Cavan nasirin bu yeni kitabına könüllü olaraq Qarabağ cəbhəsinə yollanan tələbə gənclərin qəhrəmanlığından bəhs edən eyni adlı romanı, arxa cəbhə adamlarının mənəvi rəşadətindən danışan “Fəridə nənəgilin pəncərələri” povesti, hüquq-mühafizə orqanları işçiləri və sərhədçilərin şərəfli, çətin işindən söz açan hekayələri daxildir.
İstedadlı şairə, son illərin məhsuldar yazıçının “Tənha köç” adlı bu yeni əsəri xatirə-roman janrında qələmə alınıb, daha çox ictimai-siyasi xarakter daşıyır. Müəllifin məharətlə qələmə aldığı, xalqımızın mürəkkəb tarixi reallıqlarından bəhs edən həqiqqətləri, bu mövzuda olan əsərlər sırasında özünəməxsüs yer tuacağına inanırıq.
Kitabxana.net portalı Aygün Əzizin dünya ədəbiyyatının klassiki, görkəmli Böyük Britaniya yazıçısı Uilyam Somerset Moemin ingilis dilindən tərcümə etdiyi hekayələrini yeni bir elektron kitab formasında oxucularına kreativ ərməğan edir.
Almanax AGF və YYSİB-nin “Torpağı Vətənə çevirənlər” gənclər üçün motivativ real və virtual hərbi-vətənpərvərlik aksiyaların təşkili” mövzusunda hərbi-vətənpərvərlik, kreativ layihəsi çərçivəsində hazırlanıb
Vətənpərvərlik şeirlərindən ibarət topluda Müzəffər Milli Ordumuz tərəfindən işğaldan azad etdiyi torpaqlarımız uğrunda şəhid olan hərbiçilərimiz haqqında poetik əsərlərdən ibarət kitab
Tahir Həsənli. "Qaçaq Mayıl dastanı". Tarixi-publisistik kitab. "Yerfililər", "Yerfi töhfələri" kitablarının və bir çox məqalələrin müəllifi Tahir Həsənli yaşadığı ərazi ilə bağlı axtarışlarının davamı kimi XX əsrin əvvəllərində Azərbaycanın şimal bölgəsində igidliyi və rəhbərliyi ilə tanınmış, Qaçaq Mayıl adı ilə məşhurlaşmış tarixi şəxsiyyətin fəaliyyəti ilə bağlı "Qaçaq Mayıl dastanı" adlı əsərini sizlərə təqdim edir. Müəllif əsərdə Qaçaq Mayılın gələcək nəsillərə təqdim ediləsi müsbət cəhətləri fonunda onun bədiiləşmiş obrazını yaratmışdır.
Təyyar Salamoğlu (Cavadov). "Mir Cəlal nəsri və müasirlik" (metodoloji münasibət kontekstində). Elmi-filoloji monoqrafiya. Tədqiqatçı Mir Cəlal nəsrinin müasirliyini müəllifin milli tarixi varlığa söykənən xarakterində, sovet siyasi rejiminə müqavimət ruhunda axtarır və bunu “Bir gəncin manifesti”ni pritçalar romanı kimi təhlil edərək, “Açıq kitab”ın şərti-metaforik məzmununu açaraq, “Dirilən adam”ı Mirzə Cəlil və Balzak realizmləri ilə bir müstəviyə çıxararaq gerçəkləşdirir.
Telman Ümman Tircanlı. "Ruhumuz sözlə bələnib". Şeirlər və publisitika kitabı. Kitabda məhsuldar müəllifin şeirlər və publisistik məqalələr yer almışdır.