A. Q. Balşakov, M.Y. Nesmelova. "Təşkilatların konfiliktologiyası" (rus dilindən tərcümə). Kulturoloji araşdırma. Kitabda eləcə də müxtəlif mədəniyyətlərin daşıyıcıları olanların arasındakı müxtəlif səbəbli münaqişələr araşdırılır və multikultural düşüncələrdə bunun tətbiqi formaları öyrənilir...
Mehman Süleymanov. "Səməd bəy Mehmandarov". Tarixi-elmi araşdırma. Lənkəranda doğulmuş, boya-başa çatmış peşəkar hərbiçi, general və ictimai-siyasi xadim, düşüncə adamı haqında kulturoloji kitab.
Dəstəgül Zamanlı. Saçlarımda çiçəkləyir həsrətin. Poetik toplu. "Saçlarımda çiçəkləyir həsrətin" adlı şeirlər kitabı tat və azərbaycanca yazan Dəstəgül Zamanlının oxuculara ilk ərmağanıdır. Bu kitabda şeirin,şeir yazmağın yoluna bələd olan, sozün nazını çəkən, klassik vəmüasir şeir nümunələrində ürəyinin çırpıntılarını zərif lirikaya bükən şairin sevgi dolu həsrətini, qəmini, kədərini, bəxtindən Tanrıya şikayətini, Vətənə, təbiətə, insanlara məhəbbətini əks etdirən şeir nümunələri toplanmışdır.
Агаджафар Гасанли. "Память Земли". (Стихи на русском языке). Ağacəfər Həsənli. "Torpağ yadigarı". Poetik toplu: rusca şeirlər və poema. Əslən Lerikdən olan tanınmış şairin rusca kitabı. «Память земли» - первый сборник известного поэта Агаджафара Гасанли, увидевшая свет на русском языке.
Qadir Qədirzadə. "Milli-mənəvi dəyərlərimiz: Bayramlar, mərasimlər, adətlər, münasibətlər". Elmi monoqrafiya. Monoqrafıyada milli-mənəvi dəyərlərin tərkib hissəsi olan təqvimlə əlaqəli müəyyən bayram və mərasimlərin tarixiliyi, adət və inamların genezisi araşdırılmış, bir sıra qaranıq məqamlara aydınıq gətirilmişdir. Bunlarla yanaşı ailədaxili münasibətlərdə "yaşınma " adəti, qadına münasibət, uşaqların ənənəvi tərbiyəsində miııi uşaq oyunlarının yeri, müasir məişət münasibətlərimizin tarixiliyi və s. məsələlər tədqiq olunmuşdur. Kitab milli dəyərlərimizi öyrənmək istəyənlər, bu sahədə araşdırma aparanlar və geniş oxucu kütləsi üçün faydalı ola bilər...
"Heydər Əliyev və milli mentalitet fəlsəfəsi". Müəllif: Qoşqar Əliyev. Elmi-kütləvi kitab. Kitabda H.Əliyevin sosial fəlsəfəsinin və xalqın mentalitetinin elmi-metodoloji prinsipləri açıqlanır. Xalqın mentalitetinin qaynaqları, tarixi yaddaş, vətən amalı, azərbaycançılıq ideyası, milli həmrəylik və siyasi mentalitet kimi az tədqiq olunan problemlər şərh olunur.
Kamal Camalov. "İmam Həzrəti Əlinin elm və tərbiyə haqqında fikirləri". Elmi-didaktik ilahiyyat kitabında İslam dünyasının böyük inam sahibi və intellektualının dünyagörüşü araşdırılır...
Ziya Bünyadov. "Dinlər, təriqətlər, məzhəblər". Akademik Z.Bünyadovun dinlər və onların qolları, eləcə də müxtəlif təriqətlər haqqında çox dəyərli Tarixi-dini ensiklopedik araşdırmanın e-variantı...
Vaqif Müşkürvi - ВАКЪИФ МУЬШКУЬРВИ. "Vətənimi abad görmək istərəç..." - "КIАНДА ВАТАН ЯЗ АВАДАН..." Xaçmazda yaşayan tanınmış ləzgiəsilli şairinin iki dildə şeirlər toplusu
Fuad Məmmədov. "Kulturologiya: effektivli həyat və fəaliyyətə aparan yol kimi" kulturoloji araşdırması dünya multikultural baxışların təhlili baxımından Azərbaycan dilində dəyərli mənbədir.
Artur Şopenhauer. "Dünya: iradə və təsəvvür kimi". Dahi alman filosofu Artur Şopenhauerin (1788-1860) Dünya iradə və təsəvvür kimi (1919-44) əsəri dünya fəlsəfi irsinin ən möhtəşəm nümunələrindən biridir. Klassik Alman filosofunun multikultural düşüncələrin fəlsəfi traktat formasında işləndiyi şah əsəri ilk dəfə Azərbaycan dilində...
Tofiq Seyidzadə. "Hər an ölümlə üzbəüz". Araşdırma: qəhrəmanlıq salnaməsi. Kitabda əslən Azərbaycan multikultural məkanlarından biri - Qax rayonundan doğulmuş, Elşad Şabanovun mənalı ömür yoluna işıq salınır. Müəllif bu kitabında xalqımızın qəhrəmanlıq göstərən, Əfqanıstan torpağında bir azərbaycan övladı kimi bütün çətinliklərə sinə gərən Azərbaycanın başını uca edən kəşfiyyat və döyüşlərdən üzü ağ çıxan polkovnik Elşad Şabanovun bütün keyfiyyətlərini gənc nəslə çatdırmaqda böyük iş görüb.