Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

Axtarış sorğusu:

Axtarışa uyğun: 2446 nəticə tapıldı


    
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə. "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" layihəsi başlandı
Müəllif: Bələdçi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə. "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" layihəsi başlandı... Layihə haqqında geniş məlumatlar.

Baxış sayı: 691
Yüklə: PDF yüklə
    


    
Mövlüd Süleymanlı. "And olsun, əsrə..." Kitaba “Erməni adındakı hərflər” romanı, “Teymurlar” povesti, “Yer üzünə məktub” tarixi-fəlsəfi-etnoqrafik yaşantılar daxil edilib.
Müəllif: Mövlüd Süleymanlı

Mövlüd Süleymanlı. "And olsun, əsrə..." Xalq yazıçısı Mövlüd Süleymanlının bu yeni kitabına “Erməni adındakı hərflər” romanı, “Teymurlar” povesti, “Yer üzünə məktub” tarixi-fəlsəfi-etnoqrafik yaşantılar kimi son illər qələmə aldığı maraqlı əsərləri daxil edilib.

Baxış sayı: 712
Yüklə: PDF yüklə
    


    
Mehman Süleymanov. "Nadir şah". Tarixi-elmi araşdırma. Kitab Asiyanın sonuncu böyük fatehi sayılan Nadir şahın həyat və hərbi fəaliyyətnə həsr edilmişdir.
Müəllif: Mehman Süleymanov

Mehman Süleymanov. "Nadir şah". Tarixi-elmi araşdırma.  Kitab Asiyanın sonuncu böyük fatehi sayılan Nadir şahın həyat və hərbi fəaliyyətnə həsr edilmişdir. Müəllif tərəfindən Nadir şahın uşaqlıq illəri, onun sərkərdə kimi formalaşdığı mürəkkəb hərbi-siyasi şərait, onu hakimiyyətə aparan döyüş yolu, böyük bir imperiyanın yaradılması üçün tarixə sığmayan fatehliyi və nəhayət faciəli həyatı geniş şəkildə araşdırılmışdır.

Baxış sayı: 760
Yüklə: PDF yüklə
    


    
Yusif Cəfərli. “Vəliağa muğanlıları və ya Torpaq müqəddəsdir”. Müəllif xalq təfəkküründən, yaddaşından alıb ona söykəndiyimiz bilgiləri, düşüncələri bu publisistik yazılarda oxucularla bölüşür.
Müəllif: Bələdçi

Yusif Cəfərli. "Vliağa muğanlıları və ya Torpaq müqəddəsdir". Publisitika və şeirlər. Müəllif xalq təfəkküründən, yaddaşından alıb ona söykəndiyimiz bilgiləri, düşüncələri bu publisistik yazılarda oxucularla bölüşür.

Baxış sayı: 681
Yüklə: PDF yüklə
    


    
Orxan Bahadırsoy. "Madmuazel Şanel". İki hissəli dram. Gənc dramaturq-nasir O.Bahadırsoyun bu ikihissəli tarixi pyesi məşhur fransız modelyer Koko Şanelin həyatından bəhs edir...
Müəllif: Orxan Bahadırsoy

Orxan Bahadırsoy. "Madmuazel Şanel". İki hissəli dram. Gənc dramaturq-nasir O.Bahadırsoyun bu ikihissəli tarixi pyesi məşhur fransız modelyer Koko Şanelin həyatından bəhs edir...

Baxış sayı: 710
Yüklə: PDF yüklə
    


    
Sabir Qaraqoyunlu (Əfəndiyev). “Qaraqoyunlu ləhcəsi “Dədə Qorqud” ləhcəsidir”. (Seçilmiş elmi-publisistik məqalələr toplusu). Elmi məqalələr toplusu Azərbaycan dilinin saflığına həsr edilib.
Müəllif: Bələdçi

Sabir Qaraqoyunlu (Əfəndiyev). “Qaraqoyunlu ləhcəsi “Dədə Qorqud” ləhcəsidir”. Toplu. Təcrübəli müəllim və filologiya elminin təəssübkeş mütəxəssisi kimi daim axtarışlar aparan, nəşr edilən elmi və bədii əsərin dilinə, televiziya verilişlərinə, xüsusən də lüğət vəsaitlərinə böyük tələbkarlıqla yanaşan, titulundan və ad-sanından asılı olmayaraq heç bir müəllifə, yaxud da tərtibçiyə, aparıcıya yol verdiyi dil xətalarına görə güzəştə getmədən, ürək ağrısı ilə obyektiv reaksiya verən, etiraz səsini ucaldan Sabir Qaraqoyunlunun (Əfəndiyev) “Qaraqoyunlu ləhcəsi “Dədə Qorqud” ləhcəsidir” kitabı Azərbaycan dilinin saflığına həsr edilib.

Baxış sayı: 682
Yüklə: PDF yüklə
    


    
Manaf Süleymanov. "Eşitdiklərim, oxuduqlarım, gördüklərim". Sənədli nəsr - memuar. Kitab Bakının qə­­­dim keçmişindən, inqilab dövründə neft səltənətində baş ve­rən hadi­sə­lərdən, Bakının kəşməkəşli günlərindən bəhs edir.
Müəllif: Manaf Süleymanov

Manaf Süleymanov. "Eşitdiklərim, oxuduqlarım, gördüklərim". Sənədli nəsr - memuar. Kitab Azərnəşr 1989-cu il buraxılışı əsas götürülərək, müəllifin nəvəsi Zaur Əhmədzadə ilə bağlanan müqaviləyə əsasən nəşr edilib. Kitab Bakının qə­­­dim keçmişindən, inqilab dövründə neft səltənətində baş ve­rən hadi­sə­lərdən, Bakının kəşməkəşli günlərindən bəhs edir.

Baxış sayı: 717
Yüklə: PDF yüklə
    


    
Joze Saramaqo. “Seçilmiş əsərləri”. Görkəmli Portuqaliya yazıçısı Joze Saramaqonun “Seçilmiş əsərləri”nə “İsanın İncili”, “Təxirə salınmış ölüm” romanları, “İn Nomine Dei” pyesi və yazıçının Nobel nitqi daxil edilmişdir.
Müəllif: Joze Saramaqo

 Joze Saramaqo. “Seçilmiş əsərləri”. Görkəmli Portuqaliya yazıçısı Joze Saramaqonun “Seçilmiş əsərləri”nə “İsanın İncili”, “Təxirə salınmış ölüm” romanları, “İn Nomine Dei” pyesi və yazıçının Nobel nitqi daxil edilmişdir.

Baxış sayı: 731
Yüklə: PDF yüklə
    


    
Гани Джамалзаде. “Золотой осленок”. Роман. Перевод с азербайджанского языка: Надир Агасиев, Медина Агасиева, Борис Кутуков. Qəni Camalzadə. “Qızıl xoduğ”. Roman. Rus dilində
Müəllif: Qəni Camalzadə

Гани Джамалзаде.  “Золотой осленок”. Роман. Перевод с азербайджанского языка: Надир Агасиев, Медина Агасиева, Борис Кутуков. Qəni Camalzadə. “Qızıl xoduğ”. Roman. Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı yazıçı-yumorist Qəni Camalzadənin "Qızıl xoduğ" kitabına müəllifin eyniadlı romanının rus dilinə olunmuş variantı daxil edilib.  Bu yazıçının oxucularla yeddinci görüşüdür. Kitaba daxil edilmiş romanda maraqlı etnoqrafiq - psixloji löhvələr var

Baxış sayı: 726
Yüklə: PDF yüklə
    


    
"Nəfəs. Kitablar kitabı." Nəfəs - kitablar kitabı — Ramiz Rövşənin bir kitaba toplanmış əsərləri külliyyatı - əvvəllər ayrı-ayrı nəşr olunmuş beş kitabı özündə ehtiva etmişdir...
Müəllif: Ramiz Rövşən

Ramiz Rövşən. "Nəfəs. Kitablar kitabı." Nəfəs - kitablar kitabı — Ramiz Rövşənin bir kitaba toplanmış əsərləri külliyyatı -  əvvəllər ayrı-ayrı nəşr olunmuş beş kitabı özündə ehtiva etmişdir: "Göy üzü daş saxlamaz", "Kəpənək qanadları", "Bir yağışlı nəğmə", "Hamı oğul böyütmüşdü", "Ayın o biri üzü". İlk üç kitab nəzm, dördüncü-nəsr, beşinci esselərdən ibarətdit.

Baxış sayı: 785
Yüklə: PDF yüklə
    


    
Qalib Yağlıvəndli. "Tanrı elçiləri, haqqın yolçuları". Poetik-epik toplu. Qalib Yağlıvəndli şeirləri ilə insanlığı haqqa dəvət etməyə çalışır. Bu kitabında Tanrı və onun elçiləri haqqında bədii, anoloqu olmayan poemalar yer almışdır.
Müəllif: Qalib Yağlıvəndli

Qalib Yağlıvəndli. "Tanrı elçiləri, haqqın yolçuları". Poetik-epik toplu. Qalib Yağlıvəndli şeirləri ilə insanlığı haqqa dəvət etməyə çalışır. Bu kitabında Tanrı və onun elçiləri haqqında bədii, anoloqu olmayan poemalar yer almışdır. Bu poemalarda Tanrıya qovuşmağın ən asan və doğru yolunu göstərmişdir. O, poetik duyğudan istifadə edərək haqqa çatmaq istəyənlərə yol göstərir.

Baxış sayı: 733
Yüklə: PDF yüklə
    


    
“Qızıl xoduğ”. Roman və hekayələr. Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı yazıçı-yumorist Qəni Camalzadənin "Qızıl xoduğ" kitabına müəllifin eyniadlı romanı və hekayələri daxil edilib.
Müəllif: Qəni Camalzadə

Qəni Camalzadə. “Qızıl xoduğ”. Roman və hekayələr. Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı yazıçı-yumorist Qəni Camalzadənin "Qızıl xoduğ" kitabına müəllifin eyniadlı romanı və hekayələri daxil edilib.  Bu yazıçının oxucularla altıncı görüşüdür. Kitaba daxil edilmiş romanda maraqlı etnoqrafiq - psixloji löhvələr var. Hekayələr isə yumor və satira nümunələridir.

Baxış sayı: 698
Yüklə: PDF yüklə
    


    
Xorxe Luis Borxes. "Dante haqqında doqquz esse". Borxes. Səsini XX əsr dühalarının dinlədiyi, dövrümüzün ən maraqlı mütəfəkkirlərindən biri. O, bir o qədər də çox yaratmayıb; bir neçə şeir kitabı, hekayələr, esselər.
Müəllif: Xorxe Luis Borxes

Xorxe Luis Borxes. "Dante haqqında doqquz esse". Borxes. Səsini XX əsr dühalarının dinlədiyi, dövrümüzün ən maraqlı mütəfəkkirlərindən biri. O, bir o qədər də çox yaratmayıb; bir neçə şeir kitabı, hekayələr, esselər. Borxesin esseləri lakonizmi ilə konspektləri xatırladır.

Baxış sayı: 738
Yüklə: PDF yüklə
    


    
"Mahabbarata". "Bhagavad Gita". Azərbaycanca. "Bhagavad Gita" dünyanın - qədim Hindistan ən böyük eposu sayılan "Mahabbarata"nın on səkkiz bölümündən biri, həm də bu unikal mədəniyyət-ruhi kitabı
Müəllif: Bələdçi

"Mahabbarata". "Bhagavad Gita". Azərbaycanca. "Bhagavad Gita" dünyanın - qədim Hindistan ən böyük eposu sayılan "Mahabbarata"nın on səkkiz bölümündən biri, həm də bu unikal mədəniyyət-ruhi əsərin əsas kitabı. II - Təkmilləşdirilmiş və genişləndirilmiş nəşri...

Baxış sayı: 707
Yüklə: PDF yüklə
    


    
Rövşən Yerfi. “Qazamat “sanitar”ları”. Povestlər. Kitabda cəza yerlərinin müasir həqiqətləri təsvir edilir. Oxucuların marağını nəzərə alıb kitaba “Residivist” povesti də əlavə olunmuşdur.
Müəllif: Rövşən Yerfi

Rövşən Yerfi. “Qazamat “sanitar”ları”. Povestlər. Kitabda cəza yerlərinin müasir həqiqətləri təsvir edilir. “Qazamat “sanitar”ları”nda hadisələr əsasən həbsxanadakı ən yüksək və ən aşağı təbəqələrdən bəhs edir. Oxucu əhvalatlarla tanış olduqca bir-biri ilə sərt təzadları olan təbəqələr arasında həm də yaxınlıq tapacaq, fiziki və mənəvi üzdəniraqlığı şərtləndirən əlamətləri aydınlaşdıracaqdır. Oxucuların marağını nəzərə alıb kitaba “Residivist” povesti də əlavə olunmuşdur.

Baxış sayı: 717
Yüklə: PDF yüklə