Çağdaş Azərbaycan ədəbiyyatının istedadlı və məhsuldar nümayəndəsinin yeni poetik kitabının elektron variantı. Şairin indiyə qədər 6 kitabı - "Dağlar çağırır məni", "Ürəyimə gələn söz", "Mənim ürəyimə köçüb kəndimiz", "Təbiət yaşadır məni", "Torpaqdan baharın nəfəsi gəlir" və "Təbiət dilini öyrədir bizə" şeirlər toplusu nəşr olunub. Vətən sevgisi, kənd həsrəti, daha çox təbiət şeirləri bu kitabın əsas qayəsini təşkil edir. Orjinal forma və məzmun əlvanlığı, özünəməxsus deyim tərzi, ifadə zənginliyi, obrazlılıq bu kitabın ruhundan qırmızı xətt kimi keçir.
Dərya Qılıc (Nailə Bahadır qızı Qılıcova ) 1958-ci il dekabrın 31-də Sumqayıt şəhərində, ziyalı ailəsində anadan olub. AYB-nin və AJB-nin üzvüdür. Məhsuldar xanım yazar “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət“, "Kəhrəba bıçaq”, “Povest və hekayələr “, "Uşaq hekayələri” kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb.
Məhsuldar və istedadlı yazıçının bu yeni kitabına müxtəlif janrlarda qələmə aldığı oxunaqlı əsərləri daxil edilib. Bu əsərlərdə müxtəlif problemlərin həllinə işıq salınır, düşüncə adamının hiss və həyəcanları, cəmiyyəti dala atan məsələlər ətrafında mövqeyi ortaya qoyulur, zəmanədaşlarının obrazı yaradılır.
İstedadlı yazıçının bu yeni kitabına "O dünya" romanı daxil edilib. “O dünya” romanı müxtəlif problemlərin həllinə işıq salması ilə seçilir. Yazıçı fantaziyasının, bədii təfəkkürünün məhsulu olan bu romanda müəllifin Tanrı sevgisinə rəğbəti, dini fanatizmə qarşı barışmaz mövqeyi öz əksini tapmışdır.
İstedadlı şair-publisist, araşdırmaçı, tərcüməçi Azərbaycan Yazıçılar Birliyinin üzvüünün bu yeni şeirlər kitabıdakı lirik əsərlərində müəllif zəmanənin və zamandaşlarının poetik-lirik obrazlarını yaratmağa çalışır, çağdaş insanın duyğularını poetik dillə verməyə çalışır.
Bu yeni elektron kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən reallaşdırılan "Vətənpərvərlik tərbiyəsinin inkişafı”ikiaylıq layihəsi çərçivəsində nəşr olunub.
Görkəmli məhsuldar yazıçı-publisit, Qarabağ veteranı Hacı Qəni Camalzadənin "Seçilmiş əsərləri"nin - 15 Cildliyinin VI Cildinə müəllifin geniş oxucular tərəfindən maraqla qarşılanmış, dəfələrlə müzakirəsi və təqdimat mərasimi təşkil olunmuş, tarixi-mənəvi, İslam dini inancına aid "Şeytana daş atanlar" romanı daxil edilib.
Görkəmli məhsuldar yazıçı-publisit, Qarabağ veteranı Hacı Qəni Camalzadənin "Seçilmiş əsərləri"nin - 15 Cildliyinin V Cildinə müəllifin geniş oxucular tərəfindən maraqla qarşılanmış, dəfələrlə müzakirəsi və təqdimat mərasimləri təşkil olunmuş, tarixi-etnoqrafik, kəskin süjetli "Kiaksarın axırıncı savaşı" tarixi romanı daxil edilib.
Tanınmış məhsuldar yazıçı-publisit, Qarabağ veteranı Hacı Qəni Camalzadənin "Seçilmiş əsərləri"nin - 15 Cildliyinin IV Cildinə müəllifin geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanan, xarici dillərə tərcümə edilərək ABŞ, Rusiya və başqa ölkələrdə nəşr olunan, tarixi-etnoqrafik, kəskin süjetli "Karxana" romanı daxil edilib.
Tanınmış yazıçı-publisit, Qarabağ veteranı Hacı Qəni Camalzadənin "Seçilmiş əsərləri"nin - 15 Cildliyinin III Cildinə müəllifin qələmə aldığı və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanan, xarici dillərə tərcümə edilərək nəşl olunan, incə yumor, kəskin sarkazmla yazılan "Qızıl xotux" romanı daxil edilib.
Tanınmış yazıçı-publisit, Qarabağ veteranı Hacı Qəni Camalzadənin "Seçilmiş əsərləri"nin - 15 Cildliyinin II Cildinə müəllifin qələmə aldığı, dövri mətbuatda və çoxsaylı kitablarda işıq üzü görmüş hekayələrin növbəti böyük bir qismi toplanıb. İncə yumor, kəskin sarkazmla yazılan hekayələrin süjetləri real həyat həqiqətlərinə söykənir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı şairə-publisistin şeirlər və poemalardan ibarət növbəti kitabın təkrar nəşri. Bu lirik-epik əsərlərdə müəllif zəmanəyə poetik-lirik qiymət verir, çağdaş insanın duyğularını şeiriyyətə köçürməyə çalışır...