"Yerfi töhfələri". Toplayanı və hazırlayanı: Tahir Həsənli. Kitabda multikultural mühitdə yaşayan Şimal bölgəmizin Yerfi kəndinin folklor nümunələri yer alıb.
Ceyhun Məmmədov. "Ağlayan buludlar". Gənc yazardan ilk ədəbi axtarışların məhsulu. Çoxsaylı qramatik və leksis, eləcə də dil xətalarına baxmayaraq, öz redaktəsində dərc edilən bu kitabda azad fikr havası var. Kitab iki şəhərə ayrılır. Hekayələr və şeirlər şəhəri. Hər iki şəhərə daxil olarkən, özünüzlə çətir götürməyin. Çünki üzərinizə yağacaq kəlimələri hiss etməyə çalışın. Şüurunuzun ən dərin qatlarına enəcək, cümlələr. Qorxmayın, bu sizin xeyirinizədir. Daha dərin düşünmək və özünüzü dərk etmək diləyi ilə.
"Qafqaz xalqlarının milli geyimləri". Rəssam-litoqraf K.P.Beqqrovun yaradıcılığında. (Hazırlayanı: Emil Kərimov). "Национальный костюм народов Кавказа". В творчестве художника-литографа К.П.Беггрова. ( Эмиль Керимов), (Rusca). Kitab aztanınan alman mənşəli rəssam-litoqraf Karl Petroviç Beqqrovun (1799-1875) yaradıcılığına həsr olunmuşdur. Onun Qafqazda, o cümlədən Azərbaycanda yaşamış xalqların milli geyimlərini əks etdirən, 1822-ci ildə Sankt-Peterburqda çap olunmuş 30 rəngli rəsmdən ibarət albomunun oxuculara təqdim olunan bu reprint nəşri XIX əsrin əvvəllərində həmin xalqların məişəti və mədəniyyəti haqqında əyani təsəvvür yaradır və böyük etnoqrafik maraq kəsb edir.
Эмиль Керимов, Парвин Аханчи. "Огнепоклонство". Emil Kərimov, Pərvin Ahənçi. "Atəşpərəstlik". Emil Kerimov, Parvin Ahanchi. "Fire-worshiping" İn the Context of Zoroastrianism and Hinduism. Araşdırma. (Rus dilində). Kitab tarixi-etnoqrafik metod əsasında qədim dini-fəlsəfi etiqadlara-atəşpərəstliyə və zərdüştlüyə həsr olunmuşdur. Əsərdə Hindistan, İran və Azərbaycanda geniş yayılmış bu ayinlər işıqlandırılır. Hər üç ölkənin etnomədəni əlaqələrində oxşar və fərqli cəhətlərin formalaşmasında zərdüştlüyün və hinduizmin aparıcı rol oynaması xüsusilə qeyd olunur.
"Həkimlərin söz dünyası". Antologiya. Hazırlayanı: Əfrahim Hüseynli. Həkim-yazarların ilk poetik toplusu, I kitabı Azərbaycan ədəbiyyatına əvəzolunmaz bir töhfədir. Tərtibatçısı və redaktoru tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Hüseynli olan bu kitab Azərbaycan ədəbiyyatına gözəl bir töhfədir.
YYSQ-nin "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-innovativ layihəsi uğurla həyata keçirildi...
Siracəddin Hacı. «Hz.Nizаmi Gəncəvinin yаrаdıcılığındа peyğəmbərlik аnlаyışı və hz.Məhəmməd (s.а.s.)». II kitab: "Nizаmi Gəncəvinin «Sirlər хəzinəsi» dаstаnındа həzrət Məhəmməd ilə bаğlı üçüncü və dördüncü nətin şərh". Monoqrafik araşdırma.
"Şeir çələngi". Türk Dünyası (yeni nəsil) şeir antologiyası. III cilddə. II cild Dünya Gənc Türk Yazarlar Birliyinin nəşri. Topludakı poetik nümunələr türksoylu xalqların yeni ədəbi imzaları tanıtmaq baxımından dəyərli nəşr sayıla bilər.
"Qəlbdəki və qələmdəki Qarabağ". DGTYB. nəşri. Gənc alim və yazarların toplusu. "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" Elektron kitab N 30 (96 - 2016)