
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumunun "Çağdaş Azərbaycan elmi irsi" intellektual-kulturoloji layihəsi çərçivəsində təqdim edilir. Elektron Kitab N 24 (86 - 2015)
Kulturoloji layihəni maliyyələşdirən qurum: YYSQ - http://www.yysq.org
Şəlalə Həsənova
"Mühacirət irsimizin "Yurd Bilgisi"
(Təkrar və əlavələr olunmuş nəşr)
Redaktə və bütün hüquqlar müəllifə məxsusdur.
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bаkı, YYSQ - 2015
Kitabda Azərbaycan mühacir ədəbiyyatşünaslığının problemləri, inkişaf yolları və milli-mənəvi fikir xəzinəsinə verdiyi töhfələr müəyyənləşdirilmişdir. "Azərbaycan Yurd Bilgisi" jurnalı Azərbaycan mühacirətinin digər mətbu orqanları ilə müqayisəli şəkildə nəzərdən keçirilmiş, onun qaldırdığı əsas problemlər, yeni elmi kəşflər haqqında geniş məlumat verilmişdir.
Əsərdə jurnalın yaradıcısı və naşiri, İstanbul Universitetinin professoru, dünya miqyasında tanınan türkoloq-alim Əhməd Cəfəroğlunun zəngin elmi irsi ilk dəfə olaraq Azərbaycan elmi fikrinin ayrılmaz hissəsi kimi şərh edilmişdir.
1995-ci ildə işıq üzü görmüş bu kitab Azərbaycan Yazıçılar Birliyinin təqdimatı ilə "Ən yaxşı elmi-tədqiqat əsəri" nominasiyasında "Humay-96" mükafatı ilə təltif olunmuşdur.
Şəlalə Həsənova. "Mühacirət irsimizin "Yurd Bilgisi". Təkrar və əlavələr olunmuş nəşr. "Letterpress" nəşriyyar evi. Bakı, 2014, səh.251.