Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Əli Cabbarov. "Turizm marşurutları və ekskursiya işinin təşkili". Elmi nəşr - dərs vəsaiti. “Naxçıvan” Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun növbəti sahəvi dərs vəsaiti.

Müəllif:

Əli Cabbarov


Kateqoriya:

Kreativ Turizm Mərkəzi



Qısa Təsvir:

Əli Cabbarov. "Turizm marşurutları və ekskursiya işinin təşkili". Elmi nəşr - dərs vəsaiti. “Naxçıvan” Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun növbəti sahəvi dərs vəsaiti. 


Baxış sayı: 1624
    
    


www.kitabxana.net  -  Milli Virtual-Elektron Kitabxana

 

 “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyinin təqdimatında

 

  “İnternet və sosial şəbəkələrdə Azərbaycan kreativ turizmin inkişafına dəstək” kreativ-innovativ layihə. 

Elektron kitab N 37  (03 - 2018)

 

  Bu elektron nəşrlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə I-ci maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, Şura tərəfindən bir hissəsi maliyyələşdirilən, “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən, - http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın dəstəklədiyi “İnternet və sosial şəbəkələrdə Azərbaycan kreativ turizmin inkişafına dəstək” kreativ-innovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayılır. 

 

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurumlar

 

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/ 

 

“Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi:

https://www.facebook.com/sabitlik/?fref=ts

www.inktv.az

 

 “İnternet və sosial şəbəkələrdə Azərbaycan kreativ turizmin inkişafına dəstək

Kreativ-innovativ layihəsi çərçivəsində rəsmi Feysbuk səhifəsi burada: 

 https://www.facebook.com/virtualturizmmerkezi

 

 E-nəşrlər burada:

 

 http://kitabxana.net/?oper=e_kitabxana&cat=178

 

Əli Cabbarov 


"Turizm marşurutları və ekskursiya işinin təşkili"


Elmi nəşr - dərs vəsaiti


Kitab SİMİB tərəfindən e-nəşrə hazırlanıb

  Kitabxana.net - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

 Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazıçı-kulturoloq


“Naxçıvan” Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun “Turizm marşrutları və ekskursiya işinin təşkili” adlı dərs vəsaiti işıq üzü görüb. 
   Turizm və hotelçilik ixtisası üzrə eyniadlı fənnin tədrisi məqsədilə hazırlanan kitab üç fəsildən ibarətdir. Birinci fəsildə turizm marşrutları və onların yaradılması, ikinci fəsildə ekskursiya fəaliyyəti və onun təşkili üzrə nəzəri məsələlərə dair 15 dərs mövzusu təqdim olunur. 
   Dərs vəsaitinin üçüncü fəslində müvafiq fotoşəkillərlə Naxçıvan Muxtar Respublikasının turizm ehtiyatları timsalında konkret tur nümunələri və təqdimat reseptləri, həmçinin ekskursiyalar zamanı çoxişlənən turizm terminləri verilib. Nəşrdə turizm marşrutlarının davamlılığı, onların texniki və iqtisadi cəhətdən əsaslandırılması, ekoloji maraqların, yerli əhalinin mənafelərinin qorunması və təhlükəsizlik məsələləri əksini tapıb. 
   Kitabdan turizm və səyahət məsələləri ilə maraqlananlar da faydalana bilər.

Turizm və otelçilik ixtisası üzrə ali təhsil verən ali məktəblərin baza təhsil proqramında yer alan “Turizm marşrutları və ekskursiya işinin təşkili” fənninin tədrisi məqsədilə çap edilmiş kitab tədris prosesi üçün əhəmiyyətlidir.

Nəşr 3 fəsildən ibarətdir. Birinci fəsildə turizm marşrutları və onların yaradılması, ikinci fəsildə ekskursiya fəaliyyəti və onun təşkili üzrə nəzəri məsələlərə dair 15 dərs mövzusu təqdim olunub. Dərs vəsaitinin üçüncü fəslində müvafiq fotoşəkillərlə birgə Naxçıvan Muxtar Respublikasının turizm məkanlarının timsalında konkret tur nümunələri və təqdimat reseptləri, həmçinin ekskursiyalar zamanı çoxişlənən turizm terminləri verilib. Turizm destinasiyasında yaradılacaq marşrutların davamlılığı, onların texniki və iqtisadi cəhətdən əsaslandırılması, ekoloji maraqların, yerli əhalinin mənafelərinin ödənilməsi və təhlükəsizlik məsələləri üzrə mövzuları öyrənən tələbələr turizm marşrutu, turizm marşrutlarının yaradılmasına təsir edən amillər, tur və onun mahiyyəti, turların formalaşdırılması zamanı resursların düzgün qiymətləndirilməsi barədə biliklər əldə edə bilərlər.

Yeni nəşrdə ekskursiya fəaliyyətinin təşkili üçün əsas baza olan nəzəri və metodoloji biliklərin əldə edilməsi məqsədilə məntiqi ardıcıllığa əməl olunmasına, onun pedaqoji mahiyyətinin və təqdimatların keçirilməsi qaydalarının öyrənilməsinə xüsusi yer ayrılıb, konkret situasiyalar üzrə izahlar verilib. Bu baxımdan kitabda işlənmiş hər bir mövzuya dair təqdim olunmuş yoxlama suallar və testlər tələbələrin bu fənn üzrə biliklərinin möhkəmləndirilməsi üçün də əhəmiyyətlidir.

Kitabdan turizm ixtisasında dərs deyən müəllimlər, bu sahə üzrə təhsil alan bakalavr və magistrantlar, turizm sahəsində çalışan mütəxəssislər, o cümlədən turizm və səyahət məsələləri ilə maraqlananlar faydalana bilərlər.

 

Müəllif başqa e-kitabları:

 

http://kitabxana.net/?oper=readBook&id=2964

 

DİQQƏT

 

Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.



"Sabitlik və İnkişaf Mərkəzi" İctimai Birliyinin kreativ-innovativ layihəsi haqqında geniş məlumatlar


Öz fəaliyyətini ölkəmizin sürətli iqtisadi-sosial, ictimai-siyasi inkişafı, genişlənməkdə olan vətəndaş cəmiyyətinin möhkəmlənməsi istiqamətində daha da gücləndirən, İctimai Nəzarət Koalisiyasının təsisçilərindən olan "Sabitlik və İnkişaf Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin 1-ci qrant müsabiqəsinə təqdim etdiyi məqsədilə internet və sosial şəbəkələrdə məlumatlandırma tədbirlərinin təşkili" adlı layihəsi həyata keçirilməyə başlanılıb.
4 ay müddətində, may-avqust 2018-ci il tarixlərində həyata keçiriləcək kreativ layihə ilə əlaqədar İctimai Nəzarət Koalisiyası İH-nin rəhbəri, eyni zamanda "Sabitlik və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri, layihənin baş əlaqələniricisi, tanınmış ictimai lider Rasim Məmmədov geniş məlumat vermişdir. 
Bütün dünyada baş verən iqtisadi dəyişikliklər, İKT-nin və robot texnikasının, süni intellektin sürətlə inkişafı, klassik iş yerlərinin yeni kreativ fəaliyyət növləriylə əvəzlənməsi, qlobal iqtisadi böhran, Azərbaycanda qeyri-neft sektorunun inkişafına dair ölkə Prezidentinin qəbul etdiyi proqramlar, eləcə də milli turizmin inkişaf etdirilməsiylə əlaqədar dövlətimizin apardığı siyasəti dəstəkləmək layihənin əsas məqsədlərindəndir. Milli turizim sahələrinin inkişafına təsir göstərə biləcək intellektual-kreativ resursların hazırlanması, İnternetdə - sosial şəbəklələrdə dəstəklənməsini, Azərbaycan əyləncə-istirahət mədəniyyətinin dünyaya çıxararaq əcnəbi turistlərin öıkəmizə axınına təkan verməyi qarşısına məqsəd qoyan innovativ layihə yerli xüsusiyyətləri nəzərə almaqla, sözügedən sahələrə yanaşmaları əsas götürür, bu istiqamətdə bacarıqlarının beynəlxalq standartlara yaxınlaşmasını təbliğinə yönəlib. Təşkil olunacaq pilot tədbirlər vasitəsilə turizmin az inkişaf etmiş kənd, ekoloji, mədəni, dağ, etnik, hətta daha yeni forması olan multikultural növlərinə daha innovativ-kreativ yanaşmanın vacibliyini bu sahənin müxtəlif peşə sahiblərinə öyrətməklə mədəni turizm sahəsində intellektual-kreativ materialların yeni - fərqli virtual məhsullardan ibarət resursların yaradılması nəzərdə tutulur, bölgələrdə onların tanıdılması, İnternet və sosial şəbəkələrdə məxsüsi olaraq PR-ı aparılması nəzərə alınıb. Layihə çərçivəsində turizmin elmi-kreativ tərəflərindən ibarət rəqəmsal nəşrlərin, digər audio-vizual, virtual məhsulların yayımı, təbliği, eləcə də bu sahədə problemlərin araşdıraraq cəmiyyətin müzakirəsinə çıxarması nəzərdə tutulur. 
Post-neft erasının daxil olduğumuz zaman İKT sürətlə həyatımızın, iqtisadiyyatımızın müxtəlif sahələrinə nüfuz etməyə başladı. Yeni geoiqtisadi tələblərdən çıxış edərək respublikamızda qeyri-neft sahələrinin inkişafına xüsusi diqqət ayrılıb. Elə istiqamətlərdən biri də gəlirli sahələrdən sayılan turizmin və onun müxtəlif qollardır. Ölkəmizdə turizm sənayesi inkişafı son illərdə sürətlənsə də, onun ayrı-ayrı sahələri hələ də yetərincə inkişaf etməyib. Respublikamızda turizmin çox və nisbətən az inkişaf etdiyi istiqamətləri və bölgələrinin təcrübə mübadiləsini təşkil etmək lazımdır ki, ölkəmizin hər yerində turizm iqtisadiyyatımızın əsas gəlir mənbəyinə çevrilsin. Ancaq bizdə turizmin iqtisadi, maliyyə, sosial, bazar, marketinq, qida və ərzaq təminatı, mədəni yanaşma, hüquqi tərəflərlə bağlı çoxsaylı problemlər var ki, onlar həll olunmasa, qonşu ölkələrə rəğmən bizdə bu gəlirli sahə ləng inkişaf edəcək. Bizdə hələ də turizmə əyləngə sahəsinin bir forması - ekskursiya və səyahət hadisəsi kimi fərdi-maliyyə hadisəsi kimi yanaşma, düşüncə mövcuddur.
Kreativ biznesin ən çox inkişaf etmiş sahəsi olan beynəlxalq turizmin mədəni və etnoqrafiq istiqaməti hələ də yetərincə tədqiq olunmayıb, turizmlə bağlı lazımi vəsaitlərin hazırlanmaması, milli turizmin İnternetdə, xüsusən də virtual aləmdə yetərincə təbliği, tanıtımı təşkil edilməməsi, sahəvi-elmi ədəbiyytların elektron variantların olmaması müəyyən mənada iqtisadiyyatın bu yüksək gəlili növünün inkişafında problemlər yaradır. 
Turizm ölkənin bir saylı vizit sahəsi sayılır, xaricilər milli mədəniyyəti, xalqın həyatını məhz fərdi və qrup halında səyahət etməklə tanıyırlar. Bu tanışlıq zamanı isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablar formasında tələbat duyulur. Turizm və mədəni turizmə həsr olunmuş praktik çap və vizual vəsaitlərin sosial şəbəkələr, İnternet resurslarında yerləşdirməklə bu sahədəki nisbi boşluğu qismən doldurmaq lazımdır. Eyniliklə, Azərbaycan haqqında müxtəlif dillərdə yaradılan audio-vizual, reklam xarakterli video materialları, tanıtım məhsularını sosial şəbəkələr, videopaylaşım platformaları, kompyüter və smartfonlar üçün ayrıca proqram əlavələri, tətbiqlər yaratmaqla bu istiqamətdəki boşluqları doldurmaq mümkündür. 
Xarici və daxili turizm industuriyasında çalışan peşəkarlar əksər hallarda sahəvi ədəbiyyat, təcrübələrin paylaşılması, müxtəlif dillərdə İnternet resursları və e-nəşrlərin azlığıyla rastlaşırlar. İnternetdə, elektron kitabxana və sosial şəbəkələrdə kreativ turizm və milli-mənəvi mədəniyyət sahələri barədə həqiqətləri əks etdirən, tanınmış imza sahibləri - yazıçı və alimlərin, publisist, araşdırmaçı və bloqerlərinişıq üzü görmüş kitablarının elektron variantları məhdud saydadır. Parəkəndə halda İnternetdə yerləşdirilən, yaxud elektron - rəqəmsal halda azsaylı bu qəbil intellektual-kulturoloji, kreativ materialların toplanaraq bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkələrdə ədəbi-mədəni, kultruroloji-kreativ texnologiya - insanları birləşdirən mənəvi-mədəni dəyərlər toplusu kimi təbliğ olunmasına böyük ehtiyac var. 
Respublikamızda keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli diaspor mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında Azərbaycanın müxtəlif sivilizasiyasların mövcud olduğu qlobal turistik məərkəz kimi tanıdılması ilə bağlı ciddi resurslara, eləcə də dəyərli e-kitablara, elektron nəşrlərə böyük ehtiyac hiss edilir. Turizm sahəsinə aid dəyərli elektron nəşrlərin şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə ictimaiyyətə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə böyük ehtiyac duyulur. Müxtəlif ədəbi-mədəni, kreativ-kulturoloji bilgilərlə bağlı elmi-intellektual nəşrlərin azlığını aradan qaldırmaq üçün dünyanın və Azərbaycanın tanınmış peşəkarların, alimləri və yazarlarının əsərlərindən ibarət elektron kitabxananın hazırlanması, həm də yuxarıda sadalanan istiqamətlərdəki boşluqları, qismən də olsa, doldurmağa yönəlib.
Layihə turizm sahəsində yeniliklərlə bol modellərin ölkəmizdə də inkişafına xidmət edəcək kreativ-innovativ təşəbbüslərin dəstəklənməsi ilə yanaşı, kreativ biznes və mədəniyyət sahələrdə yeni iş yerlərinin açılmasını təşviqinə yönəldilib.