Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

Axtarış sorğusu:

Axtarışa uyğun: 2446 nəticə tapıldı


    
"Seçilmiş əsərləri". Azərbaycan poeziyasının realist qolunu yartmaqla dilimizin çağdaş ədəbi-bədii üslubunu formalaşdıran şair
Müəllif: Molla Pənah Vaqif

XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Mоlla Pənah Vaqifin yaradıcılığı ilə xalq şеrinin təsiri yazılı ədəbiyyatımızda üstünlük qazanır. Vaqif pоеziyası əsrin ziddiyyətlərini, sеvinc və kədərini daha parlaq ifadə еtdiyi üçün bütünlükdə Azərbaycan milli ədəbiyyatının bu dövrünü Vaqif əsri adlandırmaq оlar. Əlyazmalar əsasında, cünglərdən istifadə еdilməklə tərtib оlunmuş bu kitabda böyük şairin qоşma, təcnis, qəzəl, müxəmməs və s.-dən ibarət əsərləri tоplanmışdır.

Baxış sayı: 731
Yüklə: PDF yüklə
    


    
"Molla Nəsrəddin lətifələri" (Adi oxucu üçün gülməcələr, intellektuallardan ötrü qədim Şərq sufi ədəbiyyatı nümunələri!!!)
Müəllif: Xalq - millət

"Molla Nəsrəddin lətifələri" (Adi oxucu üçün gülməcələr, intellektuallardan ötrü qədim Şərq sufi ədəbiyyatı nümunələri!!!)

Baxış sayı: 688
Yüklə: PDF yüklə
    


    
«Seçilmiş əsərləri». 10 cilddə. Yeddinci Kitab. Ədəbi-tənqidi, publisistik-elmi məqalələr, esseləri, sənət baxışlarını əks etdirən filoloji araşdırmalar
Müəllif: Elçin Əfəndiyev

Xalq yazıçısı Eçinin «Seçilmiş əsərləri»nin bu cildinə (10 cilddə. Yeddinci Kitab) Müxtəlif illərdə qələmə aldığı ədəbi-tənqidi, publisistik-elmi məqalələri, esseləri, sənət baxışlarını əks etdirən filoloji araşdırmaları daxil edilib.

Baxış sayı: 723
Yüklə: PDF yüklə
    


    
"O". İtaliyanın dünyaşöhrətli yazıçı mütəfəkkirindən maraqlı bir hekayə... ("O" - bəlkə sənsən?!.)
Müəllif: Umberto Eko

Umberto Eko. "O". İtaliyanın dünyaşöhrətli yazıçı mütəfəkkirindən maraqlı bir hekayə... ("O" - bəlkə sənsən?!.)

Baxış sayı: 719
Yüklə: PDF yüklə
    


    
"Dastani-Əhməd Hərami". XIII əsrdə Azərbaycan dilində qələmə alınmış ilk məsnəvi
Müəllif: Xalq - millət

"Dastani-Əhməd Hərami" XIII əsrdə Azərbaycan dilində qələmə alınmış ilk məsnəvi hesab olunur. Əsərin süjet xətti şər qüvvələrin timsalı olan Əhməd Hərami ilə xeyir qüvvələrin rəmzi kimi təsvir olunan Güləndam arasındakı konflikt üzərində qurulmuşdur. Gizli və açıq mübarizə şəklində davam edən konflikt Güləndamın qələbəsi ilə nəticələnir. Əsərdə zülmə, ədalətsizliyə qarşı dərin nifrət, nəcib, layiqli, humanist insanlara qarşı isə yüksək məhəbbət vardır. Dastan xalq ədəbiyyatından bəhrələnmiş və xoşbəxt sonluqla bitir.

Baxış sayı: 840
Yüklə: PDF yüklə
    


    
Avropa İnsan Hüquqları Məhkəməsinin seçilmiş qərarları. III cild. Azərbaycan dilində demokratiya ensiklopediyası da saymaq mümkün
Müəllif: Bələdçi

Təqdim edilən toplu Avropa Şurasının Bakı Ofisinin Avropa İnsan Hüquqları Məhkəməsinin seçilmiş qərarlarının Azərbaycan dilinə tərcüməsi sahəsində oxucularına növbəti töhfəsidir.
Vəsait praktika ilə məşğul olan hüquqşünaslar (hakimlər, vəkillər və hüquq mühafizə orqanlarının işçiləri və s.), insan hüquqlarının müdafiəsi və problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının, dövlət orqanlarının nümayəndələri, həmçinin insan hüquqlarının müdafiəsi,
tədrisi və təbliği ilə məşğul olan digər şəxslər üçün nəzərdə tutulub.

Baxış sayı: 699
Yüklə: PDF yüklə
    


    
"Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözlərinin lüğəti". İki cilddə. ikinci kitab
Müəllif: Bələdçi

Lüğət klassik Azərbaycan ədəbiyyatı nümunələrinin orijinal yazıda oxunuşunu, nəşr edilmiş klassik mətnlərdə tez-tez rast gəlinən ərəb və fars mənşəli alınma söz və ifadələrin başa düşülməsini asanlaşdırmaq və ümumiyyətlə, Azərbaycan dilində işlənən ərəb və fars alınmalarının ümumi mənzərəsini sistemli şəkildə əks etdirmək məqsədi daşıyır. Lüğətin əsas məqsədi Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri ilə yaxından tanış olmaq, onu daha dərindən öyrənmək istəyən oxuculara, xüsusən yeni nəslə kömək etməkdən ibarətdir.

Baxış sayı: 740
Yüklə: PDF yüklə
    


    
"Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözlərinin lüğəti". İki cilddə. Birinci kitab
Müəllif: Bələdçi

Lüğət klassik Azərbaycan ədəbiyyatı nümunələrinin orijinal yazıda oxunuşunu, nəşr edilmiş klassik mətnlərdə tez-tez rast gəlinən ərəb və fars mənşəli alınma söz və ifadələrin başa düşülməsini asanlaşdırmaq və ümumiyyətlə, Azərbaycan dilində işlənən ərəb və fars alınmalarının ümumi mənzərəsini sistemli şəkildə əks etdirmək məqsədi daşıyır. Lüğətin əsas məqsədi Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri ilə yaxından tanış olmaq, onu daha dərindən öyrənmək istəyən oxuculara, xüsusən yeni nəslə kömək etməkdən ibarətdir.

Baxış sayı: 722
Yüklə: PDF yüklə
    


    
"Ailə qanunvericiliyi və onun tətbiqi". Monoqrafiya. İnsan haqları üzrə milli qanunvericiliyə aiddir, dərslik kimi də istifadə oluna bilər
Müəllif: Etibar Orucov

Kitabda nikahla bağlı rəsmi qanunvericilik aktları geniş işıqlandırılır. Monoqrafiya peşəkar hüquqşünaslara və dərslik kimi ali hüquq təhsili alan tələbələrə ünvanlanıb.

Baxış sayı: 691
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərlər". Vətəni sevməyən insan olmaz... - yazan romantik şairin qəlb çırpıntıları
Müəllif: Abbas Səhət

Kitaba Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, romantik şair Abbas Səhətin şeirləri, satiralari, uşaqlara ünvanlanmış poetik nümunələri, satiraları, taziyana və mənzum məktubları, eləcə də hekayələri, pyesləri, məqalələri, tərcümələri daxil edilib.

Baxış sayı: 730
Yüklə: PDF yüklə
    


    
"Qədim Yunan Fəlsəfəsi Antologiyası". AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FƏLSƏFƏ VƏ HÜQUQ İNSTİTUTUNUN nəşri
Müəllif: Bələdçi


Bu kitabda antik fəlsəfənin yarandığı dövrdən, antik fəlsəfənin ən parlaq nümayəndəsi olan Aristotelə qədər inkişafı öz əksini tapmışdır. Redaktorlar heyəti qədim mütəfəkkirlərin əsərlərindən onların dünyagörüşünü daha çox səciyyələndirən fikirlərdən ibarət mətnləri kitaba daxil etməyə çalışmışlar. Kitab ali məktəb tələbələri, aspirantlar, ümumiyyətlə, fəlsəfə tarixilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Baxış sayı: 702
Yüklə: PDF yüklə
    


    
"Yazıçı-publisist, antonim və antimonik tarix yazan annalist Bakur Karapetyana Açıq məktub". (Material Ermənistan saytında erməninicə yerləşdirilib!)
Müəllif: İsrafil Məmmədov
Baxış sayı: 755
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərləri". On cilddə. Beşinci kitab. "Vəfalım mənim" romanı və "Gündəliyimdən səhifələr" adlı memuarından bir hissə
Müəllif: Əlibala Hacızadə

Beşinci cildə tanınmış yazıçı Əlibala Hacızadənin "Vəfalım mənim" romanı və "Gündəliyimdən səhifələr" adlı memuarının bir hissəsi daxil edilib.

Baxış sayı: 730
Yüklə: PDF yüklə
    


    
"Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan" (İnsan hüquqları sahəsində Avropa standartları və Azərbaycan Respublikasının qanunvericiliyi...)
Müəllif: Ataxan Əbilov

İnsan hüquqları sahəsində Avropa standartları və Azərbaycan Respublikasının qanunvericiliyi barədə maraqlı nəşr. Azərbaycan dilində

Baxış sayı: 727
Yüklə: PDF yüklə
    


    
"Əziz Nəsəfi". Afaq Məsudun tərcümə və təqdimatında. (Sufizm məqamları barədə Avropalı düşüncə adamının araşdırmasından...)
Müəllif: Lyoyd Raycen

Sirlər dolu İnsan mahiyyəti barədə bu və digər sualları daha ətraflı cavablandırmaqdan ötrü ingilis alimi Lloyd Raycenin, X əsrin ən nəhəng sufi Şeyxi Əziz əd-din Nəsəfi haqqında yazdığı "Əziz Nəsəfi" adlı elmi tədqiqatından bir parçanı oxucularımızın nəzərinə təqdim edirik.

Baxış sayı: 710
Yüklə: PDF yüklə