Həcər Hüseynova - Ummani. "Mir Cəlalın hikmətli kəlamları". Azərbaycan, türk, ingilis, rus dillərində və əski Azərbaycan əlifbasında. Kitabın kağız variantı İran İslam Respublikası, Tehran şəhərində, 2019-cu ildə çap edilib.
Hacı Etibar Əhədov. "Günəşə boylanan Vilvan". Publisitik-etnoqrafik kitabda Azərbaycanımızın dilbər bölgəsində yerləşən Lənkəran rayonu Vilvan kəndinin tarixi, coğrafiyası, sakinləri, ictimai-sosial, mədəni həyatı haqqında ədəbi ensiklopediyadır.
Həcər Hüseynova. Mir Cəlalın bədii əsərləri əsasında. " Bədii əsərlərin üslubi sintaksisi". Professor, filologiya elmləri doktoru Həcər Hüseynovdan dəyərli elmi araşdırma.
Hüseynbala Mirələmov. "Son səfər". Nəsimi haqqında yeni povest. Tanınmış istedadlı yazıçı H.Mirələmovun Azərbaycan bədii və fəlsəfi fikrində müstəsna yeri olan şair, mütəfəkkir İmadəddin Nəsimiyə həsr etdiyi "Son səfər" əsəri "Apostrof-A" nəşriyyatında nəfis şəkildə işıq üzü görüb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan povest Azərbaycan ədəbi mühitinə və "Nəsimi ili"nə mühüm töhfədir.
Həbibə Soltanova, Müzəffər Ağakərimov, Samir Babazadə. "Mehmanxana təsərrüfatı". Dərs vəsaiti. Bakı Dövlət Universiteti tərəfindən ali məktəblərin tələbələri üçün dərslik kimi nəşr olunur.
Həbibə Sultanova. "Azərbaycan Respublikasında turizm və onun inkişafı". Monoqrafiya. Elmi araşdırmada milli turizmin müxtəlif istiqamətləri tədqiqata cəlb edilir, ümumi intellektual-kreativ nəticələrə gəlinir...
Həcər Hüseynova. "Bədii əsərlərin üslubi sintaksisi". (Mir Cəlalın bədii əsərləri əsasında). Elmi monoqrafiya. Bu elektron kitab “Mir Cəlal Paşayevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri” mövzusunda yazdığı doktorluq dissertasiyası əsasında hazırlanıb.
Həsrət Dadaşoğlu. "Ömür yollarım". Şeirlər və tapmacalar kitabı. Mingəçevirdə yaşayan dəyərli ziyalı-pedaqoq, elin ağsaqqalı, istedadlı şairin seçmə poetik əsərlərindən ibarət e-toplusu.
Hacı İlham Qurbanoğlu. "İlahi kəlamlar və nəsihətlər". İbrətamiz fikirlər, ilahi kəlamlar, şeirlər toplusuyla tanınmış şair-ilahiyyatçı İlham Qurbanoğlu oxucularıyla növbəti görüşünə gəlib.
Hacı İsmayıl bəy Qutqaşınlı. "Əsərləri”. XIX yüzil Azərbaycan realist-maarifçi ədəbiyyatının yaradıcılarından biri, rus ordusunun generalı, Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz bölməsinin və Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin həqiqi üzvü Hacı İsmayıl bəy Qutqaşınlının (1809-1861) ədəbi irsinin çox az qismi bizə gəlib çatmışdır. Azərbaycan oxucusu onu əsasən “Rəşid bəy və Səadət xanım” hekayəsinə və “Səfərnamə” yol qeydlərinə görə tanıyır. Bu kitaba Qutqaşınlının məktubları, həyat və yaradıcılıq yolunu işıqlandıran məqalələri də daxil edilib.
Həcər Hüseynova. "Nitqin inkişafına dair praktik məşğələlər" (Əcnəbi tələbələrin Azərbaycan dilini öyrənmələri üçün).“Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi” innovativ-intellektual layihəsi çərçivəsində e-nəşr olunur...