Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Nisə Bəyim. "Qürub rəngləri". İstedadlı şairə, Prezident təqaüdçüsünün oxucularıyla yeni poetik görüşü... YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 43 - 2012

Müəllif:

Nisə Bəyim


Kateqoriya:

Orta ədəbi nəsil



Qısa Təsvir:

Nisə Bəyim. "Qürub rəngləri". İstedadlı şairə, Prezident təqaüdçüsünün oxucularıyla yeni poetik görüşü... YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 43 - 2012


Baxış sayı: 2783
    
    


 WWW.KİTABXANA.NET 

 


Milli Virtual Kitabxananın Təqdimatında


Nisə Bəyim


"Qürub rəngləri"


 

İstedadlı şairə, Prezident təqaüdçüsünün oxucularıyla yeni poetik görüşü...

 


 

Elektron Kitab N 43


 YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 43 - 2012


       YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 42 - 2012

 Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov) - yazar-kulturoloq

 

YYSQ - Milli Virtual Kitabxana.  Bakı – 2012

 

 

 

 

"İlahi vaxt". Tanınmış şairənin oxunaqlı poetik əsərlərindən ibarət növbəti maraqlı kitabı… YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 34 (2012) burada: 


 

 

http://kitabxana.net/?oper=readBook&id=1456

"Aran fraqmentləri..." Tanınmış şairənin oxunaqlı poetik əsərləri və maraqlı esseləridən ibarət kitabı… Haqqında məqalə, saytı... YYSQ və www.kitabxana.net - Milli Virtual Kitabxananın e-nəşri N 02 (2012): 

http://www.kitabxana.net/?oper=readBook&id=1334

 

 

 

Şairə Nisə Bəyimin fərdi saytı: http://www.nisebeyim.com/


Səsli şeiri: http://www.youtube.com/watch?v=AEz_W2Vsck4

 


Nisə Bəyim

(Rəhimova Nisəbəyim İsmayıl qızı)


Nisə Bəyim (Rəhimova Nisəbəyim İsmayıl qızı) 1955-ci il,06 mart tarixinndə Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdur.Atası Rəhimov İsmayıl Cabbar oğlu Şamaxı şəhərin dən,anası Məlikova Məryəm Əlabbas qızı Zərdab rayonunun Əlvənd kəndindəndir 1961-ci ildə Sabirabad şəhərində M.Müşfiq adına 4saylı orta məktəb daxil olub,1971-ci ildə həmin məktəbi bitirmişdir.1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M.Müşfiq adına 4saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və hal-hazırda həmin məktəbdəAzərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır.Yaradıcılığa tələbəlik illərindən başlasa da,Azərbaycan mətbuatında 1988-ciildən çap olunur.,,Vətən mənəm” adlı şeiri 1988-ci ildə ,,Azərbaycan müəllimi”qəzetində çap olunur.Bu vaxtdan etibarən onun yazıları ,,Azərbaycan”, ,,Ulduz” , ,,Gənclik” , ,,Azərbaycan qadını” ,,,Pəncərə” və digər dərgilərdə,müxtəlif saylı qəzetlərdə, Tehranda nəşr olunan ,,Yol” jurnalında , ,, Yaşıl budaqlar”, ,,Vətən sevgisi”, ,,Min beş yüz ilin oğuz şeiri”, ,,Poeziya günü”, ,,Aran” toplu və almanaxlarında dərc olunmuşdur.,,Arazım,xan Arazım” ,,İlahi vaxt”, ,,Əbədiyyət”, ,,Himn” ,,,Ürək simfoniyası” poema ları Azərbaycan dövlət radiosunda radio-tamaşa kimi hazırlanaraq efirdə səsləndirilmişdir. Müxtəlif mövzularda 12 poema-sı vardır.Poemaların adları: ,,Əbədiyyət” , ,,Arazım,Xan Arazım…” ,,Himn” , ,,İlahi Vaxt”, ,,Ulduz səsləri “, "Göy ,Dəniz, Göyqurşağı” , ,,İlğım” , ,,Suqovşan”, ,,Toy “ , ,,Söz haqqında söz”, ,,Böyük Adam”, ,,Ürək simfoniyası”.

,,Vətəndən Vətənə durnalar uçur” ilk şeirlər kitabı 1990-cı ildə ,,Gənclik” nəşriyyatında çapa hazırlansa da ,ölkədə baş verən ictimai-siyasi böhran nəticəsində işıq üzü görmür. İndiyə kimi onun aşağıdakı kitabları nəşr olunmuşdur:

 

 

Ədəbi mühitdə poeziya nümunələri ilə bərabər,,,Dəniz yuxusü”, ,,Günəş ovu “, ,,Doğmalıq “hekayələri, ,,İtirilmişlərdən biri” , ,,Bütün həqiqətlər sözlərdədir” , ,,Poeziya haqqında”, ,,Sorun ki,bu nə sevdadır”, ,,EyYaziq,sənə zülm eləmişlər”, ,,Bütün həqiqətlər məndədir…”, ,,KLASSİK NOTLAR”, ,,ARAN uşağı haqqında hekayət”, ,,BAĞLI VAXT “ esse və publisist məqalələri də maraqla qarşılanmışdır. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Uğurlu poeziya nümunələrinə görə ,,İsa İsmayılzadə adına” (2000-ci il) və ,,Nigar Rəfibəyli adına” (2006) Azərbaycan Yazıçılar Birliyinin mükafatına layiq görülmüşdür. 2008- ci ildə Azərbaycan YazıçılarBirliyinin bir illik (hər ay 300 manat olmaqla) pul mükafatını almışdır.Prezident təqaüdçüsüdür.Hal-hazırda ədəbi yaradıcılığını davam etdirir.