Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr." Səkkizinci buraxılış. VIII Cild. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası. 50-yə yaxın xarici nasirin azərbaycancaya yeni tərcümə olunmuş müxtəlif mövzuda hekayələri

Müəllif:

Bələdçi


Kateqoriya:

Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-Akademiya



Qısa Təsvir:

Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr. Səkkizinci buraxılış. VIII Cild. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası. Səkkizinci buraxılışda dünya ədəbiyyatının ən çox işlənən ədəbi-estetik qolu – müasir xarici nasirlərin azərbaycancaya tərcümə olunmuş müxtəlif mövzuda hekayələri, eləcə də yeni tərcümə hekayələri daxil edilib.


Baxış sayı: 2881
    
    


www.kitabxana.net

Milli Virtual Kitabxananın təqdimatında

Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu   http://www.kitabxana.net  - Milli Virtual Kitabxananın  Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəytəyilə  “Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-akademiya” adlı kulturoloji ədəbiyyat layihəsini çərçivəsində nəşrə hazırlanıb və yayılır. E-kitab N 08 (161 - 2013)

 

 

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

 

Azərbaycan Respublikası Prezidentinin yanında  
Azərbaycan Gənclər Fondu
http://youthfoundation.az

 

Çağdaş dünya ədəbiyyatı

 

Bədii nəsr: hekayələr

 

Ədəbi-poetik, kulturoloji-kreativ

tərcümə e-Antologiyası

 

Səkkizinci buraxılış - VIII cild

 

Ədəbi redaktoru, toplayanı, işləyib hazırlayanı : Aydın Xan (Əbilov) 

Yeni Yazarlar və Sənətçilər Qurumu sentyabrın sonundan başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəytəyilə  “Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-akademiya” adlı kulturoloji ədəbiyyat layihəsini həyata keçirərək, çağdaş dünya ədəbiyyatının ən dəyərli nümunələrindən ibarət silsilə e-antologiya nəşrə hazırlayıb. Səkkizinci buraxılışda dünya ədəbiyyatının ən çox işlənən ədəbi-estetik qolu – müasir xarici nasirlərin azərbaycancaya tərcümə olunmuş müxtəlif mövzuda hekayələri, eləcə də yeni tərcümə hekayələri daxil edilib.

Elektron kitaba XIX, XX və XXI əsrin görkəmli yazıçıları, filosofları, şairləri, bir sözlə görkəmli imz sahiblərinin fərqli mövzulara qələmə aldıqları, azərbaycancaya tərcümə olunmuş müxtəlif mövzuda hekayələri, həmçinin də yeni tərcümə hekayələrinin elektron variantları daxil edilib. Peşəkar mütərcimlər və yazıçılar tərəfindən orijinal, eləcə də rus və başqa dillərdən tərcümə olunmuş bu kreativ-estetik bədii nəsr nümunələrinin əsas hissəsi ilk dəfə geniş oxucu kütləsinin diqqətinə çatdırılır. Bütün tərcüməçilərə, yaradıcı heyətimizə və dəstək verənlərə xüsusi minnətdarlığımızı bildirirk.

 E-kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. AR “Müəlliflik və Əlaqəli Hüquqlarla haqqında qanunu, beynəlxalq konvensiyalarla müəllif haqları qorunur. Bütün hüuqular Yeni Yazarlar və Sənətçilər Qurumuna, müəlliflər və mütərcimlərə, eləcə də e-nəşr hüququ http://www.kitabxana.net  - Milli Virtual Kitabxanaya aiddir: onların razılığı olmadan e-antologiyadan kommersiya məqsədi ilə hər hansı bir formada yayım və istifadə qəti qadağandır.

 

YYSQ - Milli Virtual Kitabxana. Bakı – 2013. Elektron Kitab N 08 (161 – 2013)

 

Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq

 

Bütün seriyayla burada tanış olun:


http://www.kitabxana.net/?oper=e_kitabxana&cat=170