ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Demokratiya: gediləsi uzun bir yol...
Demokratiya və antidemokratiya antologiyası e.ə.430 - b.e.1998
Tərtib edəni: Hikmət Hacızadə
Ədəbi redaktor: Ədalət Tahirzadə;
Azərbaycan türkcəsinə çevirənlər: Akif Nağı, Natiq Səfərov,
Vaqif Əlixanlı, Nəsir Əhmədli, Ədalət Tahirzadə, Arif Tağıyev, Rəsat Həsənov
Bilqisayar təminatı: Vəfadar Farizoğlu, Etibar Axundov
Bilgisayar operatoru: Nəzakət Muradova; Rəssamı: Ədnan Hacızadə
Korrektoru: Kəmalə Cəfərova
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi (FAR CENTRE), Bakı, 2001, ©2001 Hikmət Hacızadə
Biz bu kitabda iki min ildən də çox müddət ərzində ədalətli dövlət quruluşu və dövlətin insanla qarşılıqlı münasibətləri haqqında gedən mübahisələrdən qopmuş başlıca ideyaları təqdim etməyə çalışmışıq. Antologiyada bəşər tarixinin ən böyük simaları demokratiyanın lehinə və əleyhinə səmimi-qəlbdən (mən bu ifadəni təsadüfi və gəlişigözəl söz kimi işlətmirəm) fikirlər söyləyirlər. Buradaca həmçinin tarixi inkişafın ayrı-ayrı mərhələlərini, bir növ, tamamlamış və tarixin neçə yüzillik axarını irəlicədən müəyyən etmiş qanunlar, saziş və bəyannamələr də özünə yer tutub. Topluda demokratiyanın ən böyük sirri və onun uğurunun rəhni olan demokratik insan xüsusi yer tutur. Bu insan ədalətli, xoşməramlı və fəal insandır; hər şeyə hörmətlə yanaşan, ancaq heç nəyə böyük hörmət bəsləməyən insandır; elə bir insan ki, onun üçün qurub-yaratmaq qələbədən yüksəkdir.
Kitabda təqdim olunmuş demokratiya yalnız maraqlı və idraki mövzu deyil - o, oxucunu həyəcana gətirir; o, hər hansı uydurma dramdan qat-qat dramatikdir. Perikl, Con Milton, polkovnik Reynboro, Tomas Cefferson və Oliver Vendell Holmsun səsində duyulan yüksək gərginlik Şekspir faciələrindəki hisslərdən də güclü və qaynar ehtirasdan xəbər verirBiz bu kitabda iki min ildən də çox müddət ərzində ədalətli dövlət quruluşu və dövlətin insanla qarşılıqlı münasibətləri haqqında gedən mübahisələrdən qopmuş başlıca ideya¬ları təqdim etməyə çalışmışıq. Antologiyada bəşər tari¬xi¬nin ən böyük simaları demok¬ratiyanın lehinə və əleyhinə səmimi-qəlbdən (mən bu ifadəni təsadüfi və gəli¬şi¬gözəl söz kimi işlətmirəm) fikirlər söyləyirlər. Buradaca həmçinin tarixi inkişafın ayrı-ayrı mərhələlərini, bir növ, tamamlamış və tarixin neçə yüzillik axarını irəlicədən müəyyən etmiş qanunlar, saziş və bəyannamələr də özünə yer tutub. Topluda demokratiyanın ən bö¬yük sirri və onun uğurunun rəhni olan demokratik insan xüsusi yer tutur. Bu in¬san ədalətli, xoşməramlı və fəal insandır; hər şeyə hörmətlə yanaşan, ancaq heç nəyə böyük hörmət bəsləməyən insandır; elə bir insan ki, onun üçün qurub-yaratmaq qələbədən yüksəkdir.
Kitabda təqdim olunmuş demokratiya yalnız maraqlı və idraki mövzu deyil - o, oxucunu həyəcana gətirir; o, hər hansı uydurma dramdan qat-qat dramatikdir. Perikl, Con Milton, polkovnik Reynboro, Tomas Cefferson və Oliver Vendell Holmsun səsində duyulan yüksək gərginlik Şekspir faciələrindəki hisslərdən də güclü və qaynar ehtirasdan xəbər verir.
P.S. Kitabdakı fikirlər müəlliflərin mövqeyini əks etdirir və portal bunlara görə məsuliyyət daşımır...