Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

Axtarış sorğusu:

Axtarışa uyğun: 2446 nəticə tapıldı


    
Şeirlər. Almaniyanın dünyaşöhrətli şairinin şeir yaradıcılığından 10 seçmə poetik tərcümə. Eləcə də sənətkar barədə yazı
Müəllif: Herman Hesse

 Herman Hesse. Şeirlər. Almaniyanın dünyaşöhrətli şairinin şeir yaradıcılığından seçmə poetik tərcümələr. On maraqlı poetik nümunə

Baxış sayı: 730
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərləri". Tanınmış xalq yazıçısının məşhur povestləri və komediyaları (Azərbaycan dilində)
Müəllif: Maqsud İbrahimbəyov

Dünyanın və Azərbaycanın müxtəlif dövri nəşrlərində, o cümlədən, «Azərbaycan» «Drujba narodov», «Novıy mir», «Yunost», «Roman - qazeta», «Literaturnı Azerbaydjan» jurnallarında və s. dərc olunmuş roman, povest və hekayələrin müəllifidir. Bu əsərlər sırasında: «Bütün yaxşılıqlara görə ölüm», «Truskavetsə kim gedəcək», «Ondan yaxşı qardaş yox idi», «Qoy o bizimlə qalsın», «Bayquş gəldi», «Axırı yaxşı qurtaran əhvalat» və başqaları ekranlaşdırılmışdır. M.İbrahimbəyovun nəsr əsərləri 26 xarici dilə tərcümə olunmuşdur.

Baxış sayı: 737
Yüklə: PDF yüklə
    


    
Bir müəllifin iki məqaləsi. "Elektron Azərbaycan": vətəndaş hüquqlarını reallaşdıran virtual məkan". Uşaq hüquqlarının qorunması balalarımızın işıqlı gələcəyi üçündür"
Müəllif: Vüqar Haqverdiyev

Bir müəllifin iki məqaləsi. "Elektron Azərbaycan": vətəndaş hüquqlarını reallaşdıran virtual məkan". Uşaq hüquqlarının qorunması balalarımızın işıqlı gələcəyi üçündür"

Baxış sayı: 741
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərləri". Üç cilddə. II Kitab. Üçcildliyinin II cildinə satirik şeirləri, mənzum hekayələri və məktubları daxil edilmişdir.
Müəllif: Seyid Əzim Şirvani

XIX əsr Azərbaycan poeziyasının boyük nümayəndəsi S.Ə.Şirvani klassik şerin bütün janrlarında əsərlər yazmışdır. Şairin satirik şeirləri, mənzum hekayə və məktubları ədəbiyyat tariximizdə son dərəcə böyük əhəmiyyət kəsb edir. Şair özünün satirik məzmunlu şeirləri ilə klassik poeziyamızda yeni ədəbi məktəbin əsasını qoymuşdur. Üçcildliyinin II cildinə satirik şeirləri, mənzum hekayələri və məktubları daxil edilmişdir.

Baxış sayı: 703
Yüklə: PDF yüklə
    


    
"Türk xalqları ədəbiyyatı". Türkiyə, türkmən, özbək, qazax, qırğız, tatar ədəbiyyatının görkəmli simalarının yaradıcılıq nümunələri əsasında hazırlanmış dəyərli tədqiqat əsəri...
Müəllif: Elman Quliyev

"Türk xalqları ədəbiyyatı" - Türkiyə, türkmən, özbək, qazax, qırğız, tatar ədəbiyyatının görkəmli simalarının yaradıcılıq nümunələri əsasında hazırlanmış dəyərli tədqiqat əsəri...

Baxış sayı: 702
Yüklə: PDF yüklə
    


    
"Hophopnamə". II Kitab. Azərbaycan milli satirik poeziyasının görkəmli nümayəndəsinin seçilmiş əsərlərinin ikininci cildi
Müəllif: Mirzə Ələkbər Sabir

Böyük sairin bütün əsərlərini əhatə edən bu ikicildliyin ikinci cildində 1911-ci ildə yazdıgı satirik seirlərlə yanası, müəllifin ictimai-siyasi və fəlsəfi lirikası, növhə və mərsiyələri, qəzəlıəri, məktəb usaqları üçün qələmə alınmıs sərqi, mənzum hekayə və təmsilləri, tərcümələri, hekayə və felyetonları, ədəbi-publisist məqalələri, müxbir yazıları və məktubları toplanmısdır.

Baxış sayı: 725
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərləri". Ustad sənətkar dünya romantizmin orijinal simalarından sayılsa da, ədəbiyyat tariximizdə ən bəxtsiz imza sahibi hesab olunur
Müəllif: Məhəmməd Hadi

Dilindəki ərəb-fars ibarələri, kəlmələri bu şairin fəlsəfi-poetik düşüncələrini geniş oxucu kütləsi tərəfindən dərk edilməsini çətinləşdirsə də, M.Hadi XX əsrin ilk on illiklərinin ən görkəmli ədəbi simalarından biri, "Füyuzat" dərgisinin sevimli müəlliflərindən olub. "Seçilmiş əsərləri"nə şairin öz romantik təbiətindən gələn bir güclə daim işığa çağıran şeirləri, qiymətli sənət nümunələri olan poemaları, eləcə də yüksək bəşəri duyğular aşılayan və müəllifin yaradıcılıq idealları ilə səsləşən iqtibas və tərcümələri toplanmışdır...

Baxış sayı: 718
Yüklə: PDF yüklə
    


    
"XVIII yüzillik - XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan münasibətləri". Monioqrafiya. Tələbələr dərslik kimi yararlana bilərlər...
Müəllif: Tofiq Mustafazadə

Monoqrafiya Osmanlı-Azərbaycan münasibətləri tarixinin XVIII yüzillik - XIX yüzilliyin əvvəlləri dövrünü işıqlandıran, müəllifin həm Rusiya, həm də Türkiyə arxivlərində uzunmüddətli axtarışlar nəticəsində aşkar edib sistemləşdirdiyi qiymətli fakt və materialların tədqiqinə həsr olunmuşdur. Kitаbdа Osmanlı imperiyasının Azərbaycanla bağlı siyasətinin mahiyyəti açılmış, qarşılıqlı münasibətlərdəki mərhələlər müəyyənləşdirilmiş, onların ozamankı düşmənə - çar Rusiyası və onun əlaltısı Kartli-Kaxeti çarlığına qarşı öz qüvvələrini birləşdirmək cəhdləri, Azərbaycan dövlət qurumlarının Osmanlı-Rusiya qarşidurmasında rolu və təsiri araşdırılmışdır.

Baxış sayı: 738
Yüklə: PDF yüklə
    


    
"Hophopnamə". I Kitab. Azərbaycan milli satirik poeziyasının görkəmli nümayəndəsinin seçilmiş əsərlərinin birinci cildi
Müəllif: Mirzə Ələkbər Sabir

Mirzə Ələkbər Sabir min illik ədəbiyyat tariximizin tanınmış nümayəndələrindən biridir. Onun "Hophopnamə"si basdan-ayaga zülmə, ətalətə etiraz, insan haqqına və heysiyyətinə qarsı çevrilmis hər seyə üsyan və ittihamnamədir. Sabir əsərlərinin külliyyatı olan bu ikicildliyin birinci cildinə sairin 1906-1910-cu illərdə yazmıs olduğu satirik seirlər toplanmısdır. Cild xronoloji prinsip əsasında hazırlanmısdır. Kitabda xalq rəssamı Əzim Əzimzadənin illüstrasiyalarından istifadə edilmisdir.

Baxış sayı: 743
Yüklə: PDF yüklə
    


    
"Sahil zolağında". Amerikanın tanınmış istedadlı nasirindən maraqlı hekayə. Yazıçıyla müsahibə: "Və süjet doğuldu..."
Müəllif: Maykl Çeybon

Çağdaş Amerika nəsrinin istedadlı nümayəndələrindən olan Maykl Çeybon (Michael Chabon) 1963-cü ildə doğulub.«Pittsburq sirləri» (1988), «Möcüzəli uşaqlar» (1995), «Kavalyer və Kleyin heyrətamiz macəraları» (2000) romanlarının müəllifidir. 2002-ci ildə Nyu-Yorkda nəşr olunan «Ən yaxşı Amerika hekayələri» toplusunda çap olunub. 2001-ci ildə Pulitser mükafatına layiq görülüb.

Baxış sayı: 713
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərləri". Dörd cilddə. İkinci Kitab. 1906-1914-cü illərdə qələmə aldığı yazıları, 76 yeni felyetonu...
Müəllif: Cəlil Məmmədquluzadə

"Seçilmiş əsərləri". Dörd cilddə. İkinci Kitab. 1906-1914-cü illərdə qələmə aldığı yazıları, 76 yeni felyetonu...

Baxış sayı: 710
Yüklə: PDF yüklə
    


    
"Patriarxın payızı". Roman. Nobel mükafatı laureatı, dünyaşöhrətli Kolumbiya yazıçısını şah əsəri Azərbaycanca
Müəllif: Qabriel Qarsia Markes

Tarixinin müxtəlif dönəmlərində Yer üzünə sınaq kimi göndərilən bu oxşar taleli insanların gizli mahiyyətini mahir yazıçı qələmiylə ümumiləşdirməyə nail olmuş Markes, insanlıq üçün xüsusi təhlükə olan «ölməz diktator» obrazını yaratmaqla, insanlıq və vətəndaşlıq hüquqları əsrlər boyu tapdanan, zülm və haqsızlıq üzərində qurulmuş hakim rejimlərin basqısı altında inləyən dünya xalqları qarşısında öz haqq səsini ucaldaraq, müqəddəs yazıçılıq missiyasını yerinə yetirmiş olur.

Baxış sayı: 710
Yüklə: PDF yüklə
    


    
Ə.A.Məsimov, A.E.Məmmədov. "Hidrologiya və mühəndisi-geoloji tədqiqatlarda geofiziki və aerokosmik üsullar". Ali məktəblər üçün dərs vəsaiti
Müəllif: Bələdçi

Mövсud ədəbiyyatlardan və müəlliflərin öz tədqiqatlarının nətiсələrindən istifadə etməklə tərtib olunmuş bu dərs vəsaitində hidrogeoloji və mühəndisi-geoloji işlərdə aerokosmik şəkillərin deşifrələnməsi metodikası və geofiziki üsulların tətbiqi imkanları haqqında məlumat verilir. Müxtəlif tektonik şəraitlərdə hidrogeoloji və mühəndisi-geoloji məsələlərin həlli zamanı geofiziki və aerokosmik üsulların tətbiqi konkret misallarla göstərilir. Dərs vəsaitində, həmçinin aerokosmik təsvirlərin tətbiqinin proqnoz aspektləri də işıqlandırılır.

Baxış sayı: 722
Yüklə: PDF yüklə
    


    
Çağdaş Türkiyə poeziyasından yarpaqlar: Cahit Külebi, Abdürrəhim Karakoç, Ferrahi, Sedat Umran kimi şairlərdən şeirlər
Müəllif: Bələdçi

Çağdaş Türkiyə poeziyasından yarpaqlar: Cahit Külebi,  Abdürrəhim Karakoç, Ferrahi, Sedat Umrandan maraqlı şeirlər...

Baxış sayı: 702
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərləri". Azadlıq şairinin istiqlal və dövlət müstəqilliyimiz uğrunda mübarizəyə həsr etdiyi poetik əsərləri
Müəllif: Almas İldırım

Almas İldırımın "Seçilmiş əsərləri" kitabına müəllifin istiqlal, azadlıq, müstəqillik uğrunda mübarizəyə həsr olunmuş şeirləri toplanmışdır.
Şeirlərdə Vətən həsrəti, tarixi keçmişimizlə bağlı poetik düşüncələr öz parlaq əksini tapmışdır.

Baxış sayı: 726
Yüklə: PDF yüklə