Afaq Şıxlı. “Sənə demədiklərim”. Poetik toplu. Rusiyada - Moskvada yazıb-yaradan istedadlı şairə-tərcüməçi Afaq Şıxlının bu yeni e-kitabında müəllifin heca və sərbəst vəzndə yazılmış şeirləri yer almışlar. Kitabin birinci bölməsindəki şeirlər xronoloji olaraq düzülmüşlər.
Aqşin Mistanlı. "Cənub bölgəsinin abidələr ensiklopediyası". Tarixi-ensiklopedik məlumat kitabı. Məhsuldar araşdırmaçı Aqşin Mistanlı cənub bölgəsinə daxil olan rayonların ərazisində yerləşən tarixi-etnoqrafik abidələri elmi xususiyyətləri saxlamaq şərtilə, sənədli ocerk janrından istifadə etməklə, oxucuya təqdim etmişdir. Burada, müəllif cənub bölgəsində yerləşən arxeoloji, memarlıq, ölkə və yerli əhəmiyyətli abidələri bir-bir araşdırmış və bu kitabda oxucuya təqdim etmişdir.
Akademik İlqar Əliyev, Elman Məhərrəmov. "Azərbaycan Respublikasının dövlət rəmzləri". Yenidən işlənilmiş nəşri. Gənclərin və hərbiçilərin sinə kitabçası.
Azadə Novruzova. "Sən mənim ağ kitabım". Vətən mövzulu şeirlər və esselər kitabı. Azadə Novruzovanın «Sən mənim ağ kitabım» adlı şeirlər və esselər toplusunda vətən, sevgi, ictimai məzmunlu yazıları yer alıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Aqşin Mistanlı (Əliyev. "Haftoni: qəlbimdəki yeddi bulaq". Etnoqrafiq-vətənpərvərlik kitabı. Kitabda doğma el-oba, Qarabağ şəhidləri, müharibə veteranları haqqında maraqlı hissələrlə gənclərdə vətənə sevgi duyğuları aşılanmağa çalışılır.
Akif Ağayev. "Pəhləvanın salnaməsi". Elmi-publistik kitab. Cənub bölgəsində - Masallıda yaşayan müəllif kitabda eloğlusu, məşhur güləşçi, Yunan-Roma güləşi üzrə SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi, respublika dərəcəli hakim, mərhum Nadir Yaqub oğlu Ağayevin (1935-1985) mənalı həyat və fəaliyyətindən danışılır. Dostlarının, şagirdlərinin, ümumiyyətlə onu tanıyanların bu şəxs haqqında xatirələri topluda əsas yer tutur. Eləcə də güləş haqqında və digər xronoloji məlumatlar kitabın oxucu marağını tam təmin edir. Beləliklə Nadir müəllim bu kitabla yeni bir ömür yoluna çıxır. Qarşılayın...
Aynaxanım Əlizadə. "Lahıc". Tarixi-etnoqrafik araşdırma.Айна-ханум Ализаде. "Лагич". Историко-этнографическое исследование. Elmi-kütləvi nəşr. Azərbaycanın etno və kreativ turizm məkanı haqqında rusca dəyərli kitab...
Aydan Bagırlı. “Azərbaycanda turizmin inkisafında kommersiya münasibətlərinin formalasması problemləri”. Elmi araşdırmada kreativ turizmə dair dəyərli mülahizələr yer alır...
Aida Hacıxanım. "Otuz şeir, otuz fikir". Ədəbi-poetik e-nəşr. Bu elektron kitab şair-publisit Zaur Ustac yaradıcılığının 30 illik yubiley tədbirləri çərçivəsində e-nəşr olunur. Bu kitabda. Şairin tərtibçilər tərəfindən əsasən "OTUZ İLDİR, ƏLDƏ QƏLƏM" adlı kitabından təsadüfi qaydada simvolik olaraq seçilmiş otuz şeri və tanınmış ziyalılarımızın; şairlərin, yazıçıların, müəllimlərin, filoloqların, psixoloqların, həkimlərin, daimi oxucuların fikirləri yer almışdır.
Aida Hacıxanım "Ömrün anları". Ədəbi-kütləvi e-nəşr. Bu elektron kitab şair-publisit Zaur Ustac bədii yaradıcılığının 30 illik yubiley çərçivəsində nəşr olunur. Elektron Kitab Zaur Ustac yaradıcılığının 30 illik yubiley tədbirləri çərçivəsində nəşr olunur. Bu kitabda şairin icazəsi ilə tərtibçilər tərəfindən ümumi istifadədə olan, əsasən müxtəlif internet mənbələrindən toplanaraq seçilmiş fotolarından istifadə olunmuşdur. Bundan əlavə iki qrafikada, dörd dildə yazar haqqında qısa məlumat verilmişdir.
Aydın Xan Əbilov. “Payızın kreativ "Ulduzu”. Ekspert rəyi - ədəbi-tənqidi araşdırma. Eyni zamanda AYB-nin ədəbi gənclik dərgisi: "Ulduz" jurnalının elektron saytları - pdf variantlarının keçidləri...