
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın təqdimatında
"Azərbaycan multikultural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği". Elektron kitab N 17-36 (75 - 2015)
Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-cü ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun "Azərbaycan multikultural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği" kreativ-innovativ layihəsi çərçivəsində http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirib
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/
Yeni Yazarlar və Sənətçilər Qurumu: http://www.yysq.org http://www.elmler.net
სურათი გარეკანზე (ცასა და მიწას შორის) ნაზიმ შახი
"Çağdaş Azərbaycan poeziyası"
Gürcü dilində
Nəşrin məsləhətçisi: professor Nizami Cəfərov
Layihənin rəhbəri: şair-publisist Dəyanət Osmanlı
Şeirləri gürcü dilinə tərtümə etmişlər:
Neli Məmmədova
Zezva Medulaşvili
İmir Məmmədli
Oktay Kazımov
Anna Bartkulaşvili
Niha Zorzaneli
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bakı - 2015
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
"Azərbaycan multikurtural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği" silsiləsindən olan e-kitablarla buradan tanış olun: http://kitabxana.net/?oper=readBook&id=2288
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
Gürcü dilində: "Çağdaş Azərbaycan poeziyası" antologiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” adlı layihə çərçivəsində gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb.
“QHT Nəşriyyatı”nda 350 tirajla nəşr olunan kitabda ədəbi ictimaiyyətin yaxşı tanıdığı, müxtəlif ədəbi nəsilləri təmsil edən 22 Azərbaycan şairinin əsərlərindən ibarət nümunələr yer alıb. Nəşrin məsləhətçisi professor Nizami Cəfərov, layihənin rəhbəri şair-publisist Dəyanət Osmanlıdır. Şeirləri gürcü dilinə Neli Məmmədova, Zezva Medulaşvili, İmir Məmmədli, Oktay Kazımov, Anna Bartkulaşvili və Niha Zorzaneli tərcümə ediblər.
“Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı bildirib ki, bu layihənin məqsədi müasir Azərbaycan şairlərinin xaricdə tanıdılması, Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin inkişafına kömək etməkdir. Çağdaş Azərbaycan poeziyası gürcü dilində antologiya halında çıxması ilk təşəbbüsdür və ədəbiyyatımızın qonşu və dost ölkə olan Gürcüstanın ictimai, elmi, ədəbi mühitində təbliğinə yönəlib.
Kitab Gürcüstanda kitabxanalara, mədəniyyət mərkəzlərinə və digər uyğun ictimai qurumlara hədiyyə olaraq paylanıb.
Təqdimat mərasimi Gürcüstan azərbaycanlılarının Tbilisidəki “Varlıq” Mədəniyyət Mərkəzinin ofisində keçirilib.