“Sədərək şairləri”. Naxçıvan MR - Sədərəkli şairlərin vətənpərvərlik mövzusunda poetik əsərlərindən ibarət almanax. Nəşrə hazırlayanı: Tofiq Seyidzadə.
Məcnun Göyçəli. "Seçilmiş əsərləri". III cilddə. III cild. Üçcildliyin bu yeni cildinə istedadlı Azərbaycan şairinin müxtəlif illərdə qələmə aldığı, əsasən vətən və vətənpərvərlik, qədim Göyçə mahalına dair epik-lirik əsərləri - şeirləri və poemaları daxil edilib.
Əlisəfa Azayev. "Vahimə". Detektiv povest. Əsərdə vaxtilə Sumqayıtda milli münaqişə zəminində baş vermiş olaylardan, bu hadisələrdən sonra başı bəlalar çəkən, işini, ailəsini itirən bir gəncmüstəntiqin faciəsindən söz açılır.
"Aforizmlər. Seçilmişlərdən seçilmişlər". Səlahəddin Xəlilovun təqdimatında. Vətənə, millətə, xalqa, mənəvi dəyərlərə aid görkəmli şəxsiyyətlərin müdrik fikirlər toplusu.
Fikrət Qoca. "Seçilmiş əsərləri". Səkkiz cilddə. IV cild. Ədəbiyyatımızın görkəmli nümayəndəsi, xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocanın vətən və mənəvi dəyərlər aid şeirlər kitabı.
Mehman Süleymanov. "Şah İsmayıl Səfəvi". Tarixi-qəhrəmanlıq elmi araşdırması. Kitab Azərbaycan xalqının dövlətçilik tarixində yeni bir səhifə açmış, Səfəvilər sülaləsinin əsasını qoymuş, görkəmli sərkərdə, məharətli döyüşçü, istetdadlı şair Şah İsmayıl Səfəvinin həyat və fəaliyyətinə həsr edilmişdir.
Azadə Novruzova. "Sən mənim ağ kitabım". Vətən mövzulu şeirlər və esselər kitabı. Azadə Novruzovanın «Sən mənim ağ kitabım» adlı şeirlər və esselər toplusunda vətən, sevgi, ictimai məzmunlu yazıları yer alıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
İlham Əliyev. "Gecənin rəngi". Vətənpərvərlik mövzusunda roman. Yazıçı-publisist İlham Əliyevin qələmə aldığı "Gecənin rəngi" romanı Dağlıq Qarabağ müharibəsində baş verən hadisələrdən bəhs edir. Romanda əsgərlərimizin qəhrəmanlığı, komandirlərin peşəkarlığı döyüşlərin başlandığı ilkin dövrdə Azərbaycanın özünü müdafiə dəstələrinin Dağlıq Qarabağda böyük əraziləri düşməndən azad etmələri öz əksini tapmışdır.
Aqşin Mistanlı (Əliyev. "Haftoni: qəlbimdəki yeddi bulaq". Etnoqrafiq-vətənpərvərlik kitabı. Kitabda doğma el-oba, Qarabağ şəhidləri, müharibə veteranları haqqında maraqlı hissələrlə gənclərdə vətənə sevgi duyğuları aşılanmağa çalışılır.
Vasif Əlihüseyn. "Divara yazılmış azadlıq sözü". Gənc şairin poetik-vətənpərvərlik toplusu. Vasif Əlihüseynin oxucularla ikinci görüşü olan bu kitabda ictimai-siyasi, vətənpərvərlik notları ilə yanaşı, haqq-ədalət, sevgi motivləri də önə gəlir. Müşahidə dəqiqliyi, özünəməxsus yanaşma tərzi, mövzu rəngarəngliyi müəllif yaradıcılığının oxucu sevgisi qazanacağına əminlik yaradır.
Əkrəm Rəhimli (Bije). "Seyid Cəfər Pişəvəri. Mübarizə burulğanında keçən ömür". Güney Azərbaycan Demokratik Respublikasının banisi haqqında tarixi-elmi araşdırma, hərbi-vətənpərvərlik kitabı.
Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları". Ədəbi-publistik, hərbi-vətənpərvərlik kitabı. Kitabda hər qəhrəman barədə müəllif tərəfindən yüksək bədii ustalıqla qələmə alınmış qısa oçerklər diqqəti xüsusi cəlb edir.