"Mahabbarata". "Bhagavad Gita". Azərbaycanca. "Bhagavad Gita" dünyanın ən böyük eposu sayılan, Qədim Şərq - Hindistan dastanı "Mahabbarata"nın on səkkiz bölümündən biri, həm də bu unikal mədəniyyət-ruhi əsərin əsas kitabı sayılır.
Orxan Bahadırsoy. "Soyun, gözəlim". Bu pyes Orxan Bahadırsoy tərəfindən yazılmış ikihissəli komediyadır. Pyesdə fərqlilik iddiasına düşən rejissorun kamera önündə soyunmağa aktrisa axtarmasından bəhs olunur.
Dəyanət Osmanlı. "Nəfəsimin qatili". Poetik toplu. Kitaba istedadlı şair D.Osmanlının müxtəlif illərdə qələmə aldığı poetik nümunələrdən seçmələr daxil edilib.
Amid Əlioğlu. "İntihar edənlərin qatili". Roman. Bu əsərində gənc nasir oxucunun marağı, bir az da irəli gedib belə demək mümkünsə, psixo-art əhvalıyla qəribə - magik üslubu, axıcı - rəvan dili, mətndaxili gedişatla, real həyatın dibindən gələn mistik hadisələrlə heyrətləndirməyi bacarıb. Ayrı-ayrı fəsillərə bölünən, eyni qəhrəmanın müxtəlif situasiyalarda başına gələnlər fonunda oxucularına son illərin real və bir qədər də i-real görünən hadisələrini nəql edən müəllif daha çox cəmiyyət ilə fərd arasındakı əzəli münaqişələrə diqqəti yönəltməyə çalışır.
Camal Zeynaloğlu. "Xəyalındakı ağ yaylıqlar" (Ədəbi-publisitik kitab). Bu kitab C.Zeynaloğlunun "Yaxşı insanlar sorağında" ədəbi silsiləsindən üçüncü, oxucularıyla isə on yeddinci görüşüdür. Kitab tanınmış jurnalist, istedadlı yazıçı-publisist, şair və ziyalı, Prezident təqaüdçüsü Böyükxan Bağırlının həyat fəaliyyəti və ədəbi yaradıcılığına həsr olunur. Kitabda B.Bağırlının indiyə kimi heç yerdə dərc olunmayan "Sübh yuxusu" adlı yeni bir hekayəsi də verilmişdir.
Şəlalə Həsənova. "Mühacirət irsimizin "Yurd Bilgisi" (Təkrar və əlavələr olunmuş nəşr). Kitabda Azərbaycan mühacir ədəbiyyatşünaslığının problemləri, inkişaf yolları və milli-mənəvi fikir xəzinəsinə verdiyi töhfələr müəyyənləşdirilmişdir.
Demokratiya: gediləsi uzun bir yol... Demokratiya və antidemokratiya antologiyası e.ə.430 - b.e.1998. Kitabda təqdim olunmuş demokratiya yalnız maraqlı və idraki mövzu deyil - o, oxucunu həyəcana gətirir; o, hər hansı uydurma dramdan qat-qat dramatikdir. Perikl, Con Milton, polkovnik Reynboro, Tomas Cefferson və Oliver Vendell Holmsun səsində duyulan yüksək gərginlik Şekspir faciələrindəki hisslərdən də güclü və qaynar ehtirasdan xəbər verir.
Budda. "Dhammapada". Bu kitab hind fəlsəfəsinin mənbələrindən biri, Siddhartha Qautamaya (Budda) aid edilən fikirlər toplusudur. Buddizmin ana kitabı sayılan "Dhammapada" ilk dəfədir ki, Azərbaycan oxucusuna təqdim olunur.
Nailə Səmədova. "Azərbaycan memuar ədəbiyyat tarixi". Bu elmi araşdırma Azərbaycan memuar ədəbiyyatının yaranması, təşəkkülü və inkişaf mərhələləri haqqında dəyərli monoqrafiya sayılır. Kitab AMEA-nın 2006-cı ildəki fəaliyyəti haqqında hesabatda Əlyazmalar İnstitutunun mühüm nəticələrindən biri kimi qeyd edilmişdir.
Firidun bəy Köçərli. "Azərbaycan ədəbiyyatı”. İki cilddə. II cild. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, tənqidçi və pedaqoq Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” adlı fundamental əsərində ədəbiyyat tariximizin ən önəmli səhifələri, ədəbi proseslər elmi ardıcıllıqla nəzərdən keçirilmişdir. İndi də öz ədəbi və elmi dəyərini azaltmayan “Azərbaycan ədəbiyyatı” əsəri milli-bədii söz sənətimiz haqqında mötəbər məxəz sayılmış və sayıl maqdadır.
Firidun bəy Köçərli. "Azərbaycan ədəbiyyatı”. İki cilddə. 1-ci cild. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, tənqidçi və pedaqoq Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” adlı fundamental əsərində ədəbiyyat tariximizin ən önəmli səhifələri, ədəbi proseslər elmi ardıcıllıqla nəzərdən keçirilmişdir. İndi də öz ədəbi və elmi dəyərini itirməyən “Azərbaycan ədəbiyyatı” əsəri milli-bədii söz sənətimiz haqqında mötəbər məxəz sayılmaqdadır.
"Azərbaycan multikulturalizmi". Elmi-kulturoloji məqalələr toplusu. Nəşrə hazırlayanı, redaktoru: Aydın Xan (Əbilov). Topluda Azərbaycan və dünya intellektuallarının elmi-intellektual fikirləri, məqalələri, çıxışları, habelə Beynəlxalq Bakı Humanitar Forumunun materialları yer alıb. Multikulturalizm, dünya sivilizasiyası, mədəniyyətlərin dialoqu, bəşəriyyəti narahat edən ümumi, qlobal və milli problemlər haqqında planetar düşüncəli alimlərin, elm, sənət, mədəniyyət adamlarının, siyasətçilərin fikirləri maraqla qarşılanacağına inanırıq...
Mahatma Qandi. "Bütün insanlar qardaşdır". YUNESKO-nun ümumi iclası 1956-cı ildə Yeni Dehlidə keçirilib. Bu iclasda qərara alınıb ki, M.Qandinin fəlsəfi-bəşəri görüşlərini əks etdirən belə bir kitab hazırlanıb yayımlansın.
"Yolon sıxan" (Tolışi dədə-bobo sıxanon iyən məsəlon). "Atalar sözləri" (Talış atalar sözləri və məsəlləri). Ayrı-ayrı müəlliflərin uzun illər çəkdiyi zəhmətin bəhrəsi olan, yenidən işlənmiş və təkmilləşdirilmiş bu kitaba Talış atalar sözləri və məsəlləri, habelə bəzi tapmacalar, yanıltmaclar və alqışlar daxildir.
სურათი გარეკანზე (ცასა და მიწას შორის) ნაზიმ შახი. "Çağdaş Azərbaycan poeziyası" Gürcü dilində. kitabda ədəbi ictimaiyyətin yaxşı tanıdığı, müxtəlif ədəbi nəsilləri təmsil edən 22 Azərbaycan şairinin əsərlərindən ibarət nümunələr yer alıb. Nəşrin məsləhətçisi professor Nizami Cəfərov, layihənin rəhbəri şair-publisist Dəyanət Osmanlıdır. Şeirləri gürcü dilinə Neli Məmmədova, Zezva Medulaşvili, İmir Məmmədli, Oktay Kazımov, Anna Bartkulaşvili və Niha Zorzaneli tərcümə ediblər.