"Lənkəran: ensiklopedik məlumat". Azərbaycanımızın dilbər guşəsi haqqında müxtəsər ensiklopediya. Müəlliflər: Mirhaşım Talışlı, Etibar Əhədov. Bu ensiklopedik kitab Lənkəranın tarixini, etnoqrafisayını, ziyalılarını, tanınmış adamlarını, mətbəxini, yaşayış məntəqələrini, bir sözlə, bütün sahələrini əhatə edən bir nəşrdir.
Vahidov F. Q. Ağayev T. B. "Sosiologiya". Ali məktəblər üçün dərs vəsaiti. Dərs vəsaitində sosiologiyanın nəzəri problemləri, həyatımızın yeni sosial hadisə və prosesləri, habelə müasir nəzəri tədqiqatların nəticələri öz əksini tapmışdır. Vəsait ali məktəblərin tələbələri, habelə sosiologiya elminin problemlərinə maraq göstərən şəxslər üçün nəzərdə tutulmuşdur.
Məmmədov K.M., Musayev Z.S., Mürsəlov A.Ə., Məmmədova V.V. "Neftyığılan, nəql edən mühəndis qurğuları və avadanlıqları". Dərslikdə neftyığılan və neftsaxlayan terminalların növləri, onların hidravliki və statiki hesablanması, neft boru kəmərlərinin layihələndirilməsi verilmişdir.
Esmiralda Məmmədova. "Su təchizatı və Meliorativ hidrogeologiya". Ali məktəblər üçün dərslik. Kitab ali məktəblərin "Hidrоgeоlоgiya və mühəndisi geоlоgiya" ixtisaslı bakalavr və magistr hazırlığı üçün, о cümlədən, su təchizatı və meliоrativ hidrоgeоlоgiyanın müxtəlif prоblemləri ilə məşğul оlan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
"Maliyyə bazarları terminlərinin izahlı lüğəti". Bu lüğətdə maliyyə bazarları, o cümlədən qiymətli kağızlar bazarları, fond birjaları, valyuta birjaları, ilkin səhm bazarları, bu bazarlarda həyata keçirilən əməliyyatlar, onların iştirakçıları, istifadə olunan maliyyə alətləri, investisiya fondları, depozit sistemləri, maliyyə hesabatlılığı və bu kimi digər əlaqəli məsələlər üzrə terminlər (Azərbaycan və İngilis dillərində) və onların Azərbaycan dilində izahı əks olunmuşdur.
Jamila Hasanzadeh, Agaselim Efendiyev. "Four century of glory: Azerbaijan miniature painting of XIII-XVI centuries". C.Həsənzadə, A.Əfəndiyev. "Dörd əsrin şöhrəti. XIII-XVI əsr Azərbaycan miniatür sənəti". İnciliscə.
Fuad Məmmədov, Ülviyyə Səmədova, Qafar Hüseynov. "Günəş energetikası terminləri lüğəti". Yeddi dildə: Azərbaycan, rus, ingilis, alman, fransız, ispan və italyan dilində. Təqdim olunan lüğət Günəş energetikası sahəsində respublikada XX əsrin 50 - 60 - cı illərindən başlayaraq indiyə qədər davam etdirilən elmi-tədqiqat işlərinin nəticəsində ərsəyə gəlmişdir. Lüğətdən alimlər, elmi işçilər, mühəndislər, aspirantlar, müəllimlər, tələbələr, tərcüməçilər və s. istifadə edə bilərlər.
Mustafa Əliyеv, Fərruх Həsənli. "Coğrafi kəşflərin tarixi və səyyahlar" Pedaqoji universitetlər üçün dərs vəsaiti. Dərs vəsaiti antik dövrdən başlayaraq Yеrin fоrması, ölçüləri, хəritələşdirilməsi, səyyahlar və оnların kəşfləri, kəşflərin dünya хəritələrinin təkmilləşdirilməsində əhəmiyyəti, həmçinin Azərbaycan alimlərinin cоğrafiya еlminin inkişafında rоluna həsr еdilmişdir.
Bibliya - "Müqəddəs Kitab". 1) Əhdi-Ətiq - Tövrat və Zəbur. 2) Əhdi-Cədid - İncil. Dünya sivilizasiyasının formalaşmasında əvəzsiz rolu olan, səmavi dinlərin ilk müqəddəs kitablarının Azərbaycan dilində tərcüməsi.