Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

Axtarış sorğusu:

Axtarışa uyğun: 2446 nəticə tapıldı


    
"Əli bəy Hüseynzadənin dilçilik görüşləri". Monoqrafiyada dilçi, publisist, rəssam, həkim, şair, ideoloq-ensiklopedist Ə.Hüseynzadənin dilçilik görüşləri araşdırılır...
Müəllif: Sədaqət Həsənova

Monoqrafiyada türk dünyasının böyük oğlu, dilçi, publisist, rəssam, həkim, şair, musiqiçi, ideoloq-ensiklopedist sima olan Əli bəy Hüseynzadənin dilçilik görüşləri araşdırılır. Onun türk xalqlarının ədəbi dilinə, mətbuat üslubuna, imla və tərcümə məsələlərinə, alınma sözlərə münasibəti aydınlaşdırılır. Monoqrafiyadan dilçi bilginlər, filoloji yöndə çalışan mütəxəssis və tələbələr istifadə edə birlərlər.

Baxış sayı: 713
Yüklə: PDF yüklə
    


    
"Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı". Dərslik-monoqrafiyada milli uşaq ədəbiyyatının bu günə qədər olan mərhələli inkişafı mövcud elmi mənbələrə istinad edilməklə tədqiq edilir...
Müəllif: Füzuli Əsgərli

Хalq folklorundan və klassik dünya ədəbiyyatından bəhrələnmiş, müəyyən dövrlərdə isə uşaq oхusu kimi dəyərləndirilmiş müхtəlif janrlı ədəbiyyat nümunələri artıq ХIХ əsrin maarifçilik dövrü müstəvisində müstəqil bir sahə kimi təşəkkül tapmış və mərhələli şəkildə inkişaf etmişdir. Bu monoqrafiyada Azərbaycan uşaq ədəbiyyatının yarandığı dövrdən bu günə qədər olan mərhələli inkişafı mövcud elmi mənbələrə istinad edilməklə tədqiq edilmiş və ətraflı şərh olunmuşdur.

Baxış sayı: 705
Yüklə: PDF yüklə
    


    
"Xudafərin körpüsü". Tarixi roman. Elektron kitab N 5. YYSQ və www.kitabxana.net portalının rəqəmsal e-nəşri
Müəllif: Fərman Kərimzadə

"Qarlı aşırım" əsəri ilə böyük ədəbiyyata gələn görkəmli yazıçı, tarixi romanlar ustası
Fərman Kərimzadənin "Xudafərin körpüsü" romanında XV əsrin axırı, XVI əsrin əvvəllərində
baş vermiş tarixi hadisələr, Şah İsmayıl Xətainin uşaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı mübarizəsi qələmə alınmışdır.
Romanda həmçinin Şah İsmayıl Xətainin bir şair, sərkərdə və dövlət xadimi kimi yetişib
formalaşdığı tarixi şərait təsvir edilmiş, Uzun Həsən, Sara Xatun, Hüseyn Lələ bəy, Əbih Sultan kimi tarixi şəxsiyyətlərin yadda qalan obrazları yaradılmışdır.

Baxış sayı: 730
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərləri". Üç cilddə. I cild. Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsinin bu kitabına milli nəsr əsərlərimizin orijinal nümunələri - hekayə, povest və romanları daxildir...
Müəllif: Abdulla Şaiq

 Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, romantik yazıçı Abdulla Şaiqin "Seçilmiş əsərləri" (üç cilddə) I cildinə milli nəsr əsərlərimizin orijinal nümunələri - hekayə, povest və romanları daxil edilib.

Baxış sayı: 726
Yüklə: PDF yüklə
    


    
Ana bətnindəki körpənin 9 aylıq inkişaf dövrü... Körpə vaxtından başlayaraq, uşaqlarla bağlı bütün məsələlər
Müəllif: Bələdçi

Bu rubrikada körpə vaxtından başlayaraq, uşaqlarla bağlı bütün məsələlərə toxunulacaq.

Baxış sayı: 719
Yüklə: PDF yüklə
    


    
"Üç əsrin yüz otuz ili". Akademik Milli Dram Teatrı bu gün. Dərslik-monoqrafiyada səhnə sənətimizin tarixinə ekskurs edilir...
Müəllif: İlham Rəhimli

"Üç əsrin yüz otuz ili" kitabı görkəmli teatrşünas-alim, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin "Azərbaycan teatrı" silsiləsindən növbəti kitabıdır. Kitab Akademik Milli Dram Teatrının keçdiyi 130 illik yaradıcılıq yolunu qısaca təcəssüm etdirməklə kollektivin çağdaş həyatı barədə ətraflı məlumat verir.

Baxış sayı: 714
Yüklə: PDF yüklə
    


    
"Əməliyyat-axtarış fəaliyyətinə nəzarət". Dərs vəsaiti. Azərbaycanın ali təhsil müəssisələrinin hüquq fakultələrinin tələbələri, hüquq-mühafizə orqanlarının əməkdaşları yararlna bilərlər..
Müəllif: Xanlar Əsgər oğlu Bayramzadə

Dərs vəsaiti Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin hüquq fakultələrinin tələbələri, hüquq- mühafizə orqanlarının əməkdaşları və respublikanın hüquq ictimaiyyəti üçün nəzərdə tutulmuşdur.

Baxış sayı: 707
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərləri". On cilddə. Onuncu kitab. Tanınmış yazıçının elmi-intellektual irsindən nümunələr, monoqrafiyaları, elmi məqalələri, fars, tacik və b. dillərdə etdiyi tərcümələri
Müəllif: Əlibala Hacızadə

Əlibala Hacızadənin "Seçilmiş əsərləri"nin Onuncu kitabına tanınmış tanınmış yazıçının elmi-intellektual irsindən nümunələr, monoqrafiyaları, elmi məqalələri, fars, tacik və b. dillərdə etdiyi tərcümələri daxil edilib.

Baxış sayı: 725
Yüklə: PDF yüklə
    


    
"Ələkeçməzlər" (I kitab). Hacı Məmmədov barədə milli detektiv roman və hekayələr... YYSQ-nin virtual nəşri - N 7
Müəllif: Yusif Əhmədov

Tanınmış nasir Yusif Əhmədоv ötən əsrin 60 cı illərində ədəbiyyata gələn yazıçılardandır.
İlk kitabı "Əfqan hеkayələri" adı ilə 1965 ci ildə Tacikistanın Düşənbə şəhərində çap оlunub. "Ələkеçməzlər" sayca müəllifin 20 ci kitabıdır. Kitabdakı еyniadlı rоman öz janrına görə müəllifin başqa əsərlərindən fərqlənir. Azərbaycanın ilk milli dеtеktiv rоmanı оlan "Ələkеçməzlər" kitabındakı hadisələr 1992 2006 cı illər ərzində Bakı şəhərində və əyalətlərdə baş vеrən müxtəlif kriminal hadisələrdən bəhs еdir.

Baxış sayı: 734
Yüklə: PDF yüklə
    


    
"Bakı tarixindən kollaj" (Modern kollaj-roman. I Kİtab). Bakı bakılı yazarın gözündə necə göründü?..
Müəllif: İlqar Fəhmi

Gənc yazar İlqar Fəhminin "Bakı tarixindən kollaj" estetik bədii-publisistik romanı Bakı tarixinə, etnoqrafiyasına, mədəni irsinə özünəməxsus, subyektiv bir baxışı əks etdirir. Əsər fraqmentar roman üslubunda  yazılıb, ilk baxışdan bir-biriylə əlaqəsi olmayan, lakin daxili bağlılığı olan fraqmentlərdən ibarətdir.

Baxış sayı: 708
Yüklə: PDF yüklə
    


    
Uilyam Folkner: "Həqiqi yazıçı müvəffəqiyyət və ya zənginlik barədə düşünmür". (Nobel ödüllü Uilyam Folknerlə (1897-1962) Cin Staynın müsahibəsi)
Müəllif: Uilyam Folkner

Nobel ödüllü Uilyam Folknerlə (1897-1962) Cin Staynın müsahibəsi. "Hər bir şey kənara atılır - namus, qürur, şəxsi keyfiyyətlər, sakitlik və xoşbəxtlik - yetər ki, kitab yazılsın"...

Baxış sayı: 715
Yüklə: PDF yüklə
    


    
"Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti". Monoqrafiya-araşdırma...
Müəllif: İlqar Hüseynov

Mədəniyyət və incəsənət tariximizə aid bu kitabda kifayət qədər emprik və rasional təhlillər vardır. Monoqrafiyadan alimlər, müəllimlər, ali məktəblər, həmçinin mədəniyyət və incəsənət işçiləri istifadə edə bilərlər.

Baxış sayı: 710
Yüklə: PDF yüklə
    


    
"Əkinçi" (1875-1877). Azərbaycan milli dövri mətbuatının bünövrəsi sayılan "Əkinçi" qəzetinin tam mətni...
Müəllif: Həsənbəy Zərdabi (Məlikov)

Həsənbəy Zərdabi tərəfindən əsası qoyulan, Azərbaycan milli dövri mətbuatının bünövrəsi sayılan "Əkinçi" qəzeti (1875-1877) xalqımızın mənəvi sərvəti, mədəniyyət tarixinin qızıl səhivələrini təşkil edir. 56 sayı ilə milli intellektualların silahına çevrilmiş, onları formalaşdırmış "Əkinçi"nin tam mətni bu kitabda əks olunub.  

Baxış sayı: 732
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərləri". Azərbaycan Dövlət Himninin müəllifi, milli ədəbiyyatımızın tanınmış nümayəndəsi, lirik şeirlər ustasının kitabı
Müəllif: Əhməd Cavad

Azərbaycan Dövlət Himninin müəllifi, milli ədəbiyyatımızın tanınmış nümayəndəsi, lirik şeirlər ustası, şair Əhməd Cavadın "Seçilmiş əsərləri" kitabına müəllifin mədrəsə şeirləri mənzum əsərləri, başqa illərin poetik məhsulları, etüd və hekayələri toplanıb...

Baxış sayı: 772
Yüklə: PDF yüklə
    


    
Müasir İtaliya ədəbiyyatından iki nəsr əsəri. Leonardo Şaşa "Mafiyalar vesterni". Dino Buttsati. "Kabus" (orijinaldan çevirmələr)
Müəllif: Dino Buttsati

Baxış sayı: 750
Yüklə: PDF yüklə