Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

YYSQ-nin "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-innovativ layihəsi uğurla həyata keçirildi...

Müəllif:

Bələdçi


Kateqoriya:

Dini tolerantlığın innovativ təbliği: QHT Şurası layihəsi



Qısa Təsvir:

YYSQ-nin "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-innovativ layihəsi uğurla həyata keçirildi...


Baxış sayı: 1384
    
    


www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın təqdimatında


"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği". Elektron kitab N 18 (105- 2016)


Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği"  kulturoloji-intellektual layihəsi çərçivəsində http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirib 


Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/


Yeni Yazarlar və Sənətçilər Qurumu: http://www.yysq.org 


Press-reliz 


Layihənin yekunlaşması haqqında  məlumatları


Yeni Yazarlar və Sənətçilər Qurumu QHT-lərə Dövlət Dəstəyi Şurasının xəttilə sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliğinə başdı: geniş açıqlama.

Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini bu günlərdə həyata keçirdi. Layihə çərçivəsində mövzuyla bağlı dünya və Azərbaycan müəlliflərinin  17 elektron kitabı nəşrə hazırlanaraq kitabxana.net portalında yayımlanır. Televiziya və radio proqramlar. tanıtım və təbliğat tədbirləri, dini ocaqlarda görüşlər, uşaq, yeniyetmə və gənclər arasında görüşlər, kitabxanalarda sərgi və məclislərin təşkili, portal və saytlarda materiallar, sosial şəbəkələrdə xüsusi materialların yerləşdirilməsi və yayımını əhatə edən beş aylıq layihə dini maarifçilik baxımından xüsusi əhəmiyyətə malikdir. Bununla əlaqədar YYSQ KİV üçün aşağıdakı məzmunda geniş açıqlama verir...


YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bakı - 2016

Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq


 "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği"  kulturoloji-intellektual layihə silsiləsindən olan e-kitablarla buradan tanış olun:  


 http://kitabxana.net/?oper=e_kitabxana&cat=175

 

"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-intellektual layihənin rəsmi Feysbuk səhifəsi: 

https://www.facebook.com/groups/yenikreativ/


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.



PRESS-RELİZ

 

Sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliğinə başlandı

 

Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ  “İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə” bölümü üzrə, “Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə” istiqamətində “Mədəniyyətlərin sığındığı etiqad:  sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği” layihəsini bu günlərdə həyata keçirməyə başlayıb. Bununla əlaqədar YYSQ KİV üçün aşağıdakı məzmunda geniş açıqlama verir.

XXI əsrdə fərqli dinibaxışlı, müxtəlif mədəniyyət və inanclara mənsub insanların, xüsusən də uşaqlar, yeniyetmələr, gənclərin daha çox yararlandığı, xaricdə yaşayan yaşıdlarıyla ünsiyyət qurduqları İnternet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda  İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında   həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyyətlərin dəstəklənməsi, İslam Oyunları ərəfəsində ölkəmizin dini tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanıdılmasına yardımçı olmaq fikrindəyik.

Milli İnternet resurslarında, elektron kitabxana və sosial şəbəkələrdə din və inam sahələri barədə həqiqətləri əks etdirən, dünyanın tanınmış qələm sahibləri – yazıçı və alimlərin, publisist və siyasətçilərin, araşdırmaçı və blogerlərin ənənəvi dinlərə aid müxtəlif aparıcı dillərdə işıq üzü görmüş kitablarının elektron variantları çox azdır. Parəkəndə halda İnternetdə yerləşdirilən, yaxud elektron – rəqəmsal halda az olan bu cür intellektual-kulturoloji, ictimai-dini, tarixi-kreativ materialların toplanaraq bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkələrdə dinin bir sivilizasiya texnologiyası, inanc tarixi, insanları birləşdirən ruhi-ilahi dəyərlər toplusu kimi təbliğ olunmasına böyük ehtiyac var.

Ölkədə keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli disapora mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında Azərbaycanın dini tolerantlıq mərkəzi, müxtəlif sivilizasiyasların dinc mövcud olduğu məkan kimi tanıdılması ilə bağlı dəyərli kitablara, elektron nəşrlərə böyük ehtiyac hiss edilir. Azərbaycanlı nümayəndə heyəti qlobal tədbirlərdə intellektual-elmi mənbələrə müraciət etmək, xaricilərin öz qələmindən çıxan elmi araşdırmalarla əcnəbi mütəxəssislərinə, düna ictimaiyyətə, KİV nümayəndələrinə informasiya yarışmasında cavab verməkdən ötrü samballı elektron nəşrlərin müxtəlif dillərdə şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə dünya ictimaiyyətinə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə böyük tələbat var.  Ənənənəvi dini bilgilərlə bağlı elmi-intellektual nəşrlərin azlığını aradan qaldırmaq üçün dünyanın və Azərbaycanın tanınmış ilahiyyatçıları, alimləri və yazarlarının əsərlərindən ibarət elektron kitabxananın hazırlanması həm də yuxarıda sadalanan istiqamətdəki boşluqları qismən də olsa doldurmağa yönəlib.

Son illərdəki din pərdəsi altında Şərqdə baş verən müxtəlif təxribatlara qaşı intellektual-innovativ mübarizə aparmaqdan, həmçinin, dünyada baş qaldıran İslamafobiyaya cavab verməkdən ötrü İnternetdə yerli və xarici müəlliflərin dəyərli əsərləri barədə geniş məlumatların yayılması, dini mövzuda elmi əsərlər və məqalələrdən ibarət e- topluların rəqəmsal nəşrə hazırlanması və elektron kitabxanada, sosial şəbəkələrdə yayımını təşkil etmək, sosial şəbəkələrdə bu istiqamətdə fəaliyyəti gücləndirmək vacibdir ki, vətəndaşlarımız, o cümlədən gənclərimiz xaricdən gələn ziyanlı təsirlərə düşməsin, müxtəlif təriqətlərə maraq göstərməsinlər. Dünyanın aparıcı dinlərinin oxşar cəhətlərini qabartmaqla dinlərin sivilizasiyalararası vasitə kimi təbliği üçün İnternet resurslarının və sosial şəbəkələrin rolu çox böyükdür. Bu layihə sözügedən sahədə boşluqları doldurmaq məqsədi ilə həyata keçirilməsi planlaşdırılır. Dünyanın müxtəlif ölkələrində yaşayan müəlliflərin aparıcı dillərdə hazırlanacaq e-nəşrləri, elektron kitablari və elektron mini-kitabxana resursunu İnternetdə yerləşdirilməklə, eləcə də sosial şəbəkələrdə bu barədə geniş məlumatlar yaymaqla zəngin dini-elmi, ədəbi-mədəni dəyərlərimizin ölkədaxili və dünyada tanıdılmasına, virtual təbliğinə xidmət etməyi nəzərdə tutmuşuq.

Bu intellektual-innovativ layihənin əsas məqsədi respublikamızın və dünyanın tanınmış qələm sahibləri – ilahyyatçıları, din xadimləri, ruhaniləri, teoloqları, ictimai-mədəni xadimləri, yazıçı və alimlərin, publisist və siyasətçilərin, araşdırmaçı və blogerlərin müxtəlif dillərdə işıq üzü görmüş, İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında   həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyyətlərin dəstəklənməsidir. Din və tolerantlıq mövzusuna həsr olunmuş əsərlərinin, kitablarının elektron variantları hazırlayıb İnternetdə - elektron kitabxanadakı xüsusi resursda yerləşdirmək, mini-elektron kitabxana bölümünü yaratmaq, sosial şəbəkələrdə təbliğ etmək üçün fəaliyyətlərin həyata keçirməkdən əsas məqsəd insanlarda dinin müxtəlif millətləri, inanc sahiblərini ayırmaq deyil, birləşdirici tərəflərini, dözümlülük cəhətlərini təbliğ etməkdir. İnternetdə, yaxud elektron – rəqəmsal halda sayı məhdud olan bu cür intellektual-kulturoloji, ictimai-siyasi, tarixi-kreativ materialların toplanması, bəzilərini tərcümə edərək rəqəmsal formada nəşrə hazırlanması, bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkələrdə təbliğ olunması əsas vəzifələrdən biridir.

 Ölkədə keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli diaspor mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında din, İslam elmləri, müsəlman mədəniyyəti, inam və sivilizasiyalar tarixinə aid, ölkəmizdəki dini dözümlülük həqiqətlərilə bağlı dəyərli kitablara böyük ehtiyac hiss olunsa da, kağız formada onları tapmaq müşkül olduğundan, eyni zamanda yeni İKT və innovativ təqdimatlara ehtiyac duyulduğundan, elektoron kitablar, multimedik imkanlar, yeni İnternet və kompyüter texnikası alətləri, kreativ informasiya-intellektual məhsullar yaratmağı planlaşdırılır. Azərbaycanlı nümayəndə heyəti qlobal tədbirlərdə intellektual-elmi mənbələrə müraciət etmək, xaricilərin öz qələmindən çıxan elmi araşdırmalarla əcnəbi mütəxəssislərinə, düna ictimaiyyətə, KİV nümayəndələrinə informasiya savaşında cavab verməkdən ötrü samballı elektron nəşrlərin müxtəlif dillərdə şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə onların dünya ictimaiyyətinə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə yardım göstərməyə çalışılacaq. İnternet, eləcə də yaratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşırmalar zamanı, eləcə də www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxanaya gələn sorğular göstərir ki, oxucularımız, xüsusən də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər, eləcə də elmi-mədəni, ədəbi-estetik, dini fikrin qabaqcıl nümayəndələri müzakirələr, debatlar, dinləmələr zamanı elmi müqayisələr aparmaq üçün lazımi ədəbiyyatlar əllərində olmur. Bu zaman isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablara tələbat duyurlar. Eləcə də oxucular, xarici tədqiqatçılar sosial şəbəkələr, İnternet resursları vasitəsilə baş verən dini-tarixi, kulturoloji proseslərin arxasındakı intellektual-kreativ cərəyanların durduğunu yaxından izləyə bilərlər. Kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün kreativ-innovativ, virtual-kulturoloji e-resurslara böyük ehtiyac var, dünyanın aparıcı ölkələrində bu formata çoxdan keçiblər.

Layihəmiz Azərbaycan vətəndaşları və xaricdə yaşayan soydaşlarımız, din mövzusundan yazan yerli və  xarici müəlliflər, alimlər, ədəbiyyatçılar, gənclər, tələbələr, İnternet istifadəçiləri, tərcüməçilər, kitabxanaçılar, siyasətşünaslar, münaqişəşünaslar, QHT-çilər, filoloqlar, estetlər, tədqiqatçılar, blogerlər, diaspor nümayəndələr, ölkəmizin xaricdəki səfirlik əməkdaşları, diaspor ictimaiyyətimiz, jurnalistlər, İKT və nəşriyyat işçiləri, təşkilatımızın üzvlərinə ünvanlanıb.

 

Azərbaycada, Bakı şəhərində, eləcə də yazılı və elektron KİV, İnternet və sosial şəbəkələr, elektron kitabxanalar vasitəsilə həyata keçiriləcək layihəmizdə aşağıdakı işlər həyata keçiriləcək:

1. Könüllülərin seçilməsi, texniki-yaradıcılıq problemlərin həlli, peşəkar mütəxəssis, müəlliflərlə əlaqələrin yaradılması.

2. Respublikamızın və dünyanın tanınmış ilahyyatçılarının, ictimai-mədəni xadimlərinin, yazıçılarının, araşdırmaçılarının və blogerlərinin yazdıqları, dünyanın aparıcı ənənəvi dinləri haqqında kitablarının seçilməsi, redaktə, tərcümə və e-nəşrə hazırlanması, həmçinin bu sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyyətlər.

3. Dini tolerantlıq mövzusundakı kitablarının elektron variantlarının İnternetdə - xüsusi  elektron resursda yerləşdirilməsi, insanlarda dinin müxtəlif millətləri, inanc sahiblərini ayırmaq deyil, birləşdirici tərəflərini, dözümlülük cəhətlərini təbliğ etmək. Bu cür intellektual-kulturoloji, ictimai-siyasi, tarixi-kreativ materialların toplanması, bəzilərini tərcüməsi, rəqəmsal formada nəşrə hazırlanması, e-kitab sərgisinin təşkil olunması.

4. E-kitabxanadakı xüsusi resursun, yeni bölümünü yaradılması. E-kitablar aşağıdakı dillərdə olacaq: Azərbaycan, rus, ingilis, türk və b. Hazırlanan materialların  İnternetdə yerləşdirilməsi üçün kitabxana.net portalının və milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi.

5. E-kitabların virtual sərgisinin təşkili: sosial şəbəkələrdə, o cümlədən Feysbukda ayrıca bir səhifədə layihədə görülən işlərin tanıtımı və təbliğini keçirmək. Sosial şəbəkələrdə tolerantlıqla bağlı e-kitabların təbliği üçün müxtəlif fəaliyyətlərin qurulması. Yeni resursun, silsilə e-kitabların hazırlanması, İnternetdə yerləşdirilməsi, sosial şəbəkələrdə təbliği və genişləndirilməsinin davamı.

6. İctimaiyyət, gənclər və tələbələr arasında, müxtəlif qurumlarda real tanıtım tədbirlərinin təşkili. E-nəşrlərin şəbəkə təqdimatını davam etdirilməsi, sosial şəbəkələrdə ardıcıl real və virtual tanıtım mərasimlərini aparılması.

7. KİV-də, TV və radiolarda, İnternetdə təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-kitabların yayılması üçün kreativ-innovativ fəaliyyətlərin qurulması.

8. Layihənin sonrakı mərhələsinin hazırlanması, monitorinqini və nəticələrini qiymətləndirilməsi.

Beşaylıq bu layihənin icrası zamanı respublikamızda yaşayan, eləcə də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər, eləcə də dini-ictimai, elmi-mədəni, ədəbi-estetik fikrinin qabaqcıl nümayəndələri müzakirələr, debatlar, dinləmələr – elmi-mənəvi müqayisələr zamanı lazımi nəticələr, tarixi-elmi mənbələr, intellektual vəsaitlər, həmçinin yerli və xarici müəlliflərin kitabları hazır formada, hər vaxt onlayn və oflayn halda, bir İnternet  şəbəkə resursunda, müraciət edilməsi mümkün olan variantda hazırlanacaq. Müxtlif tədbirlərdə iştirak edən soydaşlarımız, diaspor nümayəndələri, səfirlik əməkdaşları, eləcə də  nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 55 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablar formasında kreativ silahla təmin olunacaqlar. Dindarlar, gənclər, yeniyetmələr, sosial şəbəkə istifadəçiləri, oxucular, xarici tədqiqatçılar sosial şəbəkələr, İnternet resursları vasitəsilə ölkəmizdəki dini tolerantlığı, sivilizasiyaların yanaşı yaşadığı məkanda baş verən tarixi-ictimai, mədəni-dini, kulturoloji-sosial proseslərin arxasındakı intellektual-kreativ cərəyanların durduğunu yaxından izləyə bilərlər. Kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün dünya dinləri ilə bağlı intellektual-innovativ, virtual-kulturoloji e-resurs yaranacaq, dünyanın aparıcı ölkələrində qəbul olunmuş formatda milli elektron-intellektual resurslarımız zənginləşəcək, din sahəsi və elmləri üzrə yeni elektron kitablar hazırlanaraq istifadəçilərə təqdim olunacaq.

Respublikamızın və dünyanın tanınmış qələm sahibləri – ilahiyyatçıları, din xadimləri, ruhaniləri, teoloqları, ictimai-mədəni xadimləri, yazıçı və alimlərin, publisist və siyasətçilərin, araşdırmaçı və blogerlərin müxtəlif dillərdə işıq üzü görmüş, İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanacaq, virtual resurslarda yerləşdiriləcək, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılacaq, virtual təqdimatları, e-sərgilərini təşkil ediləcək, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyyətlər dəstəklənəcək. Elektron kitablar aşağıdakı dillərdə olacaq: Azərbaycanca, ingiliscə,rusca, türkcə və başqa.

Din və tolerantlıq mövzusuna həsr olunmuş əsərlərinin, kitablarının elektron variantları hazırlayıb İnternetdə - elektron kitabxanadakı xüsusi resursda yerləşdirməkdə, mini-elektron kitabxana bölümünü yaratmaqda, sosial şəbəkələrdə təbliğ etmək üçün fəaliyyətlərin həyata keçirməkdən əsas məqsəd insanlarda dinin müxtəlif millətləri, inanc sahiblərini ayırmaq deyil, birləşdirici tərəflərini, dözümlülük cəhətlərini təbliğ etmək mümkün olacaq. İnternetdə, yaxud elektron – rəqəmsal halda sayı məhdud olan bu cür intellektual-kulturoloji, ictimai-siyasi, tarixi-kreativ materialların toplanması, bəzilərini tərcümə edərək rəqəmsal formada nəşrə hazırlanması, bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkələrdə təbliğ olunması sağlam dini bilgilərin yeni nəsil arasında yayılmasına səbəb olacaq.

İnternetdə - elektron kitabxanadakı xüsusi resursun - mini-elektron kitabxana bölümünü yaradılacaq, hazırlanan materialların  İnternet resursunda yerləşdirilməsi üçün ayrıca ədəbiyyat - intellektual resursunun – kitabxana.net portalının, milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi davamlı olaraq aparılacaq, müəllifləri bu işə həvəsləndirəcəyik.

Mütəmadi olaraq İnternetdə, elektron kitabxanada, real tədbirlərdə sosial şəbəkələrdə, KİV-də, e-kitabların virtual sərgisi təşkil olunacaq. Populyar sosial şəbəkələrdə, o cümlədən Feysbukda ayrıca bir səhifədə layihədə görülən işlərin tanıtımı və təbliği ardıcıl aparılacaq.

Müxtəlif dillərdə yazan müəlliflərin əsərlərindən ibarət yeni resursun – elektron mini-kitabxananın hazırlanması, İnternetdə yerləşdirilməsi, virtual tanıtımı, sosial şəbəkələrdə təbliği və genişləndirməklə dini kəsimin intellektual səviyyəsini qaldırılmasına səy göstəriləcək.

İctimaiyyətin nümayəndələri, gənclər və universitet tələbələri, müxtəlif qurumlarda real tanıtımı, yaradılacaq elektron mini-kitabxananın və başqa elektron nəşrlərin şəbəkə e-təqdimat mərasiminin təşkili, KİV, İnternet və sosial şəbəkələrdə layihənin davamlı real və virtual təbliği, elektron tanıtımına xüsusi önəm verəcəyik.

Yazılı və elektron KİV-də, TV və radiolarda, İnternet saytlarında təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-nəşrə hazırlanan, e-kitabxanada yerləşdirilən  rəqəmsal kitabların təbliğ etmək üçün fəaliyyətlər qurulacaq.

Layihə yerli və əcnəbi müəlliflərin dinə və ilahiyyat elmlərinə aid maraqlı, dəyərli nümunələrini elektron formatda nəşrə hazırlanmasına, onları İnternetdəki milli resurslarda yerləşdirməsinə, gənclərə kreativ-estetik dəyərləri aşılamasına, virtual-kulturoloji - sosial şəbəkələrüstü e-kulturoloji təbliğatı təşkil etməklə ictimai fəallıq göstərən şəxslərin kreativ biliklərini artırılmasına, müxtəlif intellektual-dini, milli-mənəvi, ədəbi-publisitik, elmi mövzulara aid alim, tədqiqatçı, bloger, yazıçı və şairlərin fərqli əsərlərindən ibarət e-kitabların hazırlanmasına, bu rəqəmsal nəşrlərin İnternetdə sərgisinin və tanıtımının təşkilinə, yeni nəslin milli-məəvi dəyərlərə sevginin formalaşmasına, eləcə də müxtəlif ali təhsil ocaqlarında, başqa yerlərdə, kitabxanalarda real-virtual görüşlər vasitəsilə  dini-mənəvi, əxlaqi-vətənpərvərlik dəyərlərinin təbliğinə yönəldilib.

Layihə bu sahədəki boşluqları doldurmaqla, eyni zamanda gənclər üçün müasir Azərbaycan və dünya ədəbiyyatı sahəsində mini-kitabxana, sosial şəbəkələrdə isə e-kitabların davamlı şəbəkə sərgisi təşkil etməyi qarşısına məqsəd qoyur. İnternet və sosial şəbəkələrüstü intellektual-innovativ, virtual-kulturoloji fəaliyyət isə yerli və əcnəbi müəlliflərin qələm təcrübələrinin bölüşməsinə, muasir dünya estetik-kulturoloji düşüncə texnolojiyalarını öyrənməsinə təkan verəcək. İnformasiya əsrində gənclərimiz xarici həmkarları ilə şəbəkələşərək həm öyrənir, həm də öyrədirlər, istedadlarını inkişaf etdirirlər. Layihə nəticəsində yeni nəsil kreativlər layihəsonrakı bilgilərini oxucular arasında yaymaqla, ümumən cəmiyyətimizdə yüksək dəyərlərin təbliğinə xidmət etmiş olurlar.

Layihə dinlərə aid yazan alim, tədqiqatçı, yazıçı, bloger və şairlərin yaradıcılığının geniş virtual ictimaiyyət, eləcə də soydaşlarımız arasında tanıdılması, ölkə daxilində və xaricdə real və virtual təbliği, Azərbaycan oxucusunun, xüsusən də onun ən yeni nəslinin təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, elektron kitabxanadan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, sosial şəbəkələrdən, İnternet resurslarından istifadənin səmərəliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq.

 Müxtəlif dillərdə ölkəmizin tolerantlıq mühitinə aid fərqli-sanballı elmi-tarixi ədəbiyyatların zənginləşməsi, innovativ texnologiyalar vasitəsilə təbliği, yayılması, gənc nəsil nümayəndələri üçün nəzərdə tutulmuş elektron resurslarını zənginləşdirilməsinə təkan verəcək, azərbaycandilli İnternet resurslarının genişləndirilməsinə səbəb olaçaq. Dünyada yaşayan azərbaycanlıların, xüsusən də gənclərin sosial ünsiyyətinə təkan verəcək, soydaşlarımızın elektron ünsiyyətini möhkəmləndirəcək, yeni elektron mütaliə, həmçinin elektron yazı mədəniyyəti formalaşdıracaq, təzə elektron nəşrlər, e-kitablar və resurslar hazırlanacaq: bir sözlə, estetik-kulturoloji düşüncəmizin fərqli qatlarını ortaya qoyacaq, həm onların bir-birinə, həm də geniş oхucu kütləsinə tanıdacaq. Bu istiqamətdə həm e-kitab, həm elektron nəşrlər, həm də şəbəkə resursu, eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsilə davamlı işlər görüləcək. Eyni zamanda bu layihə ölkəmizdə və dünyanın hər yerində yaşayan, müxtəlif xalqların nümayəndələrindən ibarət azərbaycanlı oxucuları  kreativ-ədəbiyyat resursu ətrafında birləşməyə dəvət edəcəkdir.

İnternet, eləcə də yaratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşırmalar zamanı, eləcə də www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxanaya gələn sorğular göstərir ki, oxucularımız, xüsusən də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər  eləcə də elmi-mədəni, ədəbi-estetik fikrinin qabaqcıl nümunələrini müqayisə edə bilmir, lazımi nəticələr əldə olunmur.  Bu tanışlıq zamanı nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 55 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdüd kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablar formasında tələbat duyurlar. Layihə qismən də olsa bu sahədəki boşluqları doldurmağa yönəlib.

 

 

Yeni Yazarlar və Sənətçilər Qurumu Analitik İnformasiya Bölümü