20 Yanar qəhrəman şəhidləri haqqında isti-isti yazılmış ilk bədii-tarixi publisitika nümunəsi olaraq o şanlı hadisələrin ədəbi səlnaməsi əks olunan kitab
Möhtəşəm Qarabağ Qələbəmizin poeziya dilində təsvirləri verilmiş şeirlər və poemalar toplusu. AGF və YYSİB-nin müştərək layihəsi çərçivəsində hazırlanıb.
Sahib Hüseynov. Python proqramlaşdırma dili elmi hesablamalarda. Dərslik. Dərs vəsaiti Python proqramlaşdırma dilinin (PD-nin) elmi sahələrdə tətbiqinə həsr edilib. Kitabda Python dilinin, kitab tərtib edildiyi və nəşrə buraxıldığı zamanda, ən yeni və stabil olan versiyası istifadə edilib və bu versiyanın xüsusiyyətləri konkret nümunəvi məsələlərin həllində oxucunun nəzərinə çatdırılıb.
Şirin xanım Kərimbəyli Şadiman. "Ömür yükü". Poetik toplu. Şirin xanım Azərbaycan ədəbiyyatında öz dəsti xətti olan sənətkarlardan biridir. Onun yaradacılığı təkcə Vətən məhdudiyyətində qalmır. O, öz ürəklər fəth edən yaradıcılığı ilə çoxdan Azərbaycan sərhədlərini aşıb. Dünyanın harasında bir ağrı-acı varsa, Şirin xanımın ilhamlı qələmi orda olur və o ağrıları nəzmə çəkir. Şair istər şeiriyyəti, istərsə də publisist düşüncələri ilə oxucu ürəyini riqqətə gətirən sənətkardır.
Stiven Rebli."Troya Daşı". Zaur Ustacın tərcüməsində. Bu əsər "İngiliscə uşaq ədəbiyyatı" layihəsi çərçivəsində nəşr olunur. Məqsəd kiçik yaşlı məktəbliləri onların yaşına uyğun xarici ədəbiyyat nümunələri ilə tanış etmək və onları bu hekayələri ingilis dilində oxumağa həvəsləndirməkdən ibarətdir.
Stiven Reblinin "Mavi Ay Vadisi" (Stephen Rabley "Blue Moon Valley"). Hekayə. Əsər "İngiliscə uşaq hekayələri" layihəsi çərçivəsində Zaur Ustac tərəfindən tərcümə olunub.
Səfa Rəşid. "Ayrılığı sal yadıma..." Şeirlər kitabı. YYSİB Avropa təmsilçisi, İspaniyada yaşayıb-yaradan istedadlı cavan şair Səfa Rəşidin ilk poeziya kitabı.