Zaur Ustac. "Məhdud həyatın məchul düşüncələri". Elektron Kitab Zaur Ustac yaradıcılığının "30" illik yubley tədbirləri çərçivəsində nəşr olunur. Bu e-nəşr Zaur Ustac yaradıcılığının "30" illik yubleyi ilə bağlı hazırlnıb. E-kitab müəllifin ənənəvi qaydada 2011-ci ildə nəşr olunmuş eyni adlı kitabının elektron variantıdır. Kitabda şairin 1995 - 2002-ci illərdə qələmə aldığı şeirlər yer almışdır.
Zaur Ustac "Mum kimi yumuşalanda". Şeirlər kitabı. Elektron kitab şair-publisit Zaur Ustac 30 illik yaradıcılığının ilkin dövründə qələmə aldığı şeirləri özündə toplayır. Bu e-nəşr Zaur Ustac yaradıcılığının 30 illik yubley tədbirləri çərçivəsində e-nəşr olunur. Bu kitab müəllifin ənənəvi qydada 2011- ci ildə nəşr olunmuş eyni adlı kitabının elektron variantıdır. Kitabda şairin 1993 - 1995- ci illərdə (əsgərlik dövründə) qələmə aldığı şeirlər yer almışdır.
Aida Hacıxanım "Ömrün anları". Ədəbi-kütləvi e-nəşr. Bu elektron kitab şair-publisit Zaur Ustac bədii yaradıcılığının 30 illik yubiley çərçivəsində nəşr olunur. Elektron Kitab Zaur Ustac yaradıcılığının 30 illik yubiley tədbirləri çərçivəsində nəşr olunur. Bu kitabda şairin icazəsi ilə tərtibçilər tərəfindən ümumi istifadədə olan, əsasən müxtəlif internet mənbələrindən toplanaraq seçilmiş fotolarından istifadə olunmuşdur. Bundan əlavə iki qrafikada, dörd dildə yazar haqqında qısa məlumat verilmişdir.
Samid Quliyev və Etibar Vəliyev. "Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları". Etnoqrafiq-kulturoloji tədqiqat əsəri. Kitab Lənkəran rayonunda əsrlərdir ki, mövcud olan multikultural mədəniyyətin tarixindən bəhs edir. Həmçinin kitabda Lənkəranın tarixi, burada yaşayan xalqlar, dini icmalar, məbəd və ziyarətgahlar barədə geniş məlumat verilmişdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab araşdırmaçılar üçün dəyərli vəsaitdir.
Əli Cabbarov. "Turizm marşurutları və ekskursiya işinin təşkili". Elmi nəşr - dərs vəsaiti. “Naxçıvan” Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun növbəti sahəvi dərs vəsaiti.
Gilə Bayramova. "Sənin baxışların". Şeirlər toplusu. Qadın şairlər içində seçilmək istəyən, maraqlı duyğusal şeirlər müəllifinin ilk poetik e-kitabı...
"Culture and Tourism of Azerbaijan". Scientific-mass publication. (In english). "Azərbaycan mədəniyyəti və turizmi". Elmi-kütləvi nəşr. (İngilis dilində). Kreativ milli turizmimizə aid ingilis dilində xaricilərə ünvanlanmış elektron nəşr. Administrative Department of the President of the Republic of Azerbaijan. PRESIDENTIAL LIBRARY.
"Kreativ layihə: İnternet və sosial şəbəkələrdə Azərbaycan kreativ turizmin inkişafına dəstək". "Sabitlik və İnkişaf Mərkəzi" İctimai Birliyinin kreativ-innovativ layihəsi...
Aydın Xan Əbilov. “Payızın kreativ "Ulduzu”. Ekspert rəyi - ədəbi-tənqidi araşdırma. Eyni zamanda AYB-nin ədəbi gənclik dərgisi: "Ulduz" jurnalının elektron saytları - pdf variantlarının keçidləri...
Xeyrəddin Qoca . “Xeyrəddin Qocanın gülüşü”. Miniatür - satirik kitab. Tanınmış satirik yazıçı-publisit, diplomat və düşüncə adamı, AYB İH-nin üzvü Xeyrəddin Qocanın bu orijinal yumoristik-satirik hekayələr toplusu cəmiyyətin eyiblərini göstərən ədəbi güzcüdür.
Cəvahir Qaraqızı. “Turana doğru” adlı ilk kitabı ilə oxucularının görüşünə gələrək, Vətən, türk dünyası, təbiət mənzərələri, sevgi, milli-mənəvi dəyərlərə aid şeirləri, eləcə də lirik poeması ilə onların marağını cəlb edir...
Tofiq Xəzər. "Bərdədən görünən dünya". Roman-epopeya. 16 cilddə. II hissə. XII cild. Azərbaycan və dünya ədəbiyyatında bir ilk olaraq 16 cilddə qələmə alınmış bu roman-epopeya XX və XXI əsr Azərbaycan mənəviyyatının ədəbi ensiklopediyasıdır.
Orxan Bahadırsoy. "Terror" - İki hissəli faciə. Pyes. "Terror" iki hissəli teatr əsəri ayrı-ayrı zamanlarda və ayrı-ayrı məkanlarda terror qurbanı olmuş müxtəlif insanların taleyindən bəhs edir. Hadisələr terrorda ayaqlarının hərəkət qabiliyyətini itirmiş bilikli və istedadlı bir Gənc Oğlanın, həmin terrorda anasını itirən gənc Aktrisanın, başqa bir terror hadisəsində bətnindəki körpəsini itirən Jurnalist qadının və bu terror hadisələrinin qurbanı olan Modelyer, Astrofizik, Həkim və Səfil kimi başqa adamların taleyi üzərindən cərəyan edir.
Zaur Ustac. "Otuz ildir, əldə qələm". Poetik toplu. Bu kitab, Zaur Ustac yaradıcılığının "30" illik yubley tədbirləri çərçivəsində nəşr olunur. Kitabda ön söz və son söz əvəzinə işlənmiş şeirlərdən əlavə müəllifin müxtəlif illərdə yazdığı 43 şeir toplanmışdır. Şeirlər elə seçilib ki, onları oxumaqla şairin dünyaya baxışı, həyat fəlsəfəsi, ədəbi görüşləri və bədii yaradıcılığı haqqında istiqamətverici fikrə sahib olmaq olar.
"Vaqiflər, Mehmanlar anasıyam mən!" Aprel döyüşlərinin qəhrəman şəhidlərinə ağılar. Zeynəb Bayramova. Şəhid Mehman və Vaqif Bayramovların anası poetik dillə qəhrəmanlara layla deyir...