Fikrət Qoca. "Taleyin ağır taleyi". Görkəmli xalq şairi, tanınmış imza sahibi, gözəl şeirlər müəllifi, nəğməkar şairin bu kitabında onun müxtəlif illərdə qələmə aldığı maraqlı bədii nəsr nümunələri toplanıb...
Nisə Bəyim. "Aran fraqmentləri..." Tanınmış şairənin oxunaqlı poetik əsərləri və maraqlı esseləridən ibarət kitabı… Haqqında məqalə, saytı... YYSQ və www.kitabxana.net - Milli Virtual Kitabxananın e-nəşri N 02 (2012)
Xanlar Həmid. "Bir sevgidən doğulan". Şairin oxucularla beşinci görüşündə də qoşma, gəraylı və qəzəl formasında poetik sevgi etirafları təqdim olunur...
"Yolayrıcında qaçış". Roman. Pyes. Hekayələr. Yaradıcılığı haqqında məqalələr. Tanınmış yazıçı-dramaturqun qarşıdakı 50 illik yubileyi münasibəti ilə hazırlanan e-kitab... Elçin Hüseynbəyli. "Yolayrıcında qaçış". Roman. Pyes. Hekayələr. Yaradıcılığı haqqında məqalələr. Bakı, 2011. YYSQ və www.kitabxana.net - Milli Virtual Kitabxananın elektron nəşri N 73.
Kamal Abdulla. "Hekayələr". Kitaba tanınmış Azərbaycan yazıçısının son illər qələmə aldığı və müxtəlifmətbuat orqanlarında işıq üzü görən, maraqlı bədii nəsr nümunələri...
Cabir Novruz. "Özünü qoru xalqım". "Azərbaycan" nəşriyyatı tərəfindən 2002-ci ildə nəşr olunmuş bu kitaba tanınmış xalq şairinin seçmə poetik əsərləri daxil edilib...
Seçilmiş əsərləri. V cild. Kitaba müəllifin qələmə aldığı və müxtəlif kitablarında getmiş bədii nəsr əsərləri, hekayə və povestləri, müsahibə və araşdırmaları, eləcə də elmi məqalələri daxil edilib.
“Təzadlı dünya”. Bir neçə kitabın müəllifi olan yazıçı-publisist Oqtay Əliyev yeni kitabı ilə oxucularla növbəti görüşünə gəlmişdir. Kitabda böyük fəlsəfi anlamlardan xəbər verən, həcmcə kiçik, lakin məna tutumu geniş olan əsərlər könüllərdən nağıl kimi yaddaşlara hopur, bəzən də bir qığılcıma çevrilərək milli, mənəvi, əxlaqi dəyərləri yaşadır, ümumbəşəri sərvətlərdən agah edir.
Firuzə Məmmədli. Seçilmiş əsərləri. IV cild. Kitaba şairənin qələmə aldığı və müxtəlif kitablarında getmiş poetik əsərləri - şeir və poemaları daxil edilib.
İstedadlı gənc yazar Cavidanın "Namə" romanının elektron versiyasını oxuculara təqdim edirik. Cavidan I Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin qalibidir. "Bu şeir deyil" (şeirlər), "Namə" (roman) kitablarının müəllifidir. Bədii mətnləri tez-tez qəzet və jurnallarda, internet saytlarında dərc olunur.
Fikrət Qoca. "Dayanacaqda görüş". Tanınmış xalq şairinin dəyərli əsərlərindən ibarət toplusunun elektron variantı. "Dörd addım" poeması və "Dayanacaqda görüş" povesti...