Firidun bəy Köçərli. "Azərbaycan ədəbiyyatı”. İki cilddə. II cild. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, tənqidçi və pedaqoq Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” adlı fundamental əsərində ədəbiyyat tariximizin ən önəmli səhifələri, ədəbi proseslər elmi ardıcıllıqla nəzərdən keçirilmişdir. İndi də öz ədəbi və elmi dəyərini azaltmayan “Azərbaycan ədəbiyyatı” əsəri milli-bədii söz sənətimiz haqqında mötəbər məxəz sayılmış və sayıl maqdadır.
Firidun bəy Köçərli. "Azərbaycan ədəbiyyatı”. İki cilddə. 1-ci cild. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, tənqidçi və pedaqoq Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” adlı fundamental əsərində ədəbiyyat tariximizin ən önəmli səhifələri, ədəbi proseslər elmi ardıcıllıqla nəzərdən keçirilmişdir. İndi də öz ədəbi və elmi dəyərini itirməyən “Azərbaycan ədəbiyyatı” əsəri milli-bədii söz sənətimiz haqqında mötəbər məxəz sayılmaqdadır.
"Azərbaycan multikulturalizmi". Elmi-kulturoloji məqalələr toplusu. Nəşrə hazırlayanı, redaktoru: Aydın Xan (Əbilov). Topluda Azərbaycan və dünya intellektuallarının elmi-intellektual fikirləri, məqalələri, çıxışları, habelə Beynəlxalq Bakı Humanitar Forumunun materialları yer alıb. Multikulturalizm, dünya sivilizasiyası, mədəniyyətlərin dialoqu, bəşəriyyəti narahat edən ümumi, qlobal və milli problemlər haqqında planetar düşüncəli alimlərin, elm, sənət, mədəniyyət adamlarının, siyasətçilərin fikirləri maraqla qarşılanacağına inanırıq...
Mahatma Qandi. "Bütün insanlar qardaşdır". YUNESKO-nun ümumi iclası 1956-cı ildə Yeni Dehlidə keçirilib. Bu iclasda qərara alınıb ki, M.Qandinin fəlsəfi-bəşəri görüşlərini əks etdirən belə bir kitab hazırlanıb yayımlansın.
"Yolon sıxan" (Tolışi dədə-bobo sıxanon iyən məsəlon). "Atalar sözləri" (Talış atalar sözləri və məsəlləri). Ayrı-ayrı müəlliflərin uzun illər çəkdiyi zəhmətin bəhrəsi olan, yenidən işlənmiş və təkmilləşdirilmiş bu kitaba Talış atalar sözləri və məsəlləri, habelə bəzi tapmacalar, yanıltmaclar və alqışlar daxildir.
სურათი გარეკანზე (ცასა და მიწას შორის) ნაზიმ შახი. "Çağdaş Azərbaycan poeziyası" Gürcü dilində. kitabda ədəbi ictimaiyyətin yaxşı tanıdığı, müxtəlif ədəbi nəsilləri təmsil edən 22 Azərbaycan şairinin əsərlərindən ibarət nümunələr yer alıb. Nəşrin məsləhətçisi professor Nizami Cəfərov, layihənin rəhbəri şair-publisist Dəyanət Osmanlıdır. Şeirləri gürcü dilinə Neli Məmmədova, Zezva Medulaşvili, İmir Məmmədli, Oktay Kazımov, Anna Bartkulaşvili və Niha Zorzaneli tərcümə ediblər.
Nəsibə Əliyeva. "Hidrometeoroloji lüğət". Hidrometeoroloji lüğət kitabında hidrologiya, meteorologiya, okeanologiya və onlarla təmasda olan elmlərə aid 1500-ə qədər termin və anlayışların izahı verilir. Lüğət hidrologiya, meteorologiya, okeanologiya sahəsində və onlarla təmasda olan digər coğrafiya elmi sahələrində təhsil alan tələbələr, aspirantlar, elmi işçilər, həmçinin Hidrometeorologiya xidmətində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
"Qurani-Kərim". Ərəbcə və Azərbaycan dilində mənaca tərcüməsi. Ərəb dilindən tərcümə edəni: Əlixan Musayev. Beşinci - təkmilləşdirilmiş nəşri. Müqəddəs səmavi kitablardan sayılan Quranın ana dilimizdə alternativ tərcüməsi.
Naidə Hacıyeva. "Etika, peşə etikası və psixologiya" dərsliyi ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və müəllimləri üçün nəzərdə tutulmuşdur. Dərslikdə estetika, etika, həmçinin peşə etikası, psixologiya elminin mahiyyəti, bu elmlərin yaranma tarixi və əsas anlayışları haqqında məlumat verilir. Kitabda antik dövrdən müasir dövrədək bir sıra mütəfəkkirlərin etika, estetika və psixologiya haqqında fikirlərin və şərhləri də öz əksini tapmışdır.
2004-2012-ci illər Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Milli kitabxanalarının nəşrləri və onların elektron resurslardakı mənbələri. Издания и электронные ресурсы национальных библиотек государств-участников Содружества независимых государств, 2004 - 2012 гг.