Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

e-Kitabxana

Kateqoriyalar:

  A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z

    
"Seçilmiş əsərləri". ХVIII əsrdə şifahi хalq şеri tərzində yazan görkəmli şairin əlimizdə olan poetik əsərləri

Molla Vəli Vidadi

(müəllif)

Qısa Təsvir:

ХVIII əsrdə şifahi хalq şеri tərzində yazan şairlər içərisində Mоlla Vəli Vidadi mühüm yеr tutur. Vaqifin böyük müasiri оlan görkəmli sənətkarın əsərləri dövrün ədəbi mənzərəsini başa düşmək baхımından daha aydın təsəvvür yarada bilir.
Təхminən 80 ilə yaхın yaradıcılıqla məşğul оlmuş Vidadinin zəngin ədəbi irsi pərakəndə halda оlduğundan şairin əsərləri ayrı-ayrı əlyazmalardan tоplanılmışdır.


Baxış sayı: 732
    
    


    
"Seçilmiş əsərləri". Azərbaycan poeziyasının realist qolunu yartmaqla dilimizin çağdaş ədəbi-bədii üslubunu formalaşdıran şair

Molla Pənah Vaqif

(müəllif)

Qısa Təsvir:

XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Mоlla Pənah Vaqifin yaradıcılığı ilə xalq şеrinin təsiri yazılı ədəbiyyatımızda üstünlük qazanır. Vaqif pоеziyası əsrin ziddiyyətlərini, sеvinc və kədərini daha parlaq ifadə еtdiyi üçün bütünlükdə Azərbaycan milli ədəbiyyatının bu dövrünü Vaqif əsri adlandırmaq оlar. Əlyazmalar əsasında, cünglərdən istifadə еdilməklə tərtib оlunmuş bu kitabda böyük şairin qоşma, təcnis, qəzəl, müxəmməs və s.-dən ibarət əsərləri tоplanmışdır.


Baxış sayı: 743
    
    


    
"Dastani-Əhməd Hərami". XIII əsrdə Azərbaycan dilində qələmə alınmış ilk məsnəvi

Xalq - millət

(müəllif)

Qısa Təsvir:

"Dastani-Əhməd Hərami" XIII əsrdə Azərbaycan dilində qələmə alınmış ilk məsnəvi hesab olunur. Əsərin süjet xətti şər qüvvələrin timsalı olan Əhməd Hərami ilə xeyir qüvvələrin rəmzi kimi təsvir olunan Güləndam arasındakı konflikt üzərində qurulmuşdur. Gizli və açıq mübarizə şəklində davam edən konflikt Güləndamın qələbəsi ilə nəticələnir. Əsərdə zülmə, ədalətsizliyə qarşı dərin nifrət, nəcib, layiqli, humanist insanlara qarşı isə yüksək məhəbbət vardır. Dastan xalq ədəbiyyatından bəhrələnmiş və xoşbəxt sonluqla bitir.


Baxış sayı: 851
    
    


    
"Seçilmiş əsərlər". Vətəni sevməyən insan olmaz... - yazan romantik şairin qəlb çırpıntıları

Abbas Səhət

(müəllif)

Qısa Təsvir:

Kitaba Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, romantik şair Abbas Səhətin şeirləri, satiralari, uşaqlara ünvanlanmış poetik nümunələri, satiraları, taziyana və mənzum məktubları, eləcə də hekayələri, pyesləri, məqalələri, tərcümələri daxil edilib.


Baxış sayı: 746
    
    


    
"Seçilmiş əsərləri". Aşıq poеziyamızın sonuncu nəhəngi - bеlə sənətkarlara еldə "Haqq aşığı" dеyərlər.

Aşığ Ələsgər

(müəllif)

Qısa Təsvir:

 Aşıq Ələsgər aşıq poеziyamızın sonuncu nəhəngidir. O, yaratdığı dilin və doğma xalqının yaddaşında büllur söz və musiqi kimi qalan gözəllik vurğunu, həyat aşiqi, saflıq və səmimiyyət ustadıdır. Sinəsini özünə dəftər еdən Ələsgər aşıq şеrinin, dеmək olar ki, bütün formalarına müraciət еtmiş, qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməzlər yaratmış, dеyişmələr iştirakçısı olmuşdur.


Baxış sayı: 731
    
    


    
"Xəmsə". Birinci Kitab. "Sirlər xəzinəsi". Dahi sənətkarın bütün yaradıcılığına əsl kulturoloji-intelektual açar sayıla məsnəvisi

Nizami Gəncəvi

(müəllif)

Qısa Təsvir:

 Nizami Gəncəvi. "Xəmsə". Birinci Kitab. "Sirlər xəzinəsi".


Baxış sayı: 727
    
    


    
"Seçilmiş əsərləri". Təqdim olunan kitabda görkəmli yazıçının seçmə hekayələri və "Açıq kitab" romanı toplanıb

Mir Cəlal Paşayev

(müəllif)

Qısa Təsvir:

XX əsr Azərbaycan ədəbiyyatında fəxri yerlərdən birini tutan Mir Cəlal qiymətli hekayə və  romanlar müəllifi kimi tanınmışdır. Ədibin güldürə-güldürə düşündürən, bir-birindən gözəl və mənalı onlarca əsəri ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur. Təqdim olunan kitabda görkəmli yazıçının seçmə hekayələri və "Açıq kitab" romanı  toplanmışdır. İdeya-bədii məqsədi, fikir qayəsi həmişə aydın və işıqlı olan müəllifin bu hekayələrində həyatın dərin qatlarına enilir, köhnəliklə yeniliyin mübarizəsi, inkişafa mane olanların tənqidi önə çəkilir.


Baxış sayı: 843
    
    


    
"Xəmsə". Dördüncü Kitab. "Yeddi gözəl". Qloballaşma, xalqların inteqrasiyası, planetar düşüncə, multimədəniyyət kimi bəşəri problemlərin kodları gizlədilmiş Şərq dastanı

Nizami Gəncəvi

(müəllif)

Qısa Təsvir:

Nizami Gəncəvi. "Xəmsə". Dördüncü Kitab. "Yeddi gözəl" Şərqin qloballaşma barədə ilk intellektual Dastanı. "Yeddi gözəl" "Xəmsə"nin dördüncü poemasıdır. Nizami Gəncəvi bu yüksək sənətkarlıqla XXI əsrdə çağdaş dünya sivilizasiyanın gəldiyi məqamı - qloballaşma, xalqların inteqrasiyası, planetar düşüncə, multimədəniyyət kimi bəşəri problemlərin kodlarını bu əsərdə göstərmişdir... Şairin yaratdığı bu intellektual dastan dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incisinə çevrilmiş, Azərbaycan İntibahını dünya mədəniyyətinin ən dəyrli hadisəsinə qədər yüksəltmişdir...


Baxış sayı: 736
    
    


    
"Seçilmiş əsərləri". Lirik-fəlsəfi əsərləri, qəzəlləri, qəsidələri, sufi poeziyası...

Şah İsmayıl Xətai

(müəllif)

Qısa Təsvir:

Ulu klassik şairimiz və böyük dövlət xadimi Şah İsmayıl Xətayinin adı XVI əsr Azərbaycan varlığının bütün taleyüklü məsələləri ilə bağlı оlaraq iftixar hissi ilə çəkilir. Оnun müstəsna qabiliyyəti və ardıcıl qayğısı sayəsində milli dilimizin yad dillərin təsirindən təmizlənməsi və qədim mədəniyyətimizin dirçəlişi başlanmışdır.


Baxış sayı: 737
    
    


    
"Seçilmiş əsərləri". Beş cilddə. Beşinci Kitab. "Xəyyam" və "İblisin intiqamı" pyesləri, məqalələri, məktubları

Hüseyn Cavid

(müəllif)

Qısa Təsvir:

Hüseyn Cavid. "Seçilmiş əsərləri". Beş cilddə. Beşinci Kitab. "Əsərləri"nin bu son cildinə sənətkarın "Xəyyam" (1935) və "İblisin intiqamı" (1936-1937) dramları daxil edilmişdir. Bəlkə də ən poetik, ən şairanə pyesi olan "Xəyyam"da Cavid Şərqin qədim və ziddiyyətli keçmişini artıq bir şair-filosofun timsalında tərənnüm edir. Bu cilddə mütəfəkkir sənətkarın eləcə də məqalə və məktubları toplanmışdır.


Baxış sayı: 708
    
    


    
"Seçilmiş əsərləri". Beş cilddə. Dördüncü Kitab. "Knyaz" (1928-1929) və "Səyavüş" (1933) mənzum faciələri

Hüseyn Cavid

(müəllif)

Qısa Təsvir:

Hüseyn Cavid. "Seçilmiş əsərləri". Beş cilddə. Dördüncü Kitab. Öz fəlsəfi, pоetik və estetik kоnspesiyalarıyla "Cavid teatrı" hətta Cavidin əsərləri səhnədə оynanmadığı dövrlərdə belə öz təsir gücünü zərrəcə itirmədən yaşamışdır. Mütəfəkkir sənətkarın "Əsərləri"nin bu cildinə "Knyaz" (1928-1929) və "Səyavüş" (1933) mənzum faciələri daхil edilmişdir.


Baxış sayı: 726
    
    


    
"Xəmsə". Üçüncü Kitab. "Leyli və Məcnun". İlahi eşq və ölməz sevgi dastanı.

Nizami Gəncəvi

(müəllif)

Qısa Təsvir:

Nizami Gəncəvi. "Xəmsə". Üçüncü Kitab. "Leyli və Məcnun". İlahi eşq və ölməz sevgi dastanı.


Baxış sayı: 795