Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

Axtarış sorğusu:

Axtarışa uyğun: 2446 nəticə tapıldı


    
"Seçilmis əsərləri" Bes cilddə. I cild. Bu cilddə qüdrətli sairin 1924-1937-ci illərdə yazdığı xalq şeri səpkisində yazdığı qoşmaları, əruz vəznində lirik qəzəlləri, ictimai-siyasi və fəlsəfi mövzulu şeirləri daxil edilib...
Müəllif: Səməd Vurğun

Dədə Qorquddan gəlib Qurbanidən, Asıq Abbasdan, Sarı Asıqdan, Asıq Ələsgərdən keçən yolun böyük bir zirvəsi xalq şairi Səməd Vurğundur. O, elə xosbəxt sənətkarlardandır ki, ömrü yaratdıgı şeir, həyatı danışdıgı dil qədər yaşarıdır. Səməd Vurğunun "Seçilmis əsərləri"nin bu cildində qüdrətli sairin 1924-1937-ci illərdə yazdığı
şeirlər toplanmışdır.

Baxış sayı: 712
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərləri". İki cilddə. I cild. Oxuculara dəyərli hədiyyə olan bu kitabda xalq şairinin seçilmiş şeirləri toplanmışdır.
Müəllif: Bəxtiyar Vahabzadə

Əsrin Şərq və dünya şeir prosesi məcrasında Azərbaycanı Bəxtiyar Vahabzadənin poetik söz dünyası ləyaqətlə təmsil edir. Oxuculara dəyərli hədiyyə olan bu kitabda xalq şairinin seçilmiş şeirləri toplanmışdır.

Baxış sayı: 720
Yüklə: PDF yüklə
    


    
"e-Dalğa". Şəbəkə Kulturoloji-Ədəbi Dərgi. III sayı. "Xarici ədəbiyyat". (Tematik xüsusi buraxılış. Bədii və filoloji tərcümə əsərləri toplusu)
Müəllif: Redaksiya

"Xarici ədəbiyyat" bədii-filoloji tərcümə yazılarından -ş dünya ədəbiyyatının ən görkəmli nümayəndələrinin Azərbaycan dilinə çevrilmiş əsərlərindən ibarət toplu "e-Dalğa" Şəbəkə Kulturoloji-ədəbi Dərginin üçüncü sayını təşkil edir. Qloballaşan dünya bədii-kulturoloji düşüncəsinin çox maraqlı məhsulları - poeziya nümunələri, hekayə, fəlsəfi esse, kiçik roman, pyes və məqalələrdən ibarət bu əsərlərin böyük qismi orijinaldan, özü də ana dilimizə ilk dəfə, peşəkar mütərcimlər tərəfindən tərcümə edilib...

Baxış sayı: 705
Yüklə: PDF yüklə
    


    
"Ömrün yorğun kölgəsi". Tanınmış şairin şeirlər və poemalardan ibarət bu yeni poetik toplusuna son illərdə yazdığı poetik əsərlər daxil edilib...
Müəllif: Saday Şəkərli

Tanınmış şair Saday Şəkərlinin "Ömrün yorğun kölgəsi" adlı yeni şeirlər və poemalardan ibarət poetik toplusuna onun yazdığı poetik əsərlər daxil edilib.

Baxış sayı: 733
Yüklə: PDF yüklə
    


    
"Zəfər tağı". Avstriyanın dünyaşöhrətli tanınmış anti-faşist yazıçısının maraqlı bədii əsəri. Romanı alman dilindən Vilayət Hacıyev tərcümə edib
Müəllif: Erix Mariya Remark

 Erix Mariya Remark "Zəfər tağı". Avstriyanın dünyaşöhrətli tanınmış anti-faşist yazıçısının maraqlı bədii əsəri. Romanı alman dilindən Vilayət Hacıyev tərcümə edib

Baxış sayı: 730
Yüklə: PDF yüklə
    


    
"Gözünə gün düşür". (Uzun hekayə). Tanınmış cavan və istedadlı yazıçı-dramaturqdan Qarabağ mövzusunda əla bir bədii nəsr nümunəsi...
Müəllif: Elçin Hüseynbəyli

Elçin Hüseynbəylidən Qarabağ mövzusunda əla bir bədii nəsr nümunəsi... "Gözünə gün düşür". (Uzun hekayə)

Baxış sayı: 713
Yüklə: PDF yüklə
    


    
"Həqiqi dost". Dünyaşöhrətli yazıçının nağılını orijinaldan, ingiliscədən - Kamran Nəzirlinin tərcüməsində təqdim edirik.
Müəllif: Oskar Uayld

Oskar Uayldın bütün həyat və yaradıcılığında qəbul olunmayan məqamlar və dəyərlər olsa da, onun yaradıcılığı və sənətkarlıq xüsusiyyətləri 20-ci əsrin Avropa ədəbiyyatı üçün qiymətli idi və vaxitlə İngiltərənin qəbul etmədiyi dəyərləri (məsələn, Salvador Dalinin həyat tərzi kimi) bu gün Avropa müdafiə edir. Bütün bunlara baxmayaraq, Oskar Uayldın uşaqlar üçün yazdığı nağıllar bu gün də maraqla oxunur. Yazıçının məşhur "Həqiqi Dost"( The Devoted Friend , 1888) adlı nağılını orijinaldan Kamran Nəzirlinin tərçüməsində təqdim edirik.

Baxış sayı: 766
Yüklə: PDF yüklə
    


    
"Milli monoloq". Avropada yaşayan xanım yazarın esse, povest və hekayələr kitabı.
Müəllif: Eluca Atalı

Kitabda müəllifin o taylı - bu taylı Azərbaycanın milli dərdləri və insan haqları ilə bağlı müxtəlif illərdə yazdığı hekayə, esse, povest janrında bədii əsərləri toplanmışdır.
Kitabı hamının oxumasını arzu edən müəllif, uşaqların və gənclərin oxumasını vacib bilir. Bununla da o istəyir ki, uşaqlar və yeniyetmələr Azərbaycanımızın düşdüyü durumdan çıxış yolunu axtarıb tapmaqda fəal olsunlar. Həm də o istəyir ki, Bütöv Azərbaycanın yaranmasının bu gün onların necə düşünüb, necə yaşamalarından asılı olduğunu unutmasınlar.

Baxış sayı: 731
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərləri". Üç cilddə. III cild. Kitaba ədibin uşaqlar və gənclər üçün yazdığı şeirlər, poemalar, hekayələr, təmsillər və pyeslər daxil edilib.
Müəllif: Abdulla Şaiq

Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, romantik yazıçı Abdulla Şaiqin "Seçilmiş əsərləri" (üç cilddə) III cildinə ədibin uşaqlar və gənclər üçün yazdığı şeirlər, poemalar, hekayələr, təmsillər və pyeslər daxil edilib. Bu əsərlər azərbaycan uşaq ədəbiyyatının dəyərli nümunələri hesab olunur və müxtəlif nəsil uşaqları tərəfindən sevilə-sevilə oxunur...

Baxış sayı: 708
Yüklə: PDF yüklə
    


    
Azərbaycan dilinin virtual qatları - müxtəsər kompyuter - İKT terminləri e-sözlüyü... 21 fevral Beynəlxal Ana Dili günü münasibətilə
Müəllif: Bələdçi

21 fevral Beynəlxal Ana Dili günü münasibətilə: Azərbaycan dilinin virtual qatları - müxtəsər kompyuter - İKT terminləri e-sözlüyü

Baxış sayı: 732
Yüklə: PDF yüklə
    


    
"Sonuncu mogikan" Roman. Azərbaycanca. Müxtəlif nəsillərin sevə-sevə oxuduqları bu maraqlı əsər dünya macəra ədəbiyyatının şah nümunəsi sayılır.
Müəllif: Ceyms Fenimor Kuper

Amerika romantiziminin görkəmli nümayəndəsi Ceyms Fenimor Kuperin "Sonuncu mogikan" romanı dünya macəra ədəbiyyatının şah nümunəsi sayılır. Şimali Amerikanın avropalılar tərəfindən zəbt edilməsi, hindu aləmi, vəhşi dünya kimi ekzotik yerləri yazıçı tərəfindən çox gözəl təsvir olunub.

Baxış sayı: 726
Yüklə: PDF yüklə
    


    
"Plazma və dəstə teхnologiyası". Fiziki elektronika sahəsində çalışan elmi əməkdaşlar üçün nəzərdə tutulub, habelə uyğun iхtisaslı aspirant və maqistrlara tövsiyə edilir
Müəllif: İlham Həsənov

Vəsaitdə ion və plazma mənbələrinin işinin əsasında duran fiziki proseslər, habelə onların quruluşları və funksional parametrləri nəzərdən keçirilir. İon dəstələrinin və vakuumda qalıq qazın tərkibinin kütlə analizi metodları təsvir edilir. Kitab məzmunu və inşa edilmə səviyyəsinə görə fiziki elektronika sahəsində çalışan elmi əməkdaşlar üçün nəzərdə tutulmuşdur, habelə uyğun iхtisaslı aspirant və maqistrlara tövsiyə edilə bilər.

Baxış sayı: 721
Yüklə: PDF yüklə
    


    
"Azərbaycan nağılları". Beş cilddə. I Cild. Prezidentin məlum sərəncamı ilə nəşr olunan kitabın e-variantı!!!
Müəllif: Xalq - millət

"Biri vardı, biri yoxdu..." ilə başlayan möcüzəli əsərlər... Azərbaycan xalq nağılları dünya və Şərq nağıllarının ən dəyərli nümunələrindən sayılır. Bu beşcildlikdə indiyə qədər toplanmış nağıllarımız sizlərə təqdim edilir.

Baxış sayı: 689
Yüklə: PDF yüklə
    


    
"Ağ ev". Hekayələr kitabı. YYSQ - Milli Virtual Kitabxananın rəqəmsal nəşri. E-kitab N 10
Müəllif: Kamran Nəzirli

K.Nəzirli "Sevgi nağılı"(1991), "Doğmalar arasında" (1995),  "Şeytan işığı"(2004), "Komada olan adam" (2007) və s. bədii nəsr kitablarının  müəllifidir. Onun hekayələri  Amerikada, Hollandiyada,Türkiyədə, Koreyada, Özbəkistanda, Ukraynada və s.ölkələrdə çıxan müxtəlif almanax və jurnallarda dərc olunmuş, beynəlxalq internet saytlarında yer almışdır. K.Nəzirli Azərbaycanda dünya klassiklərinin müxtəlif əsərlərini, habelə elmi-publisistik və ictimai-siyasi ədəbiyyatları ingilis dilindən birbaşa  çevirən peşəkar tərcüməçilərdən biridir. Müəllifin yeni kitabına müxtəlif illərdə yazdığı hekayələr  daxil edilmişdir. 

Baxış sayı: 705
Yüklə: PDF yüklə
    


    
Sağlam və gözəl dəriyə sahib olmağın 7 şərti... Nənələrin saxladığı uşaqlar gonbul olurlar... Şokolad iflic olmaq riskini azaldır... Bakıya gələn yoqun dəhşətli sirri...
Müəllif: Bələdçi

Sağlam və gözəl dəriyə sahib olmağın 7 şərti... Nənələrin saxladığı uşaqlar gonbul olurlar... Şokolad iflic olmaq riskini azaldır... Bakıya gələn yoqun dəhşətli sirri

Baxış sayı: 710
Yüklə: PDF yüklə