"Tat ədəbiyyatı antologiyası". Azərbaycan və tat dilində. bu yeni elektron antologiyada əsasən tat dilində yazıb yaradan müəlliflərin əsərlərinə, eləcə də tat xalq ədəbiyyatına – folklor, poeziya və adət-ənənələrinə aid ədəbi nümunələr, araşdırma yazı daxildir.
"Azərbaycan Respublikasında turizm sektorunun rəqabət-qabiliyyətliliyinin yüksəldilməsi problemləri". Tədqiqat. Təqdim olunan tədqiqat işində Azərbaycanın turizm sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi problemi araşdırılmışdır. Əksər statistik məlumatlar 2003-cü ildən sonrakı dövrü, turizm rəqabətqabiliyyətliliyi indeksi isə son üç ilin məlumatlarını əhatə edir.
Rüfət Kasumov. "Beynəlxalq turizm bazarı". Monoqrafiya. “Mədəni turizmin inkişafında intellektual təşəbbüslərin dəstəklənməsi” kreativ layihə çərçivəsində yayımlanan bu monoqrafiyada beynəlxalq turizm bazarı araşdırılır.
"Turizm bazarı". Araşdırma. Kitabda dünyada turizm xidmət sahələrinin bazarı, onun istiqamətləri, dünya miqyasında lider mövqelərdə durman turist ölkələrinin bu sahələri tədqiq edilir.
Feyzə Əlimuradova. "Turizmin inkişafının əsas istiqamətləri". Dissertasiya. Kitabda qloballasan dünyada inteqrasiya siyasətini prioritet seçmis Azərbaycan Respulikası digər sahələrdə oldugu kimi turizm xidmət sahəsində də dünya miqyasında lider mövqelərdə durmagı hədəf qəbul etməsindən bəhs edilir.
S.A.Məmmədov, H.B.Sultanova, S.H.Rəhimov. "Beynəlxalq turizmin coğrafiyası". Dərslik vəsaiti. Dərslik Azərbaycan Respublikası Turizm Nazirliyi tərəfindən ali məktəblərin uyğun ixtisas üzrə tələbələri üçün tövsiyyə olunub.
Peter Leniy. "Mədəniyyət mərkəzlərinin layihələndirilməsi". Araşdırma, azərbaycanca tərcümə. Kitabın müəllifi Peter Leniy (Peter Lényi) öz araşdırmalarına 2011-ci ildə Budapeştdə başlayıb və həmin andan etibarən 123 mədəni mərkəzin yaradılması haqqında məlumat toplayıb. Kitabdakı məqalələr yerli sakinlərin yararlana biləcəyi bu cür yerlərin təmiri və yenilənməsi ilə bağlı çətinliklərə, habelə onların üstünlüklərinə həsr olunub. Kitabda həm memarlar, həm də digər mütəxəssislər üçün faydalı olacaq müsahibələr, rəsmlər və diaqramlar yer alır.