Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Əlisəfa Azayev. "Vahimə". Detektiv povest. Əsərdə vaxtilə Sumqayıtda milli münaqişə zəminində baş vermiş olaylardan, bu hadisələrdən sonra başı bəlalar çəkən, işini, ailəsini itirən bir gəncmüstəntiqin faciəsindən söz açılır.

Müəllif:

Əlisəfa Azayev


Kateqoriya:

İntellektual gənc əsgər: hərbi-vətənpərvərlik ədəbiyyatı



Qısa Təsvir:

Əlisəfa Azayev. "Vahimə". Detektiv povest. Əsərdə vaxtilə Sumqayıtda milli münaqişə zəminində baş vermiş olaylardan, bu hadisələrdən sonra başı bəlalar çəkən, işini, ailəsini itirən bir gəncmüstəntiqin faciəsindən söz açılır.


Baxış sayı: 1133
    
    


www.kitabxana.net


Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

  "İntellektual gənc əsgər": vətənpərvərliyin kreativ-innovativ təbliği. Elektron Kitab N 21  (19 - 2019)

 

 Bu elektron kitablar Azərbaycan Gənclər Fondunun üçaylıq maliyyə dəstəyi ilə (2018-ci ildə  maliyyə yardımı müsabiqəsi) Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən, http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın  "İntellektual əsgər": İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliği" adlı kulturoloji layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. 


Kreativ-bədii layihənin bu hissəsini maliyyələşdirən qurumlar:

Azərbaycan Gənclər Fondu - http://youthfoundation.az


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi:

 http://www.yysq.kitabxana.net 


Bu silsilədən olan digər  digər e-kitablarını buradan oxuyun:


http://kitabxana.net/?oper=e_kitabxana&cat=183


   "İntellektual əsgər": İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliği" adlı kulturoloji layihəsi çərçivəsində hazırlanan Feysbukda səhifəmizi və virtual kursu buradan izləyin: 

 https://www.facebook.com/YeniYazarlar/



Əlisəfa Azayev


"Vahimə"


Detektiv povest


Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2018-2019

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazıçı-kulturoloq


Əlisəfa Azayev. "Vahimə". Detektiv povest. Əsərdə vaxtilə Sumqayıtda milli münaqişə zəminində baş vermiş olaylardan, bu hadisələrdən sonra başı bəlalar çəkən, işini, ailəsini itirən bir gəncmüstəntiqin faciəsindən söz açılır. Detektiv janrda yazılan povestdə təsvir olunan mühit, hadisələr, personajlar bizə tanış və doğmadır.


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


"İntellektual gənc əsgər" kreativ lyihəsi barədə geniş məlumatlar



YYSİB-nin AGF maliyyə dəstəyi ilə həyata keçirdiyi "İntellektual əsgər": İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliği" adlı kulturoloji layihəsi...


Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi növbəti kulturoloji fəaliyyətinə başlayıb. "İntellektual əsgər": İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliği" adlı kulturoloji layihə haqqında YYSİB-nin sədri, tanınmış yazıçı-kulturoloq, layihə rəhbəri Aydın Xan Əbilov KİV və yeni media orqanları üçün geniş açıqlamasında geniş məlumatar verib. Onun bildirdiyinə görə, Bakı, İnternet və yeni media, sosial şəbəkələr, Abşeron və Lənkəran rayonunda tanıtım təqdimatlarının da nəzərdə tutulduğu layihə həm də yeniyetmələrin, gənclərin İKT savadlığının artırılmasına istiqamətlənib. 5 dekabr 2018-ci il tarixindən həyata keçirilməyə başlayan layihə elektron təhsil, virtual fəaliyyətlər, elektron kitabxana, təqdimat-tanıtım, sosial şəbəkələrdə iş kimi innovativ istiqamətlərin zənginləşməsinə yardımçı olacaq.
Layihə rəhbərinin sözlərinə görə, əsgəri xidmətə yollanan gənclərin nəzərəçarpan hissəsi əsasən təhsildə zəif nəticə göstərən, ali məktəblərə qəbul ola bilməyən, sosial-ictimai, mədəni mühitə qoşulmayan, daha çox sosial şəbəkələrə və İnternetə, meylli, amma intellektual-elmi düşüncəsi zəif olduğundan real həyatda və gələcək hərbi fəliyyətdə problemlərlə rastlaşan, təlim-tərbiyəyə çətin uyğunlaşan yeniyetmə, gənclər olduğu statistik məlumatlar da aydın göstərir. Hərbi-vətənpərvərlik hisslərinin zəiflədiyi, əvəzinə müxtəlif liberl siyasi-dini ideologiyaların təsirinə düşən yeni nəsil nümayəndələrinin sayı durmadan artır. Gəncədəki hadisələr, Suriyada vuruşan və müxtəlif beynəlxalq terrorçu qruplşmalara qoşulanların əksəriyyəti savadsız, milli-mənəvi dəyərlərdən, vətənpərvərlik hisslərindən uzaq, qəlblərində vətən sevgisi zəif olan gənclərdir. Hərbi-vətənpərvərlik sahəsində yeni yazılan bədii-publisitik əsərlərin azlığı, o mövuda ixtisaslı gənc və orta nəsil yaradıcı insanların olmaması, İnternet media və sosial şəbəkələrin müxtəlif formatlı audio-vizual, virtual-elektron məhsullarının azlığı, milli anadilli resurslarımızın formalaşmaması, savadsız gənclərin İKT bilgilərinin - bacarıqlarının lazımi istiqamətdə yararlanmamaları, gənc əsgərlərə ünvanlı elektron kitab və əsərlərin məhdud sayda olması bu məsələlərin aktual və kəskinliyindən xəbər verir. 
Layihə aşağıdakı məqsədlərlə həyata keçirilir. Hərbi-vətənpərvərlik mövzusunda ədəbi-sənət müsabiqəsi təşkili və yazarları, bloqerlərin bu janrda yeni əsərlərin yaratmağa iştirakını təşviq etmək. Elektron kitabxanada ayrıca hərbi-vətənpərvərlik əsrlərindən ibarət mini e-kitabxana bölümünü yaratmaq. 30 elektron kitab və rəqəmsal nəşr hazırlayıb İnternetdə azad yaymaq, istifadəçilərin, xüsusən də gənclərin, tələbələrin, əsgərlərin ixtiyarına buraxmaq. Yeni İKT formaları - e-kitab, rəqəmsal nəşrlər, audio-vizual (foto-video, sosial media janrlarında), virtual-elektron məhsullar formasında orta məktəbin son siniflərinin şagirdlərini, peşə məktəblərinin tələbələrini, həmçinin müddətli və müddətsiz hərbi qulluqçuların, gənc əsgərlərin və hərb sənəti ilə maraqlananların istifadəsinə vermək. İnternetdə - Feysbukda "İntellektual əsgər" sosial şəbəkə resursunu yaratmaq və orada e-kitabların, vizual-virtual məhsulların elektron yayımını ardıcıl aparmaq, e-kitab və rəqəmsal nəşrlərin e-sərgisini keçirmək. Gənclər arasında hərb sənətinə marağı artırmaq, hərbi-vətənpərvərlik, milli-mənəvi dəyərlər üstünlük verən, Qarabağ torpaqlarımızı azad etmək üçün intellektal hərbiçilərin formalaşmasına təkan vermək. Gənc əsgərlərə, hərbiçilərə İKT bilgilərinin, yeni virtual oxu və e-yazı mədəniyyəti, bilik və bacarıqlarını aşılamaq. İnternet, Feysbuk, Tvviter, +Google və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi, gənclərin, yeniyetmələrin, əsgərlərin intellektual səviyyəsini yüksəltmək.
Azərbaycan Yazıçılar Birliyi, www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana, "Avropa" Nəşriyyat-Poliqrafiya Birliyi, İNK TV, müxtəlif təhsil ocaqları və qurumlar ilə tərəfdaşlıq etməklə, layihədə görüləcək işlər aşağıdakı mərhələlərə bölünüb:
I mərhələ. 1. Hazırlıq: layihəyə cəlb ediləcək komandanın təşkili. Könüllü cəlb ediləcək şəxslərin seçilməsi, texniki-yaradıcılıq problemlərin həlli, eləcə də peşəkar mütəxəssis, müxtəlif yaradıcı qrup nümayəndələri ilə münasibətlər qurulması, müəlliflərlə əlaqələrin yaradılması. Lazımi texniki avadanlıqların əldə edilməsi. Hərbi-vətənpərvərlik mövzusunda İnternetdə ədəbi-sənət müsabiqəsi təşkili və yazarları, bloqerlərin bu janrda yeni əsərlərin yaratmağa iştirakını təşviq etmək.
2. Elektron kitabxanada ayrıca hərbi-vətənpərvərlik əsrlərindən ibarət mini e-kitabxana bölümünü yaratmaq. 30 elektron kitab və rəqəmsal nəşr hazırlayıb İnternetdə azad yaymaq, istifadəçilərin, xüsusən də gənclərin, tələbələrin, əsgərlərin ixtiyarına buraxmaq.
II Mərhələ. 3. Yeni İKT formaları - e-kitab, rəqəmsal nəşrlər, audio-vizual (foto-video, sosial media janrlarında), virtual-elektron məhsullar formasında orta məktəbin son siniflərinin şagirdlərini, peşə məktəblərinin tələbələrini, həmçinin müddətli və müddətsiz hərbi qulluqçuların, gənc əsgərlərin və hərb sənəti ilə maraqlananların istifadəsinə vermək.
4. İnternetdə - Feysbukda "Gənc əsgər" sosial şəbəkə resursunu yaratmaq və orada e-kitabların, vizual-virtual məhsulların elektron yayımını ardıcıl aparmaq, e-kitab və rəqəmsal nəşrlərin e-sərgisini keçirmək. Gənclər arasında hərb sənətinə marağı artırmaq, hərbi-vətənpərvərlik, milli-mənəvi dəyərlər üstünlük verən, Qarabağ torpaqlarımızı azad etmək üçün intellektal hərbiçilərin formalaşmasına təkan vermək məqsədilə real və virtual tanıtım tədbirlərinin təşkili. Gənc əsgərlərə, hərbiçilərə İKT bilgilərinin, yeni virtual oxu və e-yazı mədəniyyəti, bilik və bacarıqlarını aşılamaq. 
III Mərhələ. 5. Rəqəmsal halda - elektron formada nəşrə hazırlanmış e-kitabların bir elektron resursda cəmlənməsi, bu barədə İnternetdə, sosial şəbəkələrdə tanıtım kampaniyalarının təşkil edilməsi, videovasitələrin hazırlanması, İnternetdə yayılmasının təşkili. E-kitabların İnternetdə - elektron kitabxanadakı xüsusi resursda yerləşdirilməsi, mini-elektron kitabxana bölümünü yaradılması. Hazırlanan materialların İnternet resursunda yerləşdirilməsi üçün ayrıca intellektual resursunun - kitabxana.net portalının, milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi.
6. İnternet, Feysbuk, Tvviter, +Google və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi, gənclərin, yeniyetmələrin, əsgərlərin intellektual səviyyəsini yüksəltmək. İnternet və sosial şəbəkələrdə davamlı təbliğatların qurulması, mütəmadi olaraq kreativ kurs, master-klass və e-kitabların virtual sərgilərinin keçirilməsi. Sosial şəbəkələrdə, o cümlədən Feysbukdakı ayrıca bir səhifədə layihədə görülən işlərin tanıtımı və təbliği. Sosial şəbəkələrdə hazırlanan, elektron kitabxanada yerləşdirilən e-kitabların təbliğ etmək üçün fəaliyyətlərin qurulması.
7. İctimaiyyətin nümayəndələri, gənclər, məktəblilər və universitet tələbələrinin əngəlli kreativ gənclərlə real tanıtım görüşlərinin təşkili. Yaradılacaq elektron mini-kitabxananın və başqa elektron nəşrlərin təqdimat mərasimlərinin keçirilməsi. KİV-də, TV və radiokanallarda, İnternet saytlarında təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-nəşrə hazırlanan, e-kitabxanada yerləşdirilən rəqəmsal kitabların təbliğ etmək üçün fəaliyyətlərin qurulması. Layihənin davamlılığını təşkil etmək üçün sonrakı mərhələsinin hazırlanması, monitorinqini və nəticələrini qiymətləndirilməsi.
Layihə çərçivəsində gənclərin əldə edəcəyi konkret bilik, bacarıq və vərdişlərə xüsusidiqqət ayrılacaq. Hərbi-vətənpərvərlik sahəsinə aid anadilli intellektual İnternet, elektron kitabxana, sosial şəbəkə resursu hazırlanacaq və gənclər onlardan faydalanacaq, eləcə də bu istiqamətdə yazıçı, naşir, e-nəşrləri hazırlayanlar, sosial mediada müxtəlif formatlı məhsullar yaradılacaq. Hərbi-vətənpərvərlik sahələrini əhatə edəcək mövzuda ədəbi-sənət müsabiqəsi təşkili olunacaq və gənc yazıçılar, bloqerlər, publisitlər bu janrda yeni əsərlərin yaratmaqla çağdaş söz sənətini zənginləşdirəcəklər. Elektron kitabxanada ayrıca hərbi-vətənpərvərlik əsrlərdən ibarət mini e-kitabxana bölümünü yaradılacaq, 30 elektron kitab və rəqəmsal nəşr hazırlayıb İnternetdə azad yayıldığına görə istifadəçilərin, xüsusən də gənclərin, tələbələrin, əsgərlərin intellektual-estetik bilikləri artacaq. İKT formatı - e-kitab, rəqəmsal nəşrlər, audio-vizual (foto-video, sosial media janrlarında), virtual-elektron məhsullar formasında orta məktəbin son siniflərinin şagirdlərini, peşə məktəblərinin tələbələrini, həmçinin müddətli və müddətsiz hərbi qulluqçuların, gənc əsgərlərin və hərb sənəti ilə maraqlananların istifadəsinə verildiyindən, onlar tərəfindən bu sahələrdə yeni bacarıqlar əldə ediləcək. İnternetdə - Feysbukda "Gənc əsgər" sosial şəbəkə resursunu yaradılacaq, orada e-kitabların, vizual-virtual məhsulların elektron yayımı ardıcıl aparılacaq, e-kitab və rəqəmsal nəşrlərin e- sərgisi keçiriləcək ki, bu da həm azərbaycandilli qlobal İnformasiya məkanı zənginləşdiriləcək, həm də sosial şəbəkələr vasitəsilə 55 milyonluq soydaşlarımıza mesajlarımızı çatdıracağıq. Gənclər arasında hərb sənətinə marağı artacaq, hərbi-vətənpərvərlik, milli-mənəvi dəyərlər üstünlük verən, Qarabağ torpaqlarımızı azad etmək üçün hazırlıqlı intellektal hərbiçilərin formalaşmasına təkan verilicək. Gənc əsgərlərə, hərbiçilərə KT bilgilərinin, yeni virtual oxu və e-yazı mədəniyyəti, bilik və bacarıqları aşılanacaq. İnternet, Feysbuk, Tvviter, +Google və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi, gənclərin, yeniyetmələrin, əsgərlərin intellektual səviyyəsini yüksəldilməsinə çalışılacaq. İnternetdə - Feysbukda "İntellektual gənc əsgər" sosial şəbəkə resursunu yaratmaqla yeniyetmə və gənclər üçün xüsusi kreativ kurs, tanınmış elm, mədəniyyət, sənət və ədəbiyyat adamlarının iştirakıyla keçiriləcək e-master-klasslar, mini kitabxana, elektron resurslar, elektron kitab seriyası, habelə Youtube videoplatformada onlayn TV proqramlar, elektron məhsullar yaratmaqla kulturoloji, intellektual və peşə imkanlarını genişləndirmək, hərbi biliklər sahələrinin inkişafında onların rolunu artırmaq, yeni əsərləri yaradılmasını motivasiya etmək, ədəbiyyat, mədəniyyət, sənət sahələrində bu tipli şəxslərin inkişafını stimullaşdıılacaq. Eyni zamanda yeni İKT və innovativ təqdimatlara ehtiyac duyulduğundan, e-kitablar, multimedik imkanlar, İnternet, kompyüter texnikası alətləri, kreativ informasiya-intellektual məhsullar yaratmaqla bu sahələrdə gənclərin bilik və bacarıqları zənginləşdiriləcək, peşəkarlaşmağa yardımçı olunacaq.
Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Fəaliyyətin təqdimatına və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada əngəlli gənclərin kreativ-kulturoloji potensialının, ədəbi resurslarının geniş yayılmasına səbəb olacaq. 
Televiziyada və mətbuatda ("Dövlət və qanun", "Ədalət", "Bakı-xəbər", kimi ölkənin nüfuzlu mətbu orqanlarında, "Space" TV, İNK Televiziyada və digər KİV-də, İnternet saytlarında), müxtəlif sosial şəbəkə və foto-videoideo paylaşım platformalarında layihə, virtual mərkəz, e-kitab və rəqəmsal nəşrlər, elektron kitabxanadakı ayrıca bölüm haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanması da nəzərdə tutulub. İnternetdə - Feysbukda "İntellektual gənc əsgər" sosial şəbəkə resursunu yaratmaqla yeniyetmə və gənclər üçün xüsusi kreativ kurs, tanınmış elm, mədəniyyət, sənət və ədəbiyyat adamlarının iştirakıyla keçiriləcək e-master-klasslar, mini kitabxana, elektron resurslar, elektron kitab seriyası, habelə Youtube videoplatformada onlayn TV proqramlar, elektron məhsullar yaratmaqla kulturoloji, intellektual və peşə imkanlarını genişləndirmək, hərbi biliklər sahələrinin inkişafında onların rolunu artırmaq, yeni əsərləri yaradılmasını motivasiya etmək, ədəbiyyat, mədəniyyət, sənət sahələrində bu tipli şəxslərin inkişafını stimullaşdırılacaq.
Layihəylə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, təşkilatın saytında, sosial şəbəkələrdəki resurslarında - səhifə və qruplarında yerləşdiriləcək. AGF, AYB, dövlət və ictimai qurumların ekspertləri tərəfindən görüləcək işlərin qiymətləndirilməsinə şərait yaradılacaq.
Sonda AGF və əlaqədar qurumlara onun nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, Fondun mühasibatlıq sektoruna isə maliyyə hesabatı təqdim ediləcək. Eyni zamanda AR faliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Yazıçılar Birliyinə, KİV, İnternet portalarına və ictimaiyyətin nümayəndələrinə ətraflı məlumatlar, geniş hesabatlar təqdim ediləcək. Layihəyə ictimai nəzarət mexanizmi kimi istənilən qurum və şəxslər üçün monitornq edilməsinə açıqdır.
Layihə bitdikdən sonra da fəaliyyətimiz davam etdirilərək aşağıdakı istiqamətdə işlər həyata keçiriləcək: Davamlı olaraq bu istiqamətdə İnternetüstü bu fəaliyyətlər daha da genişləndiriləcək və ardıcıl işlər görüləcək; "İntellektaul gənc əsgər" sosial şəbəkə resursunda yenə də hərbi-vətənpərvərlik mövzusunda müxtəlif materiallar paylaşılacaq; İnternetdə, elektron kitabxanada, sosial mediada hərbi-vətənpərvərlik mövzusunda elektron kitablar, rəqəmsal nəşrlər eləcə də sosial şəbəkələrdə onlayn-oflayn yayımlanacaq, daimi fəaliyyət göstərəcəkdir; Elektron kitablardan ibarət virtual sərgi daimi təşkil olunacaqdır; Mütəхəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq; Gələcəkdə elmin və intellektual ədəbiyyatın müxtəlif sahələrinə aid sahə elektron kitabxanaları, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək resurslar yaradılacaq; Milli Virtual-Elektron Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəkdir; Layihənin növbəti mərhələsi hazırlanaraq donor təşkilatlara təqdim olunacaq və b.


YYSİB Analitik İnformasiya Bölümü



Qələminə və mövzularına sadiq yazıçı


Əlisəfa Azayevi 30 ildən artıqdır ki, oxuyuram. Duyduğum odur ki, bu yazıçı həmişə qələminə və mövzularına sadiqliyi ilə seçilir. Hələ hərbi xidmətdə ikən Saratovdan Bakıyarəhmətlik yazıçı Əlfi Qasımova özünün bir hekayəsini göndərib. 1974-cü ilin yanvar ayında "Xatirə" adlı həmin hekayə yazıçı Əlfi Qasımovun "Uğur olsun, əsgər oğlan" sərlövhəliyazısı ilə birlikdə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. Bu ilk hekayə yazıçının ədəbi aləmdə bir növ pasportuna çevrildi. Demək olar ki, onun yazıları üçün həqiqətən dəyaşıl işıq yandı. Respublikanın müxtəlif qəzet və jurnallarında Əlisəfanın maraqlı hekayə və oçerkləri dərc olunmağa başladı.

Tənqidçi Qulu Xəlilov 1984-cü ildə onun hekayələri haqqında belə yazırdı: "Əlisəfa Azayev həyatdan ədəbiyyata gələn müəlliflərdəndir. Onun kitablarını müntəzəm çap etməkgərəkdir". Bu rəylər elə bir dövrdə qələmə alınmışdı ki, o zaman hər müəllif haqqında belə ürək genişliyi ilə danışmaq mümkün deyildi. Söhbət quruluşun özünəməxsusluğundan yox, yazıçının, tənqidçinin ədəbiyyata, yazıya, kitab nəşrinə olan məsuliyyətindən, ciddi münasibətindən, yaradıcılığı dəyərləndirmək məziyyətlərindən gedir. Belə bir vaxtda ədəbiyyatagələn, həm ədəbi tənqid, həm də oxucular tərəfindən rəğbətlə qarşılanan gənc yazıçı öz üslubuna, həyat tərzinə sədaqətli çıxdı. 20-dən artıq nəsr kitabının müəllifi olan Əlisəfa Azayevbəzi həmkarları kimi ədəbi mühitə daha da yaxınlaşmaq üçün paytaxta üz tutmadı. Əslində, yazıçı üçün maraqlı və geniş mövzular rayonda daha çoxdur. Bunu dərindən duyduğundanƏlisəfa ilə gənclik illərindən həm də torpağa, həm də qələminə elə bağlandı, yazıb-yaratdı ki, yazıçı kimi şöhrəti çoxdan əyalətlilikdən çıxıb. Respublikanın bütün kitabxanalarındaonun kitabları var və müntəzəm oxunur.

Əlisəfa Azayev 1 iyul 1951-ci ildə Kürdəmir rayonunun Qaramahmudlu kəndində anadan olub. Orta məktəbi doğma rayonda bitirib. Əvvəlcə Şamaxı Pedaqoji Məktəbindəoxuyub. İlk əmək fəaliyyətinə müəllimliklə başlayıb. Elə gənc yaşlarından da yazıb-yaratmağa xüsusi maraq göstərib. Əlisəfa yazdıqlarını əvvəlcə təcrübəli ədəbiyyat müəllimlərinəoxuyar, onların rəyini öyrənərdi. Əlisəfanın bəxti onda gətirmişdi ki, həm müəllimləri onun istedadlı olduğunu bilirdilər, həm də hekayələrini məsləhət almaq üçün göndərdiyi məşhuryazıçılar da ona rəğbətlə yanaşdılar. Yuxarıda dediyimiz kimi, əsgəri xidmət zamanı Əlfi Qasımovun ona göstərdiyi qayğı müəllifin özünü təsdiqləməsi üçün ilk mənəvi dəstək idi.

Bir müddət Kürdəmir rayonunun Ərəbxana kəndində müəllim işləyən Əlisəfa Azayev qiyabi yolla Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) hüquq fakültəsini bitirib.Bir müddət rayonda müxtəlif vəzifələrdə çalışsa da, ədəbi yaradıcılığından heç vaxt ayrılmayıb. Elmi işə maraq göstərərək hətta aspiranturada da oxuyub. Amma yazıçılıq onun bütünvarlığına necə hopubsa, qələmini ancaq nəsrin müxtəlif janrlarında işlətməyə yönəldib. Onun əsərləri zəngin müşahidə əsasında yazılıb, insanlarda düzlük, zəhmətsevərlik, dözümlülük, özündən böyüklərə hörmət, kiçiklərə qayğı göstərmək kimi məziyyətləri tərbiyə etmək məqsədi daşıyır. Müasirlərinin həyatı, arzu və düşüncələri, üzləşdikləri bir sıra çətinliklər, həyathəqiqətləri, reallıqlar Əlisəfanın hekayələrinin başlıca xüsusiyyətidir. Hansı əsərini əlinə alsan, maraqla oxunur. Çünki yazıçının həm mövzuları, həm də bədii imkanları bir-birinitamamlayır. Xüsusilə də prokurorluq və hüquq-mühafizə orqanlarından yazdığı silsilə əsərlər Əlisəfa Azayevin detektiv janrda yazan peşəkar yazıçı kimi səciyyələndirib. Bu əsərlərinhər birində hüquq-mühafizə orqanlarında yaşayan həmsöhbət, həm də mənfi cəhətə malik olanların obrazlarını mükəmməl yaratmışdır.

Əlisəfanın nəsrində diqqəti çəkən bir məsələ oxucunun ürəyindən xəbər verir. Bütün qaranlıqların bağrını mütləq işıq yaracaq. Həqiqət qalibdir, haqq basılmaz! Qələmə aldığı hərbir hadisədə maraqlı süjet xətti qurmaq, oxucunu intizarda saxlamaq, qəhrəmanlarının mənəviyyatını ustalıqla açmağı bacarmaq, Əlisəfanı oxucularına sevdirən cəhətlərdəndir. Bütünbunlar da tənqidçi Qulu Xəlilovun bir fikrini təsdiqləyir ki, yazıçı həqiqətən həyatdan ədəbiyyata gəlib. Bu səbəbdən də onun hekayə və povestlərində həyatın əsl rəngləri və təbiilik var. Qələmə alınan mövzular həyatdan alındığı üçün oxucuya xoş gəlir, onun gerçəkliyinə inandırır. Mənəvi aşınma getdiyi indiki günlərdə belə əsərləri oxumaq doğrudan da vacibdir. Müəllifin birinci məqsədi əxlaqi keyfiyyətləri qabartmaq, insanları mənalı, dürüst yaşamağa səsləməkdir.

Hazırda Siyəzəndə yaşayan Əlisəfa Azayev müntəzəm olaraq nəsrlə məşğuldur. "Yeddi il sonra" kitabı ilə ədəbiyyata gələn müəllif "Çin qızılgülü", "Gecəyarı sui-qəsd", "Sirliqətl", "Əsgər anası", "Qürbət ellərdə", "Prokuror qızı", "Qatarda hadisə", "Qanlı gündəlik", "Günahsız məhbus", "Gizli əməliyyat", "Kapitanın sərgüzəştləri", "Qəddarlıq", "Bayılməhbusu", "İstintaq sirri", "Xəyanət qorxusu", "Səadət sorağında" və s. kitabları ilə özünü bir yazıçı kimi təsdiqlədi. Masamın üstündə Əlisəfanın ötən il çapdan çıxmış "Vahimə" povesti var. Böyük maraqla oxudum. Vaxtilə Sumqayıtda milli münaqişə zəminində baş vermiş olaylardan, bu hadisələrdən sonra başı bəlalar çəkən, işini, ailəsini itirən bir gəncmüstəntiqin faciəsindən söz açılır. Detektiv janrda yazılan povestdə təsvir olunan mühit, hadisələr, personajlar bizə tanış və doğmadır.

Ötən əsrin 80-ci illərində "Azərbaycan müəllimi" qəzetində çalışdığım vaxt Əlisəfa Azayevin "Ərəb pulu" adlı hekayəsini xeyli tərifləmişdim. Sevinirəm ki, mənim də onunyaradıcılığına əvvəldən xoş münasibətim olub. 25 ildən artıqdır ki, rəğbət və ehtiramla yazılarını oxuduğum Əlisəfa Azayevin indi 60 yaşı tamamlanır. Tanınmış yazıçıya, istedadlıqələm sahibinə böyük uğurlar və yeni nailiyyətlər diləyirik. Bizim üçün həqiqətən xoşdur ki, bölgələrdə belə zəngin mənəviyyata malik gözəl qələm sahibləri yaşayıb-yaratmaqdadır.Vaxt gələcək ki, Əlisəfa Azayevin Azərbaycan nəsrinin inkişafındakı yeri xüsusi olaraq qeyd ediləcək. Yəqin ki, teatrlar da öz yönlərini bu yazıçıya salmağı unutmayacaq. Çünkimüəllifin səhnə həyatına qanad açan elə məzmunlu əsərləri var ki, onların bu gün tamaşaya qoyulması teatra maraq, mövzu rəngarəngliyi və yeni coşqunluq gətirər.


Flora XƏLİLZADƏ, Yazıçı-publisist