Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə. "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" layihəsi başlandı... Layihə haqqında geniş məlumatlar.
Yusif Cəfərli. "Vliağa muğanlıları və ya Torpaq müqəddəsdir". Publisitika və şeirlər. Müəllif xalq təfəkküründən, yaddaşından alıb ona söykəndiyimiz bilgiləri, düşüncələri bu publisistik yazılarda oxucularla bölüşür.
Sabir Qaraqoyunlu (Əfəndiyev). “Qaraqoyunlu ləhcəsi “Dədə Qorqud” ləhcəsidir”. Toplu. Təcrübəli müəllim və filologiya elminin təəssübkeş mütəxəssisi kimi daim axtarışlar aparan, nəşr edilən elmi və bədii əsərin dilinə, televiziya verilişlərinə, xüsusən də lüğət vəsaitlərinə böyük tələbkarlıqla yanaşan, titulundan və ad-sanından asılı olmayaraq heç bir müəllifə, yaxud da tərtibçiyə, aparıcıya yol verdiyi dil xətalarına görə güzəştə getmədən, ürək ağrısı ilə obyektiv reaksiya verən, etiraz səsini ucaldan Sabir Qaraqoyunlunun (Əfəndiyev) “Qaraqoyunlu ləhcəsi “Dədə Qorqud” ləhcəsidir” kitabı Azərbaycan dilinin saflığına həsr edilib.
"Mahabbarata". "Bhagavad Gita". Azərbaycanca. "Bhagavad Gita" dünyanın - qədim Hindistan ən böyük eposu sayılan "Mahabbarata"nın on səkkiz bölümündən biri, həm də bu unikal mədəniyyət-ruhi əsərin əsas kitabı. II - Təkmilləşdirilmiş və genişləndirilmiş nəşri...
"Səs... Söz... Rəng...". Toplu. (Ədəbiyyat, musiqi, təsviri sənət və gənclik...). Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində işıq üzü görüb.
"Mahabbarata". "Bhagavad Gita". Azərbaycanca. "Bhagavad Gita" dünyanın ən böyük eposu sayılan, Qədim Şərq - Hindistan dastanı "Mahabbarata"nın on səkkiz bölümündən biri, həm də bu unikal mədəniyyət-ruhi əsərin əsas kitabı sayılır.
Demokratiya: gediləsi uzun bir yol... Demokratiya və antidemokratiya antologiyası e.ə.430 - b.e.1998. Kitabda təqdim olunmuş demokratiya yalnız maraqlı və idraki mövzu deyil - o, oxucunu həyəcana gətirir; o, hər hansı uydurma dramdan qat-qat dramatikdir. Perikl, Con Milton, polkovnik Reynboro, Tomas Cefferson və Oliver Vendell Holmsun səsində duyulan yüksək gərginlik Şekspir faciələrindəki hisslərdən də güclü və qaynar ehtirasdan xəbər verir.
Budda. "Dhammapada". Bu kitab hind fəlsəfəsinin mənbələrindən biri, Siddhartha Qautamaya (Budda) aid edilən fikirlər toplusudur. Buddizmin ana kitabı sayılan "Dhammapada" ilk dəfədir ki, Azərbaycan oxucusuna təqdim olunur.
Nailə Səmədova. "Azərbaycan memuar ədəbiyyat tarixi". Bu elmi araşdırma Azərbaycan memuar ədəbiyyatının yaranması, təşəkkülü və inkişaf mərhələləri haqqında dəyərli monoqrafiya sayılır. Kitab AMEA-nın 2006-cı ildəki fəaliyyəti haqqında hesabatda Əlyazmalar İnstitutunun mühüm nəticələrindən biri kimi qeyd edilmişdir.