Bu kitab ürəyi sevgi həsrətindən yananlar üçün, ümidi yorulmuşlar üçün, başını əlləri arasına alıb bu dünyanı götür-qoy edənlər üçün, inciyib-küsənlər üçün və bir də sadəcə sevənlər üçündür...
"Virtual @qətl". Çox fərli bir elektron rəqəmsal Virtual Kitab. Mistik və erotik hekayələr, povestlər, virtual e-roman, esselər, kulturoloji məqalələr, bədii tərcümələr, poetik əsərlər, müsahibələr...
Atası Cəlladbaşı Məmmədqulunun ruhunu axtaran Karvanbaşını tale Sehrbazlar dərəsinə gətirir. Ağ dərvişin müridi Səyyah sehrbaz ruhu çağırmağı boynuna götürür. Ruhla Karvanbaşının sirli görüşü faciəylə bitərkən... Son illərin maraqlı romanlarından biri!
Gənc yazar İlqar Fəhminin "Bakı tarixindən kollaj" estetik bədii-publisistik romanı Bakı tarixinə, etnoqrafiyasına, mədəni irsinə özünəməxsus, subyektiv bir baxışı əks etdirir. Əsər fraqmentar roman üslubunda yazılıb, ilk baxışdan bir-biriylə əlaqəsi olmayan, lakin daxili bağlılığı olan fraqmentlərdən ibarətdir.
Varis. "Sonuncu ölən ümidlərdir". Bellestrik romanın bütöv e-mətni.
Romanda bəhs edilən hadisələrin bir hissəsi 1990-cü illərin sonlarında yazarın nəşr etdiyi «168 saat» qəzetində işıq üzü görüb. İndi isə müəllif oxucuları dramatik hadisələr, macəralarla zənginləşdirilmiş sevgi hekayəti qəhrəmanlarının sonrakı taleləri ilə tanış edir.
Kitaba yazıçının otuzillik bir dövrü əhatə edən ədəbi yaradıcılığının ilk nümunələrindən tutmuş son əsərlərinəcən yenidən işlənmiş povest və hekayələrinin bir qismi daxil edilmişdir. Əlavə olaraq daha 7 yeni hekayəsini də sizlərə ərməğan edirik
Azərbaycanın tanınmış yazıçı-publisisti Aqil Abbasın ədəbi-mədəni ictimaiyyətimizin diqqətinə verilən "Dolu" adlı son maraqlı romanını yeni "Qarabağnamə" kimi də oxumaq olar, çağdaş tarixi əsər də hesab etmək mümkündür... Romanın e-variantını təqdim edirik...
Xalq yazıçısı Anarın "Dantenin yubileyi" povesti: bu əsər özünü sənət adamı sayaraq dünyanı dəyişməyə can atanların aqibəti və kədəri barədə eelegiyadır sanki...