Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Ömrün yorğun kölgəsi". Tanınmış şairin şeirlər və poemalardan ibarət bu yeni poetik toplusuna son illərdə yazdığı poetik əsərlər daxil edilib...

Müəllif:

Saday Şəkərli


Kateqoriya:

Yeni ədəbiyyat



Qısa Təsvir:

Tanınmış şair Saday Şəkərlinin "Ömrün yorğun kölgəsi" adlı yeni şeirlər və poemalardan ibarət poetik toplusuna onun yazdığı poetik əsərlər daxil edilib.


Baxış sayı: 3392
    
    



www.kitabxana.net

Milli Virtual Kitabxananın təqdimatında


Saday Şəkərli

Ömrün yorğun kölgəsi

Şeirlər və poemalardan ibarət poetik toplu


E-kitab N 17

Şəbəkə üçün hazırlayanı: Aydın Xan (Əbilov)

 

YYSQ - Milli Virtual Kitabxananın rəqəmsal nəşri N 17

Bakı - 2010

 

 

 

"Elm və Təhsil" nəşriyyatı. Bakı - 2009
 

 

 

 Redaktor: Əjdər Ol

 


Saday Şəkərli. "Ömrün yorğun kölgəsi". Şeirlər və poemalardan ibarət poetik toplu. "Elm və Təhsil" nəşriyyatı. Bakı - 2009 - 328 səh.

 

Tanınmış şair Saday Şəkərlinin "Ömrün yorğun kölgəsi" adlı yeni şeirlər və poemalardan ibarət poetik toplusuna onun yazdığı poetik əsərlər daxil edilib.

 

 

 Tanınmış şair Saday Şəkərli 1959-cu il sentyabrın 7-də Cəlilabadın Bəcirəvan kəndində anadan olub. Burada səkkizillik məktəbi bitirmişdir. Bakıda 18 saylı texniki-peşə məktəbində, Bakı sənaye-pedaqoji texnikumunda təhsil almışdır (1976-1980). Rusiyada Saratov Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda təhsilini davam etdirib (1980-1985).
Bədii yaradıcılığa tələbəlik illərində başlamışdır. "Məhəbbət ağacı" adlı ilk şeirlər toplusu 1985-ci ildə Saratov şəhərində dərc edilib. 1984-cü ildə gənc yazıçıların Moskvada keçirilən 8-ci Ümumittifaq seminar-müşavirəsinin iştirakçısı olmuşdur. Əmək fəaliyyətinə 1988-ci ildən Cəlilabadda başlayıb, 1993-cü ildən Bakıda yaşayır, "Təbriz" nəşriyyatının direktoru işləyib.

Kitabları:

1. Дерево любви. Саратов: ПКИ, 1985, 48 стр.
2. Torpağa oğul sözü. Bakı: Yazıçı, 1986, 66 səh.
3. Məni soruşan olsa. Bakı: Təbriz, 1995, 62 səh.
4. Alça çiçəkləyib. Bakı: Təbriz, 1996, 16 səh.
5. Gecədən çıxan kimi (şeir və poemalar). Bakı: Təbriz, 1996, 208 səh.
6. Gümüş şamın şöləsi. (başqırd dilində). Ufa: 2000, 48 səh.
7. Ömrün yorğun kölgəsi (şeirlər və poemalar). Bakı: Elm və təhsil, 2009, 328 səh.