Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

Axtarış sorğusu:

Axtarışa uyğun: 2446 nəticə tapıldı


    
"Da Vinçi kodu" / "Koд да Винчи". (Milyonlarla oxucunu təəccübləndirən bellestrik roman: siz də tanış olun - hələlik rusca!!! )
Müəllif: Den Braun

"Da Vinçi kodu" / "Koд да Винчи". (Milyonlarla oxucunu təəccübləndirən bellestrik roman: siz də tanış olun - hələlik rusca!!! )

Baxış sayı: 727
Yüklə: PDF yüklə
    


    
"ABŞ universitetlərini kimlər və necə idarə edirlər?" (İdarəedən qurumlar (Qəyyumlar şurası, Universitet senatı və s. ) mərkəzləşdirilmiş deyil, avtonomluq prinsipinə söykənir)
Müəllif: Əfqan Abdullayev

 ABŞ ali təhsilinin idarə olunmasının əsas fərqləndirici cəhəti idarəetmənin rəngarəngliyidir. Hər bir idarəetmə forması həmin təşkilatın unikal tarixini və tələbatlarını özündə əks etdirir. İdarəedən qurumlar (Qəyyumlar şurası, Universitet senatı və s. ) mərkəzləşdirilmiş deyil, avtonomluq prinsipinə söykənir. 1966-cı ildə Amerika Universitet Professorları Assosiasiyasının, Amerika Təhsil Şurasının və Universitet və Kolleclərin İdarə Şuraları Assosiasiyasının birgə razılığı ilə demokratik idarəetmənin prinsipləri qəbul edilmişdir. ABŞ ali təhsilində idarəetmə nə qədər demokratik olsa da, bütün idarəedənlərin bir ümdə vəzifəsi var: işlədiyi müəssisənin maraqlarını qorumalı, cəmiyyətdə ona bir inam yaratmalı.

Baxış sayı: 713
Yüklə: PDF yüklə
    


    
Sufizmin yolu: islamdan uzaqlaşma, yoxsa islamla uzlaşma? (Şərq təriqəti barədə maraqlı məlumatlar)
Müəllif: Aida Qasımova

Sufizmin və irfani düşüncənin İmam Ğəzali, ibn (əl) Ərəbi, Cəlaləddin Rumi, Hafiz və Füzuli kimi nümayəndələrini yada salmağımız haqqında söhbət gedən istiqamətin möhtəşəmliyindən xəbər verir.İlk öncə qeyd etmək istərdik ki, islam daxilində cücərmiş hər bir təriqət kimi sufizm də ilk növbədə Qurani Kərimə əsaslanıb, öz əsas prinsiplərini müqəddəs ayə və hökmlərdən əxz etdiyini bildirib.

Baxış sayı: 712
Yüklə: PDF yüklə
    


    
"QURANİ-KƏRİM"İN İZAHLI TƏRCÜMƏSİ". "əl-Fatihə surəsi" və "əl-Bəqərəsurəsi". Sərhlər
Müəllif: Abdulaziz Bayındır

Abdulaziz Bayındır 1984-cü ildə İslam hüququ ixtisası üzrə ilahiyyat elmləri namizədi, 1987-ci ildə İslam iqtisadiyyatına dair elmi arasdırmaları ilə kəlam (müsəlman ilahiyyatı) və İslam hüququ ixtisasları üzrə ilahiyyat elmləri doktoru olmusdur. 1993-cü ildə Süleymaniyyə vəqfini təsis etmisdir. Akademik fəaliyyətini 1997-ci ildən etibarən İstanbul Universitetinin İlahiyyat fakültəsində davam etdirir. Hal-hazırda həmin fakültənin professoru olub, eyni zamanda dünya dinləri mədəniyyəti və İslam hüququ kafedralarının müdiri vəzifəsində isləyir. Ana dilindən basqa ərəb, fransız və ingilis dillərini də akademik səviyyədə bilən Abdulaziz Bayındır indiyədək müxtəlif dillərdə nəsr olunmus 8 kitabın və 25-dən çox elmi məqalənin müəllifidir.

Baxış sayı: 716
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərləri". Aşıq poеziyamızın sonuncu nəhəngi - bеlə sənətkarlara еldə "Haqq aşığı" dеyərlər.
Müəllif: Aşığ Ələsgər

 Aşıq Ələsgər aşıq poеziyamızın sonuncu nəhəngidir. O, yaratdığı dilin və doğma xalqının yaddaşında büllur söz və musiqi kimi qalan gözəllik vurğunu, həyat aşiqi, saflıq və səmimiyyət ustadıdır. Sinəsini özünə dəftər еdən Ələsgər aşıq şеrinin, dеmək olar ki, bütün formalarına müraciət еtmiş, qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməzlər yaratmış, dеyişmələr iştirakçısı olmuşdur.

Baxış sayı: 719
Yüklə: PDF yüklə
    


    
Məntiq elmi. Fəlsəfə elmləri Ensiklopediyası. I cild. (Hegel ."Birinci nəşrə sözardı"). Bütöv kitabın e-mətni
Müəllif: Georq Vilhelm Fredrix Hegel

"Məntiq elmi" Hegelin "Fəlsəfə elmləri ensiklopediyası"nın birinci bölümüdür. Bu bölümdə Hegelin fəlsəfi sisteminin ümumfəlsəfi məsələləri tədqiq edilir. Müəllif "Məntiq elmi"ndə dialektikanın, məntiqin və idrak nəzəriyyəsinin vəhdətini əsaslandırır, dialektik məntiq təlimini irəli sürür və onun formal yaxud ənənəvi məntiqə münasibətini şərh edir.

Baxış sayı: 719
Yüklə: PDF yüklə
    


    
Azərbaycan arxeologiyası. I cild. Monoqrafiya kimi yazılsa da, dərslik kimi istifadə oluna bilər: tarixçilər, tarixi sevənlərə ərməğan...
Müəllif: Vəli Baxşəliyev

Kitabda Azərbaycanın ən mühüm abidələri haqqında məlumat verilmiş, arxeoloji mədəniyyətlərin tarixləndirilməsi və etnik mənsubiyyəti ilə bağlı bəzi məsələlərə toxunulmuşdur.
Kitab Azərbaycanın qədim mədəniyyətləri haqqında bütöv təssəvvür əldə etməyə, Azərbaycan arxeologiyasının problemlərini göz önünə qoymağa imkan verir. Kitab ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Baxış sayı: 731
Yüklə: PDF yüklə
    


    
"Paxıl musiqiçi". İtaliya tanınmış ədibindən gözəl bir hekayə (İtalyan dilindən bədii tərcümə)
Müəllif: Dino Buttsati

Dino Buttsati. "Paxıl musiqiçi". İtaliya tanınmış ədibindən gözəl bir hekayə (İtalyan dilindən bədii tərcümə). İtalyancadan bədii tərcümə edən: Cəmşid Cəmşidov

Baxış sayı: 715
Yüklə: PDF yüklə
    


    
"Dəli Kür". Azərbaycan bədii nəsrinin görkəmli nümunələrindən birinin dəyərli bədii nəsr əsəri. Yazıçının yaradıcılığı barədə iki oxunaqlı material
Müəllif: İsmayıl Şıxlı

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsmaqıl Şıxlının "Dəli Kür" romanı milli-mənəvi dəyərlərimiz, XIX əsr çar Rusiyasının tərkibində Azərbaycan millətinin avropalaşma dalğasına qərq olması, maarifçilik, yeni təhsil və yaşam tərzinin formalaşması problemlərinə həsr olunub. Roman ən çox oxunan 10 Azərbaycan bədii nəsr nümunələri arasına düşüb. Yazıçının yaradıcılığı barədə iki oxunaqlı material da eləvə edirik.

Baxış sayı: 719
Yüklə: PDF yüklə
    


    
"Ərəb dilinin gələcəyi" (Misirin dünyaşöhrətli düşüncə adamı və yazarından maraqlı yazı)
Müəllif: Cübran Xəlil Cübran

...Ərəb dilinin gələcəyi bu dildə danışan xalqlar ailəsinin indiki və gələcək yaradıcı düşüncəsindən asılıdır. Əgər ideyalar yaşasa, ərəb dilinin gələcəyi keçmişdə olduğu qədər möhtəşəm olacaq. Belə olmasa onu qonşu yəhudi və Suriya dillərinin aqibəti gözləyir.
Bəs biz nəyi yaradıcı güc adlandırırıq?

Baxış sayı: 702
Yüklə: PDF yüklə
    


    
"Sükutun poeziyası"na ön söz. (C.X.Cübran imzası Azərbaycan oxucusuna XX əsrdən etibarən şərqşünas alim Aida İmanquliyevanın əsərlərindən tanışdır)
Müəllif: Nərgiz Paşayeva

 Aida İmanquliyeva hələ 1975-ci ildə Cübran Xəlil Cübrana ayrıca kitab həsr etmiş, bu böyük ərəb yazıçısının həyat və yaradıcılığını geniş şərh etmişdir. Aida xanım bu mövzuya ilk növbədə bir ərəbşünas alim olmaq etibarı ilə müraciət etsə də, sonrakı tədqiqatlarında o, Cübranı həm də bir mütəfəkkir kimi dəyərləndirmiş və onun Şərq ilə Qərb düşüncə tərzlərini vəhdət halında ifadə edən əsərlərini fəlsəfi aspektdə də təhlil etmişdir.

Baxış sayı: 714
Yüklə: PDF yüklə
    


    
Xalq yazıçısı, dünyaşöhrətli Çingiz Abdullayevin rusca məşhur detektiv əsərləri.27 kitab
Müəllif: Çingiz Abdullayev

Xalq yazıçısı Çingiz Abdullayevin rusca məşhur detektiv əsərləri. 27 kitab

Baxış sayı: 752
Yüklə: PDF yüklə
    


    
Rusca Dünya ədəbiyytaının cəmi ilə burada tanış olmaq mümkündür... Klassika, çağdaş müəlliflər, asanlaşdırılmış əlifba sırasıyla axtarış...
Müəllif: Bələdçi

Rusca Dünya ədəbiyytaının cəmi ilə burada tanış olmaq mümkündür... Klassika, çağdaş müəlliflər, asanlaşdırılmış əlifba sırasıyla axtarış...

Baxış sayı: 711
Yüklə: PDF yüklə
    


    
"Siyasi liderlərin psixoloji portretləri". (Müəllif iddiasına görə, siyasi liderlərin psixi-ruhi vəziyyətini təyin etmək üçün yeni elmi-tibbi texnologiyayaradıb)
Müəllif: Adıgözəl Məmmədov

Kitabda müəllif tarixin müəyyən dövrlərində baş verən proseslərə təsir etmək imkanına malik siyasi liderlərin keçdikləri həyat yollarına maraqlı - orijinal baxış sərgiləyir. Müəllif iddia edir ki, siyasi liderlərin psixi-ruhi vəziyyətini təyin etmək üçün yeni bir elmi-tibbi texnologiyanın əsasını qoymuşdur.

Baxış sayı: 722
Yüklə: PDF yüklə
    


    
"Azərbaycanca - rusca lüğət". Dörd cilddə. Dördüncü cild. Bakı Slavyan Universiteti tərəfindən yenidən işlənmiş və təkmilləşdirilmiş ikinci nəşri.
Müəllif: Bələdçi

"Azərbaycanca - rusca lüğət". Dörd cilddə. Dördüncü cild. Bakı Slavyan Universiteti tərəfindən yenidən işlənmiş və təkmilləşdirilmiş ikinci nəşri. Bu lüğətdə 75 000 söz və ifadələrin tərcüməsi verilib. Lüğətin ilk nəşri 1985-2000-ci illəri əhatə edib və ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib...

Baxış sayı: 709
Yüklə: PDF yüklə