ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Ədəbiyyat üzrə Nobel mükafatı Mario Varqas Lyosaya verildi
2010-cu ilin Ədəbiyyat üzrə Nobel mükafatı Peru yazıçısı Mario Varqas Lyosaya verildi.
Məlumatı Bakı vaxtilə 16 00-da İsveç Akademiyası elan edib.
Mükafat öz sahibinə dekabrın 10-da Stokholmda təqdim olunacaq. Mükafatı ona xüsusi mərasimdə İsveç kralı təqdim edəcək.
Dekabrın 10-u Alfred Nobelin vəfat etdiyi gündür.
Mükafatın dəyəri təminən 1,5 milyon dollardır. Mükafatın sahibinə diplom və medal da veriləcək.
ÜSYANKAR YAZAR, İCTİMAİ XADİM
Bu yaxınlarda Peru prezidenti Alan Qarsia Mario Varqas Lyosanın müraciətindən sonra öz fərmanını ləğv edib.
Bir müddət əvvəl verdiyi fərmanla prezident 2003-cü ilə qədər hərbçi və xüsusi xidmət orqanlarının törətdiyi qanunsuzluqların araşdırılmasını dayandırmışdı.
Peruda həm də ictimai xadim kimi tanınan Lyosa prezidentə müraciətində bildirmişdi ki, fərman "80-90-cı illərdə insanları oğurlayan, həbs edilənlərə işgəncə verən, onları öldürən hərbçi və xüsusi xidmət orqanları əməkdaşlarına "pərdələnmiş amnistiyadır".
80-90-cı illərdə Peruda davam edən vətəndaş müharibəsi zamanı hökumət qüvvələri və solçu üsyançılar arasında gedən döyüşlərdə 70 minə yaxın insan öldürülmüşdü. (BBC)
Bundan qabaq Lyosa etiraz nümayişi kimi vətəndaş müharibəsi zamanı həlak olan insanların xatirəsinə muzeyin yaradılması ilə məşğul olacaq komissiyaya rəhbərlik etməkdən boyun qaçırmışdı.
Lyosa öz şübhəsini ifadə etmişdi ki, yəqin prezident ilk dəfə dövlətə rəhbərlik etdiyi 80-ci illərin sonunda baş vermiş cinayətləri ört-basdır etmək istəyir.
Mario Varqas Lyosa keçmiş SSRİ məkanında da kifayət qədər tanınır.
Onun 1963-cü ildə çap edilən məşhur "Şəhər və köpəklər" romanı rus dilinə də çevrilmişdi və gənclər arasında çox populyar idi.
Alan Qarsia 2006-cı ildə ikinci dəfə Peru prezidenti seçilib. O 1985-90-cı illərdə də prezident olub.
(Nobel mükafatının bu ilki sahibi və onun əsərləri haqda ətraflı məlumat üçün "Oxu zalı"nı izləyin).
MÜKAFATIN SON İLLƏRDƏ SAHİBİ OLMUŞ YAZARLAR
Keçən il mükafata alman yazar Herta Müller layiq görülmüşdü.
2008 - Jean-Marie Gustave Le Clézio
2007 - Doris Lessing
2006 - Orhan Pamuk
2005 - Harold Pinter
2004 - Elfriede Jelinek
2003 - John M. Coetzee
Lyosa 19852002 - Imre Kertész
2001 - Sir Vidiadhar Surajprasad Naipaul
2000 - Gao Xingjian
1999 - Günter Grass
1998 - José Saramago
ƏDƏBİYYAT ÜZRƏ NOBEL MÜKAFATI HAQDA ƏTRAFLI
Dünyada ədəbiyyat sahəsində ən nüfuzlu mükafat sayılır. 1901-ci ildən hər il verilir. İstənilən ölkənin yazıçısının bu mükafata namizədliyi irəli sürülə bilər.
Mükafatın kimin verilməsini müəyyənləşdirmək İsveç Akademiyasına tapşırılıb.
Hər il İsveç Akademiyası dünya ölkələrindəki yazarlar birliklərinin rəhbələrinə, dil və ədəbiyyat institutlarına, Nobel mükafatçılarına minlərlə məktub göndərərək onlardan mükafata namizəd irəli sürmələrini xahiş edir.
Yazarlar birliklərinin rəhbərləri öz namizədliklərini verə bilməzlər.
Adətən minlərlə müraciətdən təxminən 50-sinə cavab (namizədin irəli sürülməsi haqda) gəlir.
Fevralın 1-dən sonra gələn cavablar nəzərə alınmır. İlkin seçimdən sonra apreldə "20-lik", yayda isə "5-lik" müəyyən edilir.
Bundan sonra "5-liyin" əsərləri ətraflı şəkildə nəzərdən keçirilir.
Oktyabr ayında İsveç Akademiyasının üzvləri səsvermə ilə qalibi seçirlər. Yarıdan çox səs qazanan namizəd qalib elan edilir.
Mükafatın dəyəri 1,4 milyon dollardır. Qalibə diplom və medal da verilir.
Təqdimat mərasimi ilin axırı baş tutur.
İndiyəcən bu mükafata Azərbaycandan yalnız yazıçı Kamal Abdullanını namizədliyi irəli sürülüb.
Rövşən Qənbərov
azadliq.org
Lyosa Markesdən qadına görə küsüb
Qabriel Qarsia Markeslə Mario Varqas Lyosanın 30 ildən artıq davam edən küsülülüyünün səbəbi, deyəsən, nəhayət ki, bəlli olub.
Markesin köhnə dostu jurnalist Rodriqo Moyya mübahisənin tarixçəsini oxuculara belə çatdırıb: "1970-ci illərin ortalarında hər iki yazıçı Barselonada yaşayırdı. Günlərin bir günü Varqas Lyosa ömür-gün yoldaşı Patrisiyanı atıb bir İsveç gözəli ilə eşq macərasına başlayanda zavallı qadın məsləhət almaqdan ötrü Markes cütlüyünə müraciət edir. Markes və onun xanımı Patrisiyaya məsləhət görürlər ki, boşanma haqqında məhkəməyə ərizə versin. Müəyyən müddətdən sonra Lyosa ailəsinə qayıdanda Patrisiya bu əhvalatı ona danışır. 1976-cı ildə hər iki yazıçı Mexiko kinoteatrlarının birində hansısa filmin premyerasında görüşərkən onunla dostcasına görüşüb-qucaqlaşmaq istəyən Markesi Lyosa əzişdirməyə başlayıb və deyib: "Barselonada Patrisiyanın başına açdığın oyundan sonra mənə yaxınlaşmağa necə cürət edirsən?"
Mario Varqas Lyosa və Qabriel Qarsia Markes barışdılar
Qabriel Qarsia Markes və perulu yazıçı Mario Varqas Lyosa otuz il əvvəl başlayan küsülülyə son verməyə hazırdırlar. Meksika kinoteatrlarından birində davayla bitən konfliktin səbəbləri hələ də məlum deyil. Lakin 2007-ci ildə hər iki ədibin imzası eyni nəşrdə işıq üzü görəcək.
İspaniyanın Kral Akademiyası bu il 80 yaşı tamam olacaq Qabriel Qarsia Markesin yubileyi münasibətilə onun məşhur "Yüz il tənhalıq" romanını nəşr etdirəcək. Kitabın ön sözünü Mario Varqas Lyosa yazıb. Hər iki yazıçı artıq bununla bağlı razılığa gəliblər.
1976-cı ildən davam edən küsülülük müddətində onlar çoxillik dostluq münasibətlərinin bitməsinin səbəbini açıqlamayıblar. İctimaiyyətə yalnız küsülülüyün şəxsi səciyyə daşıdığı barədə məlumat verilib. Markes dörd il əvvəl memuarlarının birinci cildini yazıb və ikinci cildin işıq üzü görməsi yalnız ona görə ləngiyir ki, yazıçı perulu həmkarı ilə arasındakı münaqişənin səbəbləri haqqında danışmaq istəmir.
Markesin oğlu Qabrielin xaç atası olan Varqas Lyosa isə 1971-ci ildə, yəni Markeslə hələ dostluq edən zamanlar onun yaradıjılığını vəsf edən kitab yazmışdı. Lakin Markeslə münaqişədən sonra Lyosa onun nəşrinə icazə verməkdən imtina etdi. Yalnız keçən il Lyosa bu kitabın əsərlərinin hazırlanmaqda olan tam külliyatına daxil edilməsinə razılıq verib. Və həmin ktabdan bir parça "Yüz il tənhalıq"ın proloqu olacaq.
Rusca əsərləri
Марио Варгас Льоса (Jorge Mario Pedro Vargas Llosa) родился 28 марта 1936 года в местечке Арегипа, Перу. Начальное образование получил в Боливии (его дед был перуанским консулом в этой стране). В 1950 году, уже в Перу, поступил в военную школу.
Первое опубликованное произведение - пьеса «Бегство Инки» (1952). Писал рассказы, издавал литературные журналы, затем уехал в Европу, где учился в Мадридском университете. Провел шесть лет в Париже (1959-1966).
Первый роман Льосы «Город и псы» вышел в 1963 году и сразу был принят «на ура». За ним последовали «Зеленый дом» (1966), «Панталеон и гости» (1973), «Тетушка Хулия и писака» (1977) и другие романы, а также сборники рассказов и критических статей.
Три года провел в Лондоне, в 1970 году переселился в Барселону, четыре года спустя вернулся в Перу. В 1990 году проиграл на выборах нынешнему президенту Перу Альберто Фухимори.