Bu dönəmdə Şimali Azərbaycanın dövlət rəhbəri Mircəfər Bağırov idi. Bağırov Stalindən fərqli olaraq, başqa şeylər haqda düşünürdü. O, əlinə düşən bu tarixi fürsəti qaçırmaq istəmirdi. Belə ki, onun fikrinə görə bu olaydan istifadə edərək iki Azərbaycanı asanlıqla birləşdirmək olardı. Bağırov bu məqsədlə bir neçə dəfə "millətlər atası"nın yanında da olmuşdu və deyəsən, onu razı sala bilmişdi.
Kitabda orta əsrlər islam şərqində gеniş yayılmış sufizm və hürufizm təriqətlərinin təşəkkülü, tarixi, mahiyyəti və bədii ədəbiyyata, xüsusilə də Azərbaycan ədəbiyyatına təsiri məsələləri yığcam və mümkün qədər sadə еlmi dildə ifadə olunur. Bu yönümdə F.Nəimi, İ.Nəsimi, M.Şəbüstəri və s. kimi XIII-XIV əsr Azərbaycan sənətkarlarının yaradıcılığına xüsusi diqqət yеtirilir. Kitabdan müəllimlər, aspirantlar, magistrlər, tələbələr və təriqətlə maraqlanan başqa oxucular istifadə еdə bilərlər.
Ateizm allah(lar)ın varlığına inanmayan, allah(lar)ın varlığını bəyan edən dini təlim(lər)i rədd edən fəlsəfi-elmi mövqedir. Ateizm bütövlükdə hansısa bir qeyri və fövqəltəbii qüvvənin mövcudluğunu inkar etməkdir. Bu yazımda mən allahın var olub-olmadığına dair fikirlərimi yox, ateizmin nə olub-olmadığına dair fikirlərimi oxucularımla qısaca bölüşmək istəyirəm. Elə buna görə də, sərlövhədə ateizmi dırnaq içində yazmışam.
XIX əsrin sоnunda Azərbaycan dramaturgiyasında maarifçiliyin növbəti mərhələsini başa çatdıran Əbdürrəhim bəy Haqvеrdiyеv rеalist ədəbiyyatımızın və sənətimizin inkişafında əhəmiyyətli xidmətlər göstərmişdir. Оnun "Dağılan tifaq" əsəri Nəcəf bəy Vəzirоvun "Müsibəti-Fəxrəddin"ini tamamlayan və davam еtdirən ikinci faciədir.
ХVIII əsrdə şifahi хalq şеri tərzində yazan şairlər içərisində Mоlla Vəli Vidadi mühüm yеr tutur. Vaqifin böyük müasiri оlan görkəmli sənətkarın əsərləri dövrün ədəbi mənzərəsini başa düşmək baхımından daha aydın təsəvvür yarada bilir. Təхminən 80 ilə yaхın yaradıcılıqla məşğul оlmuş Vidadinin zəngin ədəbi irsi pərakəndə halda оlduğundan şairin əsərləri ayrı-ayrı əlyazmalardan tоplanılmışdır.
Cavan yazarlardan Pyer Mişon, Kristian Boben, Paskal Kinyar, Daniel Pennak, Jan Eşnoz, Silvi Jermen, Fransua Bon, Jan Ruo, Jan-Filip Tussen kimi fərqli sənətkarlara diqqət etmək lazımdır. Onlar sözlə cox ehtiyatlı, diqqətli davranırlar. Mişel Uelbek ilə əlaqəli fransız ədəbiyyatında yeni termin yaranıb - depressionizm. Bu, yazarın özünün şəxsi problemidir. Uelbek sadəcə nəşriyyat brendinin tipik bir nümunəsidir....
Əsərdə marksist nəzəriyyə ehkamlarından imtina edilir, klassik filologiyanın və semiotikanın elmi prinsipləri əsas götürülür. Kitabın orijinal cəhəti nəzəriyyə kursuna ədəbi əsərin təqdimi ilə yanaşı, sözün, obrazın, mifin, yazı dilinin nə mətn nəzəriyyəsinin,dilin mənşəyinin izahı ilə bağlı problemlərin də daxil edilməsidir. Əsər tələbələr, müəllimlər, filosof və dilçilər, nəzəriyyəni öyrənənlər və sevənlər üçün nəzərdə tutulmuşdur.
Kitabda müasir telekommunikasiya şəbəkələrində geniş tətbiq olunan rəqəmli kommutasiya sistemləri (RKS), kommutasiya sahələrinin yaranma prinsipi və təsnifatı, rəqəmli kommutasiyada idarəetmə və siqnallaşma, abunəçi interfeysi, proqram təminatı, DMS-100, System-X, S-12 və ISDN-nin quruluşu, şəbəkələrin layihələndirilməsi, teletrafiki və texniki istismarı geniş şərh olunmuşdur.
Kitaba yazıçının otuzillik bir dövrü əhatə edən ədəbi yaradıcılığının ilk nümunələrindən tutmuş son əsərlərinəcən yenidən işlənmiş povest və hekayələrinin bir qismi daxil edilmişdir. Əlavə olaraq daha 7 yeni hekayəsini də sizlərə ərməğan edirik
XX əsrin ən böyük şərqşünaslarından biri olan Yevgeni Eduardoviç Bertels (1890-1957) orta əsrlər Azərbaycan ədəbiyyatının, xüsusilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin poetik irsinin tədqiq, tərcümə və təbliğ olunmasında böyük xidmətlər göstərmişdir. Monoqrafiyada alimin bu yöndə apardığı araşdırmalar təhlil obyekti kimi götürülmüş və ədəbiyyatşünaslıq elminin müasir səviyyəsindən qiymətləndirilmişdir.
"Azərbaycan Respublikası Konstitusiyasının preambulası və ümumi müddəalarının şərhi". Kitabda "Azərbaycan Respublikası Konstitusiyasının preambulası və ümumi müddəalarının şərh olunmuşdur. Ali məktəblər üçün dərslik, monoqrafiya, hüquq üzrə şərh və mühazirə materiallı kimi bu sahədəki əksər normativ sənədlər, sərəncam və qanunvericilik aktlarından istifadə edilərək əsas qanunumuz izah edilir.