Samid Quliyev və Etibar Vəliyev. "Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları". Etnoqrafiq-kulturoloji tədqiqat əsəri. Kitab Lənkəran rayonunda əsrlərdir ki, mövcud olan multikultural mədəniyyətin tarixindən bəhs edir. Həmçinin kitabda Lənkəranın tarixi, burada yaşayan xalqlar, dini icmalar, məbəd və ziyarətgahlar barədə geniş məlumat verilmişdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab araşdırmaçılar üçün dəyərli vəsaitdir.
Şövkət Zərin Horovlu. "Seçilmiş əsərləri". Üç cilddə. III cild. Sağlamlığında böyük problemlər olan, fəqət yaradıcılığıyla hər kəsi heyrətləndirən, kreativ gənclərin milli-mənəvi dəyərlərlə kökləməyə çalışan istedadlı xanım şairin yeni kitabı. Tanınmış qadın şairin bu kitabına müəllifin seçilmiş şeirləri və poemaları daxil edilib. Əsərlərində həmişə olduğu kimi Qarabağ problemi qabardılır, düşmənlərlə mübarizəyə çağırışlar səslənir və vətənpərvərlik hissləri aşılanır...
Şəfa Vəli. “Poçtalyona məktub”. (Poetik toplu). Gənc şairənin bu kitabında Şəfanın başdanbaşa sevgi rəngli taleyinin şeirləri toplanmışdır. Başqa sözlə desək Şəfanın bütün yaradıcılığına sevgi rəngli taleyinin həzin bir qəmlə süslənmiş melodik ritmləri hopmuşdur...
Şövkət Zərin Horovlu. "Seçilmiş əsərləri". Üç cilddə. II cild. Sağlamlığında böyük problemlər olan, fəqət yaradıcılığıyla hər kəsi heyrətləndirən, kreativ gənclərin milli-mənəvi dəyərlərlə kökləməyə çalışan tanınmış qadın yazıçının bu kitabına müəllifin "Tale yolu" romanı, "Əbədiyyətə qədər" povesti daxil edilib... Əsərlərində həmişə olduğu kimi Qarabağ problemi qabardılır, düşmənlərlə mübarizəyə çağırışlar səslənir və vətənpərvərlik hissləri aşılanır...
Samir İmanov. "Mənim hədəfim". Motivasiya və örnək kitabı - 2. Gənc stedadlı yazıçı-publisist, özünün fiziki məhdüdiyyətlərinə baxmayaraq, hər yeni kitabında əlilliyi olan insanlara motivasiya verməyə çalışan S.İmanovdan daha maraqlı bir əsər.
Samir İmanov. "Özünlə fəxr et". Motivasiya və örnək kitabı. İstedadlı yazıçı-publisist, özünün fiziki məhdüdiyyətlərinə baxmayaraq, hər yeni kitabında əlilliyi olan insanlara motivasiya verməyə çalışan S.İmanovdan daha maraqlı bir əsər... Müəllifin eyniadlı ilk kitab əlilliyi olan insanlardan bəhs edən romandır. "Mənim hədəfim" və "Özünlə fəxr et" kitabları isə əlillik məsələsinin müxtəlif sahələrini əhatə edən məqalələrdən və şeirlərdən ibarətdir. Müəllifin məqsədi əlilliyi olan insanlarda ruh yüksəkliyi yaratmaq, onlara faydalı ola biləcək məsləhətlər vermək, əlilliyi olan insanları cəmiyyətə düzgün şəkildə təqdim etmək, mövcud problemləri qabardaraq, onların həllinə müəyyən qədər nail olmaq və sağlam insanlara əlilliyi olan insanlar və əlillik haqda ətraflı məlumat verməklə bu məsələ haqda onları maarifləndirməkdir.
Samir İmanov. "Hədəfdəki insan". Müəllifin eyniadlı ilk kitab əlilliyi olan insanlardan bəhs edən romandır. "Mənim hədəfim" və "Özünlə fəxr et" kitabları isə əlillik məsələsinin müxtəlif sahələrini əhatə edən məqalələrdən və şeirlərdən ibarətdir. Hər üç kitabın yazılmasında əsas məqsədlər, Əlilliyi olan insanlarda ruh yüksəkliyi yaratmaq, onlara faydalı ola biləcək məsləhətlər vermək, əlilliyi olan insanları cəmiyyətə düzgün şəkildə təqdim etmək, mövcud problemləri qabardaraq, onların həllinə müəyyən qədər nail olmaq və sağlam insanlara əlilliyi olan insanlar və əlillik haqda ətraflı məlumat verməklə bu məsələ haqda onları maarifləndirməkdir.
S.A.Məmmədov, H.B.Sultanova, S.H.Rəhimov. "Beynəlxalq turizmin coğrafiyası". Dərslik vəsaiti. Dərslik Azərbaycan Respublikası Turizm Nazirliyi tərəfindən ali məktəblərin uyğun ixtisas üzrə tələbələri üçün tövsiyyə olunub.
Şirin Xanım Kərimbəyli Şadiman. Seçilmiş əsərlər” - V cild. Şeirlər, nəzm hekayələr toplusu. Bu yeni kitabında da istedadlı qələm sahibinin maraqla oxunan aktual poetik-bədii yazıları yer alıb. Kitab müəllifin çapdan çıxmış kitablarının əsasında tərtib olunub. Şeirlərin ruhu dünyəvi, milli, vətənpərvərlik, təbiət, məhəbbət mövzuları ilə cilalanıb. Dünyanın ağrı-acılarını öz ürəyində daşıyan müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq...
Şirin Xanım Kərimbəyli Şadiman. “Tək yaradana gümanım”. Şeirlər, nəzm əsərləri - hekayələr, publisitik məqalələr toplusu. Bu yeni kitabında da istedadlı qələm sahibinin maraqla oxunan aktual ədəbi-publistik yazıları yer alıb.
Siracəddin Hacı. «Hz.Nizаmi Gəncəvinin yаrаdıcılığındа peyğəmbərlik аnlаyışı və hz.Məhəmməd (s.а.s.)». II kitab: "Nizаmi Gəncəvinin «Sirlər хəzinəsi» dаstаnındа həzrət Məhəmməd ilə bаğlı üçüncü və dördüncü nətin şərh". Monoqrafik araşdırma.