Nisə Bəyim. “Çərxi-Fələk”. Roman. Tanınmış yazıçı, şair-publisist, pedaqoq Nisə Bəyimin yeni romanında da çağdaşların çox mürəkkəb həyatı ustalıqla qələmə alınıb: müəllif zəmanənin əsas suallarına cavabları oxucularıyla axtarmağa çalışır.
Nailə Səmədova. "Azərbaycan memuar ədəbiyyat tarixi". Bu elmi araşdırma Azərbaycan memuar ədəbiyyatının yaranması, təşəkkülü və inkişaf mərhələləri haqqında dəyərli monoqrafiya sayılır. Kitab AMEA-nın 2006-cı ildəki fəaliyyəti haqqında hesabatda Əlyazmalar İnstitutunun mühüm nəticələrindən biri kimi qeyd edilmişdir.
Nəsibə Əliyeva. "Hidrometeoroloji lüğət". Hidrometeoroloji lüğət kitabında hidrologiya, meteorologiya, okeanologiya və onlarla təmasda olan elmlərə aid 1500-ə qədər termin və anlayışların izahı verilir. Lüğət hidrologiya, meteorologiya, okeanologiya sahəsində və onlarla təmasda olan digər coğrafiya elmi sahələrində təhsil alan tələbələr, aspirantlar, elmi işçilər, həmçinin Hidrometeorologiya xidmətində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Naidə Hacıyeva. "Etika, peşə etikası və psixologiya" dərsliyi ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və müəllimləri üçün nəzərdə tutulmuşdur. Dərslikdə estetika, etika, həmçinin peşə etikası, psixologiya elminin mahiyyəti, bu elmlərin yaranma tarixi və əsas anlayışları haqqında məlumat verilir. Kitabda antik dövrdən müasir dövrədək bir sıra mütəfəkkirlərin etika, estetika və psixologiya haqqında fikirlərin və şərhləri də öz əksini tapmışdır.
Nasrin Suleymanli. "An Analysis of the Nagorno-Karabakh Problem". Nəsrin Süleymanlı. "Dağlıq Qarabağ probleminin analizi". Azərbaycan həqiqətlərinə beynəlxalq standartlarından nəzər salınan sənədli kitab. İngilis dilində.
Natəvan Dəmirçi qızı Atamoğlanova. (Natəvan Dəmirçioğlu) "Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan beynəlxalq radiosunun rolu". Elmi dissertasiya. Bakı -YYSQ - 2014.
Nisə Bəyim. ONLİNE. Fantastik roman. Tanınmış şairə Nisə Bəyimin irihəcmli bədii nəsr əsəri çağdaş dövrümüzün ən populyar mövzusuna - sosial şəbəkə həyatına həsr olunub... Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri.
Novruz Bayramı. Kulturoloji materiallar toplusu. e-Kitaba xalqımızın qədim adət-ənənələrini, yazın gəlişi ilə bağlı düşüncələrini özündə əks etdirən Novruz bayramı və İlaxır çərşənbələrlə bağlı materiallar daxil edilib. YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
Nisə Bəyim. "Qürub rəngləri". İstedadlı şairə, Prezident təqaüdçüsünün oxucularıyla yeni poetik görüşü... YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 43 - 2012