Füzuli Yavər. "Qoz əhvalatı". Pyes. Yazıçı Aslan Quliyevin hekayəsi əsasında işlənmiş, olduqca gülməli, eyni zamanda dərdli, qəmli bir dramatik qroteskvari əhvalat.
Səfər Səfərli. "Bu da bir ömür". Kitabda vətənimizin gözəlliklərini, xalqımızın milli-mənəvi dəyərlərini tərənnüm edən şeirlərlə yanaşı, həm də sevgi, həsrət duyğuları poetik səmimiyyətlə qələmə alınmışdır. Yurdsevərlik, doğma ocağa bağlılıq, pak məhəbbət, düz ilqar kitabdakı bədii nümunələrin əsas mövzusudur.
Afaq Şıxlı. "Yeddidən 1-i". Dünya ədəbiyyatından tərcümələr. Sayca yeddinci olduğundan, "YEDDİDƏN 1-i" adlandırdığım bu kitaba, rus və türk dilli yazarlarının əsərlərindən bədii tərcümələrim daxil edilmişdir.
Asif Həsənli. “Müsəlmanlara qarşı təcavüzkar siyasət”. İraqın ABŞ tərəfindən işğalı. Siyasi publisitika. Kitabın mətni müəllif redaktəsində verilir. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 02-05 (06 - 2014)
İbrahim Sel. “Amerikançılıq nədir?” Siyasi publisitika . Kitabın mətni müəllif redaktəsində verilir. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 01-04 (05 - 2014).
Doktor Əli Şəriəti. Həcc. www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana tərəfindən elektron nəşrə hazırlanmışdır. “Dini bilgilər” seriyası N 01 (04-2013).
"Planning A House by Larry Angel". Fərdi ev tikmək istəyənlər üçü ingilis dilində faydalı bir kitab. Xəyalınızdakı evi qurmaq üçün əla vəsait sayıla bilər.
Bəhruzər. "Keçmiş gələcək". I kitab. Bu araşdırmada Azərbaycanın qərb bölgəsinin etnoqrafik sirlərinə səyyahət də adlandırmaq olar. Əsər Tovuz rayonunun etnoqrafik tarixi ilə yanaşı çox xırda məqamları, hansı ki, məhz o məqamlar xalqın şifahi yaddaşını təşkil edir, dəyərləri, hətta bizə adidən adi görünəcək hadisələri belə qələmə alınıb.
Camal Zeynalov. “Talelər dünyası”. Hekayələr və esselər kitabı. Bu kitab C.Zeynaloğlunun oxucularla onuncu görüşüdür.İctimai həyatımızda baş verən hadisələr müəllifi həm bir vətəndaş kimi, həm də qələm əhli kimi gözgörəsi narahat edir.Xalqımızın ən öyünməli, ən güvənməli cəhətləri olan milli dəyərləri – ailə məsələləri, qadın ləyaqəti, qadın şərəfi, isməti mənəvi, əxlaqi, etik baxımından təhlükə qarşısında olduğunu cəmiyyətə mesaj verir. Bütün bunlar Camal Zeynaloğlunun narahat ürəyindən keçib özünün, eləcə də oxucuların sinirlərinə, varlıqlarına sirayət edir.
V.Y.Ulaxoviç. "Müasir diplomatiyada protokol və etiket". Kitabda müasir diplomatiyanın incəlikləri açıqlanır, onun yaranması və inkişafı göstərilir. Diplomatiya praktikasının konkret məsələlərinə xüsusi diqqət yetirilir. Əsər diplomatlara, beynəlxalq münasibətləri öyrənən tələbələrə, işgüzar adamlara faydalı olacaqdır.
Mehdi Tahiri. "İslam şəriətində sağlamlıq və uzunömürlülük." (Elmi və tibbi sübutlarla). Əlinizdəki bu kitab müxtəlif məqsədlərlə yazılmışdır. Bunlardan bəziləri dini, bəziləri elmi, bir çoxları isə tibbi sahələrə aiddir...
Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr. Səkkizinci buraxılış. VIII Cild. Ədəbi-poetik, kulturoloji-kreativ tərcüməe-Antologiyası. Səkkizinci buraxılışda dünya ədəbiyyatının ən çox işlənən ədəbi-estetik qolu – müasir xarici nasirlərin azərbaycancaya tərcümə olunmuş müxtəlif mövzuda hekayələri, eləcə də yeni tərcümə hekayələri daxil edilib.
"Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr". Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə məqalələri e-Antologiyası. Altıncı buraxılış - VI cild. 50-yə yaxın düşüncə adamının müsahibə və aforizm formasında fikirləri...
Hüseyn Tövfiqi. "Böyük dinlərlə tanışlıq". Kitab həcmcə bir-birinə yaxın və mövzu baxımından təbii ardıcıllığa malik dörd hissədən ibarətdir. Birinci hissədə din haqqında ümumi məlumat verilir, qədim dünyanın dinləri və Hindistan, Çin, Yaponiya xalqlarının dinləri haqqında danışılır. İkinci hissə yəhudiliyə, üçüncü-xristianlığa və nəhayət, dördüncü hissə İslam və onun digər dinlərlə müqayisəsinə həsr olunmuşdur.