Peter Leniy. "Mədəniyyət mərkəzlərinin layihələndirilməsi". Araşdırma, azərbaycanca tərcümə. Kitabın müəllifi Peter Leniy (Peter Lényi) öz araşdırmalarına 2011-ci ildə Budapeştdə başlayıb və həmin andan etibarən 123 mədəni mərkəzin yaradılması haqqında məlumat toplayıb. Kitabdakı məqalələr yerli sakinlərin yararlana biləcəyi bu cür yerlərin təmiri və yenilənməsi ilə bağlı çətinliklərə, habelə onların üstünlüklərinə həsr olunub. Kitabda həm memarlar, həm də digər mütəxəssislər üçün faydalı olacaq müsahibələr, rəsmlər və diaqramlar yer alır.
Elvin Talışinski. "Müasir informasiya savaşı və Azərbaycan". Elmi araşdırma (rusca). Эльвин Талышинский. "Современные информационные войны и Азербайджан".
"Çağdaş Azərbaycan realist, modern, postmodern, şəbəkə ədəbi cərəyanına aid imza sahiblərinin ədəbi söhbətləri, yazıları". I - II - III cildlər. E-antologiya. "Ən yeni Azərbaycan tənqidi-filoloji materiallar" (üç cilddə) e-antologiyasında son illər müxtəlif nəsil Azərbaycan araşdırmaçıları tərəfindən qələmə alınan humanitar-kulturoloji düşüncə məhsullarıyer alıb. Azərbaycan ədəbi-tənqidi, filoloji-estetik düşüncə texnologiyasına, müxtəlif sənət - bədii-fəlsəfi cərəyanına aid tanınmış imza sahiblərinin yazıları...
Çağdaş Azərbaycan realist, modern, postmodern, şəbəkə essesi, publisitikası, elmi-filoloji düşüncəsi. I – II – II cilddə. E-antologiyada son illər müxtəlif nəsil Azərbaycan araşdırmaçıları tərəfindən qələmə alınan dünya humanitar-kulturoloji düşüncəsinin ən çox mübahisəli probleminə - modernizm və postmodernizm məsələlərinə həsr edilib.
Çağdaş Azərbaycan realist, lirik, modern, postmodern, şəbəkə dramaturgiyası: Pyeslər və kinossenarilər. E-antologiya. Son illər müxtəlif nəsil yazarlar tərəfindən qələmə alınan və səhnələşdirilən dram əsərləri, kinossenarilər toplanıb.
Çağdaş Azərbaycan realist, lirik, modern, postmodern, şəbəkə bədii nəsri: Romanlar və povestlər. E-antologiya. Milli ədəbiyyatımızın tanınmış nümayəndələrinin əsərlərindən ibarət elektron toplu.
"Bölgələrdən səslər". Azərbaycanın çağdaş ədəbiyyat toplusu. Azərbaycan Respublikasının bölgələrində yaşayan gənc yazarların şeir, hekayə və esselərindən ibarət toplu...
"Gənclər üçün "Multikulturalizm" virtual-kreativ innovasiyalar akademiyası. Yeni Yazarlar və Sənətçilər Qurumu ( #YYSQ ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi bir hissəsini maliyyələşdirdiyi kulturoloji layihəsinin icrasına başladı.
Ədəbi-estetik cərəyanlar. “Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı” - #YYSQ-nin kulturoloji-bədii layihəsi haqqında geniş məlumatlar.Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, Şura tərəfindən bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun - http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı” kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.