A.A.Əlizadə, E.M.Səmədov. "İslam. Tarix, fəlsəfə və hüquq. Ensiklopedik lüğət. Ensiklopedik lüğətdə kəlam, fəlsəfə, hədis, təfsir və digər İslami elmlərə aid anlayış, kateqoriya, hadisə və şəxsiyyətlər müasir şərh və izahlarla oxucuların ixtiyarına verilmişdir.
İldırım Şükürzadə. "Lənkəran ziyarətgahları". Kulturoloji-dini araşdırma. Kitabda Lənkəran rayonunun 63 ziyarətgahı haqqında məlumat verilir. Şam və məşəl yandırılması, qurban kəsilməsi və digər dini ayinlərin icra edilməsi bütün ziyarətgahlara xas olduğu üçün kitabda ziyarətgahlar haqqında ayrı- ayrılıqda məlumat verərkən bu barədə qeydin verilməməsini məqbul hesab etdik.
"Лезги поэзиядин антология". "Ləzgi poeziya antologiyası". Ləzgi şairlərin iki dildə - ləzgicə və azərbaycanca şeirlər toplusu. Antologiyaya orta əsrlərdən üzübəri yazıb-yaratmış ləzgi şairlərinin əsərləri daxildir.
"İmam Əlinin qısa kəlamları". Azərbaycancaya tərcümə və şərhlər: Qazi Hacı Mirəziz Seyidzadə. "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği". Elektron kitab N 06
Şıxbala Elcan. "Qurani-Kərim"in Anlamı. Qafiyəli nəsrlə - Azərbaycan dlində. Ayələrin mənasını təhrif etmədən müqəddəs Qurani-Kərimin müasir Azərbaycan dilində (anlam olaraq) hər kəsin oxuya və dərk edəcək formada qələmə alınan kitab...
"Fransız ədəbiyyatı antologiyası" III cild (XVII - XX əsrlər). Antologiyada klassik və İyirminci əsrin tanınmış Fransa yazıçılarının dəyərli əsərləri Azərbaycan dilində oxuculara çatdırılır.
"Azərboyconi tolışon ədəbiyot". (Talışca) "Azərbaycan talışlarının ədəbiyyatı". Müntəxəbat-antologiya. I cild. (Müəlliflər: A.A.Bayrami, M.Q.Əliyev, X.Ş.Ağayev, M.S.Əhədov) Kitabın 3 cilddən olması nəzərdə tutulur. Hazırki I cild 3 fəsildən ibarətdir. İ fəsilə talış folkloru və ona aid miniantologiya, II fəsilə XX əsr talış ədəbiyyatı, III fəsilə müasir talış ədəbiyyatı, talış ədibləri ilə müsahibələr, onların yaradıcılıqlarına aid təhlillər, məqalələr və əsərlərindən nümunələr daxil edilmişdir. Kitabda 4 müəllifin- A. A. Bayraminin, M. Q. Əliyevin, X. Ş. Ağayevin, M. S. Əhədovun 25 talış ədibinin həyat və yaradıcılığı haqqında talış dilində yazdıqları 37 məqalə, 4 esse və 2 müsahibə yer almışdır. Növbəti cildlərdə həm də digər müəlliflərin talış ədəbiyyatına aid araşdırmaları toplanacaqdır.
Yeni Yazarlar və Sənətçilər Qurumu QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliğinə başdı: geniş açıqlama... Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini bu günlərdə həyata keçirməyə başlayıb. Bununla əlaqədar YYSQ KİV üçün aşağıdakı məzmunda geniş açıqlama verir.
"Yeni Tatar şeri antologiyası". (YAÑA TATAR ŞİĞERE ANTOLOGİYӘSE - ЯҢА ТАТАР ШИГЫРЕ АНТОЛОГИЯСЕ). Tatarıstan Yazıçılar Birliyinin təqdim etdiyi materiallar, o cümlədən “Антология новой татарской поэзии” (“Oktyabr”, Moskva-2015) kitabında yer alan mətnlər, habelə bir qismi gənc tatar şairlərinin şeir kitabları yaxud onlar tərəfindən biləvasitə göndərilən şeirlər əsasında hazırlanıb. Mətnlər, əsasən ruscadan, müəyyən bir qismi isə orjinaldan (tatarcadan) çevrilib