda erməni-daşnak faşistlərinin, silahlı birləşmələrinin, terror qruplarının, təxribatçı dəstələrinin XIX və XX əsrlərdə Azərbaycana qarşı apardıqları ardıcıl düşməm siyasəti barədə danışılır
Dahi Azərbaycan şairinin lirik-fəlsəfi poeziya nümunələrində sufi-irfani düşüncələri cəmlənib! Bu əsərlər birbaşa farscadan çevrildiyinə görə maraqlıdır...
Dərs vəsaiti əsasən Türkiyədə çap оlunmuş ədəbiyyatşünaslıq mənbələrinə və bədii nümunələ-rə istinadən yazılmış, univеrsitеtlərin filоlоgiya fakültələri tələbələri üçün nəzərdə tutulmuşdur.
Bu kitab ürəyi sevgi həsrətindən yananlar üçün, ümidi yorulmuşlar üçün, başını əlləri arasına alıb bu dünyanı götür-qoy edənlər üçün, inciyib-küsənlər üçün və bir də sadəcə sevənlər üçündür...
Kitabda dəyişən yükə görə möhkəmliyə hesablama və uzunömüliyə; uzunömürlüyün təyin edilməsində ehtimal statistika üsullarına; sürtünməyə işləyən maşın hissələrinin uzunömürlüyünə; reoloji modellərə aid materiallar; uzunömürlük meyarına görə konstruksiyaların optimallaşdırılması şərh edilmiş və onların izahı əyanı misal və hesablamalarla müşaiət edilmişdir. Kitabdan tələbələrlə yanaşı mühəndis və texniklər də istifadə edə bilər.
"Əfsanələr, əsatirlər və rəvayətlər". Azərbaycan əxalqının mifoloji düşüncəsinin ən qədim formaları sayılan əsatirlər, əfsanələr və rəvayətlər indi də maraqla oxunur. Bəzən qədim tariximizin kodlaşdırılmış izlərini də onlarda tapmaq mümkündür. Əsərlərdə dialekt və şivələrin koloriti qorunub saxlanılıb.
XIX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi sayılan Seyid Əbülqasim Nəbatinin zəngin ədəbi-poetik irsindən seçmələr daxil edilən bu kitabda sufi-pantesit fikirləri, klassik üslubu şifahi xalq ədəbiyyatı ilə birləşdirilən əsərləri yer alıb.
Latın Amerikası ədəbiyyatından seçmələr: azəricə. Qabriel Qarsia Markes. "Məhəbbət əvəzinə ölüm labüdlüyü" (Hekayə). Xuan Rulfo. "Luvina" (Hekayə).Xorxe Luis Borxes: "Dil estetik amildir və minlərlə insanın əsəridir" (Müsahibə).