Qabriel Qarsia Markes. "Yüz ilin tənhalığı". Dünya ədəbiyyatının görkəmli nümayəndəsindən türk dilinə tərcümə olunmuş ən oxunaqlı romanlardan - şah əsərlərdən biri. Nobel mükafatı yazıçılarının yaradıcılığı seriyasından...
Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazi. "Təkmilətül-Əxbar" (Səfəvi dövrü - Şah İsmayıl və Şah Təhmasib dövrlərinin tarixi). AZƏRBAYCAN tarixinə dair mənbələr...
"Çağdaş dünya ədəbiyyatı" -Elmi-kulturoloji publisitika. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə məqalələri e-Antologiyası. Beşinci buraxılış - V cild. Elektron kitaba XX və XXI əsrin görkəmli yazıçıların, filosofların, şairlərin, ədəbiyyatşünas alimlərin, tənqidçilərin, psixoanalitiklərin, ictimia-mədəni düşüncə sahiblərinin müxtəlif mövzulara həsr olunmuş modern, intellektual, populyar, postmodern esse, araşdırma, məqalə, tədqiqat yazılarının elektron variantları daxil edilib.
"Fokus" - Analitik kinojurnalı. N 3 (9 - 2013). Jurnal Gənc Film İstehsalçıları Assosiasiyasının art layihəsi əsasında işıq üzü görüb: bu sayında oxucularına Aydın Dadaşov, Aygun Aslanova, Aliya Dadashova, Qan Turalı, Sevda Sultanova və Şahane Urfanın müəllif məqalələrini, Rafiq Quliyev, Видади Həsənov, Rövşən İsax, Ilqar Fəhmi və Yılmaz Güneyin asistentinin müsahibəsini, Mirbala Salimlinin Aleksey German haqda xatirələrini, rejissor Shamil Aliyevin "Çölçü", S.Spilberqin "Linkoln", P.T.Andersonun"Master" filminə resenziyaları, Ulrix Zaydl və Vim Vendersin portretlərini təqdim edib.
MİNAXANIM TƏKLƏLİ. TÜRK ƏSİLLİ RUSLAR. Yazıçı-türkoloq Minaxanım Təkləlinin kitabı türk mənşəli rus soyadlarının yaranma və formalaşma tarixinə həsr edilmişdir. Kitabda mənşəcə türk olan tanınmış rus ailələrinin, o cümlədən böyük şəxsiyyətlərin həyat və fəaliyyətlərini əhatə edən sənədli, tarixi oçerklər verilmişdir.
"Çağdaş dünya ədəbiyyatı" Poeziya. Lirika... Yeni tərcümələr... Ədəbi-poetik, kulturoloji-kreativ, tərcümə məqalələri e-Antologiyası. Yeddinci buraxılış - VII cild. Yeddinci buraxılışda dünya ədəbiyyatının ən geniş ədəbi-lirik növü – müasir xarici müəlliflərin azərbaycancaya poetik tərcümə olunmuş müxtəlif mövzlu poeziya nümunələri, şeirləri daxil edilib.
Abbas Abdulla. "Yalnızam". Kitaba şairin son illərdə qələmə aldığı şeirlər toplanıb. Şeirlərdə türk dünyasının, bütöv Azərbaycanın, şairin böyüyüb boya-başa çatdığı Borçalı mahalının sevinci, ağrısı-acısı əksini tapıb. İnanırıq ki, oxucular Abbas Abdullanın bu kitabını da sevərək oxuyacaqlar.
"Çağdaş dünya ədəbiyyatı". Bədii nəsr. Roman və povestlər. e-Antologiya. IV cild. II kitab. Qabriel Qarsia Markes. Corc Oruell. Orxan Pamuk.Riçard Bax.Kobo Abe. Jorj Blon.Beso Xvedelidze. Cığatay Şıxzamanov. Herman Hesse.
Məsiağa Məhəmmədi. "Sədi və Hafiz". Kitaba Şərq və dünya ədəbiyyatının iki görkəmli nümayəndəsi, şirazlı Sədi və Hafiz yaradıcılığı haqqında araşdırmaçı, mütərcim, şərqşünas alim Məsiağa Məhəmmədinin kulturoloji-filoloji oçerkləri daxil edilib...
"Çağdaş dünya ədəbiyyatı". Bədii nəsr. Roman və povestlər. Ədəbi-kulturoloji tərcümə e-Antologiyası. İkinci buraxılış - III cild. Birinci kitab. Oskar Uayld,Alber Kamü,Enrike Vila-Matas, Herman Melvil, Ameli Notomb, Milan Kundera, Milorad Paviç, Corc Oruell, Paulo Koelyo,Patrik Züskind. Ədəbi redaktoru, toplayanı, işləyib hazırlayanı : Aydın Xan (Əbilov)
"Çağdaş dünya ədəbiyyatı". Dramaturgiya. Pyeslər. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası. İkinci buraxılış - II cild. Dünyanın on tanınmş dramaturqunun azərbaycanca müxtəlif səpkili pyesləri. Ədəbi redaktoru, toplayanı, işləyib hazırlayanı : Aydın Xan (Əbilov).
Azərbaycan Respublikasının Əmək Məcəlləsi. 1 fevral 1999-cu il tarixli, 618-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
Şirin Xanım Kərimbəyli Şadiman. «Ötənlərdən gələn səslər». Poeziya kitabı. Bu kitab 1970-90-cı illərdə yazılmış və çap olunmamış şeirlərin toplusudur. Şeirlərin ruhu ilahi, dünyəvi, milli, vətənpərvərlik, təbiət, məhəbbət şeirləri ilə cilalanıb. Dünyanın ağrı-acılarını öz ürəyində daşıyan müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Orxan Bahadırsoy. "Mənim qadınlarım". Pyeslər. Birinci pyes məşhur bir psixolouqun seksual asılılığından və xəyanət dolu sevgisindən bəhs edir. Həqiqəti söylədiyinə görə bütün var dövləti əlindən alınan psxiloqu yaşadan tək şey onun sevgisidir. İkinci pyes komediyadır, "Qoca sevgililər" adlanır.
Г.А.Гаджиев: «Иреванский «академический» этап сезона Горисского театра абсурда С.Саркисяна». В работе дан подробный научный анализ статьи членкора НАН Республики Армения, д.и.н. Б.Арутюняна, который пошел дальше своего президента С.Саркисяна, устроившего в 2010-ом году в Горисе театр абсурда, и продолжил саркисяновский сезон театра, но уже в Иреване и на государственном («академическом») уровне. Здесь также выражено отношение к его сказкам об истории, выдумкам, фальши, клеветническим соображениям и.т.д.