Qadir Qədirzadə. "Milli-mənəvi dəyərlərimiz: Bayramlar, mərasimlər, adətlər, münasibətlər". Elmi monoqrafiya. Monoqrafıyada milli-mənəvi dəyərlərin tərkib hissəsi olan təqvimlə əlaqəli müəyyən bayram və mərasimlərin tarixiliyi, adət və inamların genezisi araşdırılmış, bir sıra qaranıq məqamlara aydınıq gətirilmişdir. Bunlarla yanaşı ailədaxili münasibətlərdə "yaşınma " adəti, qadına münasibət, uşaqların ənənəvi tərbiyəsində miııi uşaq oyunlarının yeri, müasir məişət münasibətlərimizin tarixiliyi və s. məsələlər tədqiq olunmuşdur. Kitab milli dəyərlərimizi öyrənmək istəyənlər, bu sahədə araşdırma aparanlar və geniş oxucu kütləsi üçün faydalı ola bilər...
"Heydər Əliyev və milli mentalitet fəlsəfəsi". Müəllif: Qoşqar Əliyev. Elmi-kütləvi kitab. Kitabda H.Əliyevin sosial fəlsəfəsinin və xalqın mentalitetinin elmi-metodoloji prinsipləri açıqlanır. Xalqın mentalitetinin qaynaqları, tarixi yaddaş, vətən amalı, azərbaycançılıq ideyası, milli həmrəylik və siyasi mentalitet kimi az tədqiq olunan problemlər şərh olunur.
Kamal Camalov. "İmam Həzrəti Əlinin elm və tərbiyə haqqında fikirləri". Elmi-didaktik ilahiyyat kitabında İslam dünyasının böyük inam sahibi və intellektualının dünyagörüşü araşdırılır...
Vaqif Müşkürvi - ВАКЪИФ МУЬШКУЬРВИ. "Vətənimi abad görmək istərəç..." - "КIАНДА ВАТАН ЯЗ АВАДАН..." Xaçmazda yaşayan tanınmış ləzgiəsilli şairinin iki dildə şeirlər toplusu
Aydın Əlizadə. "Xaçpərəstlik". (Tarix və fəlsəfə: ilk çağlar). Elmi araşdırma. Təqdim olunan kitab xaçpərəstliyin - xristianlığın birinci on əsrini əhatə edən fəlsəfə tarixi mövzusunda azərbaycanca yazılmış ilk əsərdir. Burada xristianlığın yaranması və ink işaf mərhələləri haqqında söhbət açılır. Kitab, ali məktəblərin fəlsəfə, ilahiyyat, kulturologiya və başqa humanitar fakultələrinin tələbələri, fəlsəfə üzrə mütəxəssislər və ümumiyyətlə, dini fəlsəfə ilə maraqlanan, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Şirinbəy Hacıəli oğlu Əliyev. "Şimal-Qərbi Azərbaycan: ingiloylar" (I kitab. Ən qədim zamanlardan XIII əsrin ortalarınadək). Kulturoloji-tədqiqat araşdırması.
İsmayıl Feyzullabəyli, Əvəz Bayramov. İslam. Sosial-iqtisadi münasibətlər. Monoqrafik araşdırmada İslam tarixinə dair elmlərlə bağlı anlayış, hadisə və şəxsiyyətlər müasir şərh və izahlarla oxucuların diqqətinə çatdırılır.
Səadət Fərziyeva. "Azərbaycanın Cənub-Şərq bölgəsinin «Halay» rəqs-mahnıları." Dərs vəsaiti. Ciddi tədqiqatçı əməyinin məhsulu olan bu dərs vəsaitində müəllif Azərbaycanın Cənub bölgəsində yaşayan talışların tarixi, onların mədəniyyəti və ən əsas da musuqi folklorumuzun zənginləşməsində mühüm bir rol oynayan «Halay» rəqs mahnılarından söhbət açır. Müəllif Fərziyeva Səadət İbrahim qızı öz dərs vəsaitində 2007-ci ildə Masallı, Lənkəran, Astara və Lerik rayonları üzrə aparılan tədqiqat işini geniş təsvir edir. Musiqi - ekspedisiyası zamanı toplanan materiallara , öz müşahidələrinə istinad edərək, onların nəinki tarixi baxımından, eləcə də etimologiyasını açıqlamağa çalışmışdır.