Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Vətən dərsi

Müəllif:

Gülayə Könül (Rzayeva)


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Bu yeni elektron kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən reallaşdırılan "Vətənpərvərlik tərbiyəsinin inkişafı” ikiaylıq layihəsi çərçivəsində nəşr olunub.


Baxış sayı: 43
    
    


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi


www.kitabxana.net


Mir Cəlal Paşayev adına


 Milli Virtual Kitabxananın təqdimatında


“Çağdaş Azərbaycan ədəbiyyatı”



Bədii-poetik e-kitablar seriyası



Elektron kitab N 39 (01 - 2024)



Bu elektron nəşr  www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan Ədəbiyyatı” kreativ layihəsi “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən reallaşdırılan "Vətənpərvərlik tərbiyəsinin inkişafı” ikiaylıq layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.



Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB və


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi



https://kitabxana.net



Rəsmi FB səhifəmiz:


www.facebook.com/groups/kitabxana



"Vətən dərsi"


Hazırlayanı və layihə rəhbəri: Gülayə Rzayeva


Vətənpərvərlik toplusu



Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2024

YYSİB - Milli Virtual-Elektron Kitabxananın e-nəşri


Virtual redaktoru və e-nəşrə hazırlayanı: 

Aydın Xan (Əbilov), yazıçı-kulturoloq, Prezident təqaüdçüsü



Bu yeni elektron kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən reallaşdırılan "Vətənpərvərlik tərbiyəsinin inkişafı” ikiaylıq layihəsi çərçivəsində nəşr olunub.



Müəllifin digər e-kitabları:


https://kitabxana.net/author.php?author=908




DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.



“Vətənpərvərlik tərbiyəsinin inkişafı” layihəsi reallaşdırılır

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi verdiyi, “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən həyata keçirilən “Vətənpərvərlik tərbiyəsinin inkişafı” layihəsinin icrasına başlanılıb.

 

2 ay müddətində həyata keçiriləcək ədəbi-kreativ layihə haqqında fondun rəhbəri Gülayə Rzayeva açıqlama verib. G.Rzayevanın bildirdiyinə görə, reallaşdırılacaq ikiaylıq layihə 1 may – 31 iyun 2024-cü il tarixlərini əhatə edəcək və məhsuldar fəaliyyət planı ilə fərqlənəcək.

 

Bildirilib ki, gənclər hər zaman fərqliliyi, modernliyi sevir: bu baxımdan da, Böyük Zəfərdən bizi illər ayırdıqca, yeni nəsilin əsl vətəndaş kimi formalaşmasında Qarabağ mübarizəmizin, qanlar və canlar hesabına qazanılan Qələbə, eləcə də antiterror əməliyyatındakı hərb sənətinin uğurlarını - enerjisini Azərbaycanın inkişafına yönəltmək üçün yeniyetmə və gənclər üçün yeni trend - memlər formasında, Vətəndar (hökümdar anlayışına bənzədilir) trendinin populyarlaşdırmaqla, ideoloji fəaliyyətləri gücləndirilir.

Layihə çərçivəsində ölkəmizin müxtəlif bölgəsindən olan 5 şəhid ailəsi və 5 müharibə veteranının dəyərli həyat hekayəsi kitab və onun elektron formasında gənclərə motivasiya verilməsinə istiqamətləndiriləcək. İctimai-humanitar fikrimizdə yeni trend vətəndar - vətəni sevmək, dardaykən Azərbaycan üçün canından keçmək, dünyanın harasından yaşamasından asılı olmayaraq, özünü vətəndar sayıb, ölkəmizin, xalqımızın inkişafına, Qarabağın dirçəlməsinə yardımçı olacaq yeni nəslin mənəvi-əxlaqi, intellektual-kreativ yetişməsinə çalışmaları üçün gənc nəslin mənəvi cəhətdən hazırlanması layihənin əsas fəlsəfəsini təşkil edir.

Layihə icraçıları vətənpərvərlik sahəsində yeni trend - mem ortaya qoymağa, vətəndar anlayışını populyarlaşdırmağa çalışacaqlarını bildirirlər. Gənclər ilə müharibə şəhidlərinin ailə üzvləri və veteranların yaxından ünsiyyəti yaratmaqla ortadakı ictimai-sosial biganəlik aradan qaldırılmasına çalışılacaq. Qarabağa qayıdış prosesinə dəstək veriləcək, hələ də o yerləri görməyənlərə dayaq durulacaq. Vətənpərvərlik mövzusunda 2 fərqli nəşr, kağız toplu, onun elektron variantı çapa hazırlanacaq, təqdimat mərasimləri vasitəsilə yeni nəsil oxuculara müsbət dəyərlər açılanacaq.

Əsas fəaliyyətlər paytaxt Bakıda həyata keçiriləcək. Kitab üçün materiallar toplanan, müxtəlif bölgələrə səfərlər təşkil olunacaq, eləcə də İnternet və sosial şəbəkələr vasitəsi ilə respublika ərazisində və soydaşlarımız yaşayan dünya ölkələrində. Milli-mənəvi və ideoloji işlərin mərkəzi paytaxrt olduğuna görə əsas fəaliyyət buradan qurulacaq. İnternetüstü fəaliyyətlər isə az məsrəflərlə ölkəni və dünyada yaşayan 55-60 milyonluq soydaşlarımızın yaşadığı məkanları əhatə etmək mümkündur. Eyni zamanda kitab üçün materiallar hazırlanan zamanı 10 ailənin yaşadığı bölgələrə baş çəkiləcək, qəhrəmanların yaşadığı yerlər, oxuduğu məktəblər, basdırıldığı torpaqlar ziyarət ediləcəkdir ki, bu da layihənin real tədbirlər silsiləsini təşkil edəcəkdir.

Gənc nəslin qəbul etdiyi modern, qısahəcmli, audi-vizual və tez yaddaqalan ədəbi nümunələrin, vizual-virtual formatlı məhsullar ortaya qoymağı nəzərdə tutan layihə sadalanan məsələlərin ictimailəşdirilmək məqsədi güdür. Layihə ənənəvi - ədəbiyyat və yeni vizual formaları özündə birləşdirməklə məktəblilər, yeniyetmələr, gənclər və tələbələr, eləcə də diaspor gəncləri arasında hərbi-vətənpərvərliyi gücləndirməyi, yeni texnoloji-estetik alətlərdən yararlanmağı nəzərdə tutulur.

 

“Qayğı və Himayə” Xeyriyyə Fondunun

 KİV və Media bölümü