Firuzə Məmmədli. “Seçilmiş əsərləri”. Səkkizinci cild. Şeirlər toplusu. B yeni e-kitaba tanınmış şairə-publisist, filoloq alim F.Məmmədlinin son illər yazdığı poetk əsərlər daxildir.
Fəthi əl-Məlkavi. "İslam metodologiyası". Dini, elmi-kütləvi. Bu tədqiqatda "İslam metodologiyası" məfhumunun mənasının müəyyənləşdirilməsinə cəhd göstərilir. Bu zaman isə tədqiqatçının düşüncəsini islami məqsədlərdə təmərküzləşdirən, onu müasir elm sahələrindəki hakim Qərb metodologiyasından qalın xətlərlə fərqlənən baxış tərzinin dəyər və prinsipləri sistemində himayə edən təfəkkürün qayda-qanunları əsas götürülür.
Fuad Məmmədov. "Kulturologiya: effektivli həyat və fəaliyyətə aparan yol kimi" kulturoloji araşdırması dünya multikultural baxışların təhlili baxımından Azərbaycan dilində dəyərli mənbədir.
Firidun bəy Köçərli. "Azərbaycan ədəbiyyatı”. İki cilddə. II cild. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, tənqidçi və pedaqoq Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” adlı fundamental əsərində ədəbiyyat tariximizin ən önəmli səhifələri, ədəbi proseslər elmi ardıcıllıqla nəzərdən keçirilmişdir. İndi də öz ədəbi və elmi dəyərini azaltmayan “Azərbaycan ədəbiyyatı” əsəri milli-bədii söz sənətimiz haqqında mötəbər məxəz sayılmış və sayıl maqdadır.
Firidun bəy Köçərli. "Azərbaycan ədəbiyyatı”. İki cilddə. 1-ci cild. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, tənqidçi və pedaqoq Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” adlı fundamental əsərində ədəbiyyat tariximizin ən önəmli səhifələri, ədəbi proseslər elmi ardıcıllıqla nəzərdən keçirilmişdir. İndi də öz ədəbi və elmi dəyərini itirməyən “Azərbaycan ədəbiyyatı” əsəri milli-bədii söz sənətimiz haqqında mötəbər məxəz sayılmaqdadır.
Adilə Nəzərova. Fəlsəfə terminlərinin izahlı lüğəti. Lüğətdə Azərbaycan dilində işlənən fəlsəfi termin və termin-söz birləşmələrinin geniş şəkildə izahı verilmişdir. Lüğət tələbələrin, müəllimlərin, tədqiqatçıların tərcüməçilərin və fəlsəfə ilə maraqlanan oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulmuşdur.
Firidun Şuşinski. "Azərbaycan xalq musiqiçiləri". Görkəmli musiqi tədqiqatçısı Firidun Şuşinskinin «Azərbaycan xalq musiqiçiləri» adlı samballı əsərində Azərbaycan xalqının mənəvi xəzinəsinin ən maraqlı, aktual sahələrindən birinə toxunulur. Kitabda xalq musiqisi və onun tanınmış nümayəndələri haqqında ilk dəfə ətraflı məlumat verilir.
Faiq Hüsiyev. Xarici ölkələrdə Azərbaycan mətbuatı:1990-2005-ci illər (posтsovet məkanında). Faiq Hüsiyevin xarici ölkələrdə Azərbaycan mətbuatşünaslığının aktual problemlərinə həsr olunmuş monoqrafiyasında postsovet dövrü Azərbaycan mətbuatının tarixi qaynaqları, klassik Azərbaycan mətbuatının demokratik ənənələri fonunda onun sovet hakimiyyəti illərində, habelə, postsovet dövründəki axtarış istiqamətləri tədqiq olunmuşdur.
Furqan Sadıq. "Yarpaqların intihar fəsli..." Poetik toplu. Gənc şair Furqan Sadıqın sizlərə təqdim olunan ilk şeirlər kitabında “Nəğmə oxuyan yarpaqlar” başlığı altında təbiət şeirləri, “Yolların yol yoldaşıyam” başlığı altında isə fəlsəfi şeirləri yer alıb. Kitabda həmçinin, “Pıçıltılar” adlı kiçik şeirlər verilib.
Franz Kafka. "Sevgili Milena". Mektuplar". Frans Kafka. "Sevgili Milena". Məktublar". Dünya modern ədəbiyyatının görkəmlü nümayəndəsinin epistolyar janrda qələmə aldıqlarından nümunələr. Türk dilində.
Fəlsəfə, mistika, siyasət və ədəbiyyat (e-Toplu N 1). Bertrand Russel - Mistisizm və məntiq. David Leman-Qadın kişini sevəndə... Umberto Eko - Bu çılğın, çılğın dünya... Stiv Qudər.. Bir stəkan süd... Jan Pol Sartrın aforizmləri... Milan Kundera - Roman sənəti və nəslin davamı... Çarlz Bukovski - Marixuana ilə təhlükəli oyun... Yeni Dünya Düzəni uğrunda Şahmat Taxtası