ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual Kitabxananın təqdimatında
Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu http://www.kitabxana.net - Milli Virtual Kitabxananın Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəytəyilə "Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-akademiya" adlı kulturoloji ədəbiyyat layihəsini çərçivəsində nəşrə hazırlanıb və yayılır. E-kitab N 03 (152 - 2013)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
Azərbaycan Respublikası Prezidentinin yanında Azərbaycan Gənclər Fondu - http://youthfoundation.az
Çağdaş dünya ədəbiyyatı
Bədii nəsr
Roman və povestlər
Ədəbi-kulturoloji tərcümə e-Antologiyası
İkinci buraxılış - III cild
Birinci kitab
Ədəbi redaktoru, toplayanı, işləyib hazırlayanı : Aydın Xan (Əbilov)
Yeni Yazarlar və Sənətçilər Qurumu sentyabrın sonundan başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəytəyilə “Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-akademiya” adlı kulturoloji ədəbiyyat layihəsini həyata keçirərək çağdaş dünya ədəbiyyatının ən dəyərli nümunələrindən ibarət silsilə e-antologiya nəşrə hazırlayıb. Üçüncü buraxılışın ilk cildində dünya ədəbiyyatının ən böyük ədəbi növü – müasir xarici nasirlərin azərbaycancaya tərcümə olunmuş müxtəlif səpkili irihəcmli bədii nəsr əsərləri daxil edilib. Elektron kitaba yaxın XX və XXI əsrin görkəmli yazıçıların müxtəlif mövzulara həsr olunmuş irihəcmli modern, intellektual, populyar, postmodern kimi roman və povestlərinin elektron variantları daxil edilib. Peşəkar mütərcimlər və yazıçılar tərəfindən, orijinal, eləcə də rus və başqa dillərdən tərcümə olunmuş bu əsərlərinin mətnlərin əsas hissəsi ilk dəfə geniş oxucu kütləsinin sərbəst istifadəsinə verilir. Bütün tərcüməçilərə, yaradıcı heyətimizə və dəstək verənlərə xüsusi minnətdarlığımızı bildirirk.
E-kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. AR “Müəlliflik və Əlaqəli Hüquqlarla haqqında qanunu, beynəlxalq konvensiyalarla müəllif haqları qorunur. Bütün hüuqular Yeni Yazarlar və Sənətçilər Qurumuna, müəlliflər və mütərcimlərə, eləcə də e-nəşr hüququ http://www.kitabxana.net - Milli Virtual Kitabxanaya aiddir: onların razılığı olmadan e-antologiyadan kommersiya məqsədi ilə hər hansı bir formada yayım və istifadə qəti qadağandır.
YYSQ - Milli Virtual Kitabxana. Bakı - 2013. Elektron Kitab N 03 (152 - 2013)
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Bütün seriya ilə tanış buradan olun:
http://www.kitabxana.net/?oper=e_kitabxana&cat=170
İçindəkilər
1. Oskar Uayld. “Dorian Qreynin portreti”. Roman. -------------------- səh. 12
İngilis dilindən tərcümə edəni: Kamran Nəzirli
2. Alber Kamü. “Düşgünlük”. Roman. ----------------------- səh. 198
Fransız dilindən tərcümə edəni: Cavanşir Yusifli
3. Enrike Vila-Matas. “Bartlbi və kompaniya”. Roman. ------------------ səh. 255
Tərcümə: Nicat Məmmədov
4. Herman Melvil. “Katib Bartlbi”. Povest. ------------------ səh. 292
Tərcümə: Ülkər Nəsibbəyli
5. Ameli Notomb. “Heyrət və qorxu”. Roman. ------------------ səh. 319
Tərcümə edəni: İlqar Fəhmi
6. Milan Kundera. “Tələsməzlik”. Roman. ----------------- səh. 369
Tərcümə edəni: İlqar Fəhmi
7. Milorad Paviç. “Xəzər sözlüyü”. Roman-leksion. ----------------- səh. 436
Tərcümə edəni: İlqar Fəhmi
8. Corc Oruell. "Heyvanıstan". Roman. ----------------- səh. 507
İngilis dilindən çevirəni: Vilayət Quliyev
9. Paulo Koelyo. "Rio-Pyedranın sahilində oturdum və ağladım". Roman. - səh. 569
Tərcümə edəni: Aygün Aslanlı
10. Patrik Züskind. “Ətriyatçı”. Roman. ----------------- səh. 655
Orijinaldan tərcümə edəni: Cavanşir Yusifli