Yeganə. "Adamlar". Şeirlər toplusu. Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirləri, məqalələri və ədəbi təhlilləri toplanmışdır. Üç fəsildən ibarət olan kitabın birinci fəslində ictimai-siyasi şeirlər və məqalələr, ikinci fəslində isə lirik şeirlər və ədəbi təhlillər yer almışdır.
Иоанн де Галонифонтибус. "Сведения о народах Кавказа" (1404 г.) İoann de Helonifontibus. "Qafqaz xalqaları barədə məlumatlar" (1404). (Rus dilində). Tarixi-etnoqrafiq əsər.
Айдын Али-заде. "Ислам энциклопедический словарь". Aydın Əlizadə. "İslam ensiklopedik lüğət". (Rus dilində). Предлагаемый вниманию читателей энциклопедический словарь является первым пособием на русском языке, в котором была сделана попытка разъяснения большинства основных понятий и терминов, которые используются в исламской традиции. Кроме того, в данном труде содержится достаточно подробная информация о различных правовых и вероучи- тельных школах в Исламе, основах исламского вероучения, доктрине единобожия, содержится большой материал по различным мусульманским сектам.
Rimma Hacımuradova. "Gözəldir kəndimmin məxmər səhəri..." Poetik toplu. Римма Гьажимурадова. "Иер я зи чуьруьн махпур экуьнар..." Ləzgi şairinin Azərbaycan, ləzgi və rus - üç dildə şeirlər toplusu
Verner fon Simens. "Qafqaz səyahətləri". Tarixi-kulturoloji memuar. Almancadan tərcümənin və "Azərbaycan dilinə tərcüməyə giriş"in müəllifı Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi əməkdaşı, sosial elmlər doktoru Azər Babayevdir.
Şəlalə Məhyəddinqızı. "Qəbələ - Qafqazın incisi". Kulturoloji araşdırma. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabdan hər kəs Qəbələnin əsrarəngiz həyatı ilə bağlı məlumat ala bilər.
Fəthi əl-Məlkavi. "İslam metodologiyası". Dini, elmi-kütləvi. Bu tədqiqatda "İslam metodologiyası" məfhumunun mənasının müəyyənləşdirilməsinə cəhd göstərilir. Bu zaman isə tədqiqatçının düşüncəsini islami məqsədlərdə təmərküzləşdirən, onu müasir elm sahələrindəki hakim Qərb metodologiyasından qalın xətlərlə fərqlənən baxış tərzinin dəyər və prinsipləri sistemində himayə edən təfəkkürün qayda-qanunları əsas götürülür.
A. Q. Balşakov, M.Y. Nesmelova. "Təşkilatların konfiliktologiyası" (rus dilindən tərcümə). Kulturoloji araşdırma. Kitabda eləcə də müxtəlif mədəniyyətlərin daşıyıcıları olanların arasındakı müxtəlif səbəbli münaqişələr araşdırılır və multikultural düşüncələrdə bunun tətbiqi formaları öyrənilir...
Simon Beckett. "Ölülerin fışıltısı". Saymon Bekket. "Ölülərin fışıltısı". Detektiv roman. Türk dilində. Çevirmen: Nur Küçük... DÜNYANIN ƏN ÇOX OXUNAN KİTABLARINDAN BİRİ...