
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
"Kreativ innovasiya: yazıçıların elektron kitab və mədəni biznes sahəsindəki təşəbbüslərinin dəstəklənməsi"
Elektron kitab N 32 (12 - 2018)
Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə I maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, Şura tərəfindən bir hissəsi maliyyələşdirilən, "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyinin (Qurumu) - http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın "Kreativ innovasiya: yazıçıların elektron kitab və mədəni biznes sahəsindəki təşəbbüslərinin dəstəklənməsi" kreativ-innovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayımlanır.
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurumlar:
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) - http://www.yysq.kitabxana.net
Feysbukda "Kreativ innovasiya: yazıçıların elektron kitab və mədəni biznes sahəsindəki təşəbbüslərinin dəstəklənməsi" kulturoloji-bədii layihəsi çərçivəsində rəsmi səhifə: https://www.facebook.com/kreativlayihe/
"Kreativ innovasiya: yazıçıların elektron kitab və mədəni biznes sahəsindəki təşəbbüslərinin dəstəklənməsi" bölümündəki e-kitablar: http://kitabxana.net/?oper=e_kitabxana&cat=182
Xeyrəddin Qoca
“Xeyrəddin Qocanın gülüşü”
Miniatür - satirik kitab
Yumoristik-satirik hekayələr
Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb
YYSİB - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. 2018
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Xeyrəddin Qoca . “Xeyrəddin Qocanın gülüşü”. Miniatür - satirik kitab. Tanınmış satirik yazıçı-publisit, diplomat və düşüncə adamı, AYB İH-nin üzvü Xeyrəddin Qocanın bu orijinal yumoristik-satirik hekayələr toplusu cəmiyyətin eyiblərini göstərən ədəbi güzcüdür.
Xeyrəddin Qoca - Xeyrəddin Sayəddin oğlu Qoca
Saytı: http://xeyreddinqoca.tr.gg
Xeyrəddin Sayəddin oğlu Qoca — azərbaycanlı nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Xeyrəddin Qoca 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində müəllim ailəsində anadan olmuşdur. 1967-ci ildə rayonun Qəsil kənd orta məktəbini bitirdikdən sonra N.Tusi adına Pedaqoji Universitetə qəbul olunmuş, 1971-ci ildə ali məktəbi bitirmişdir. 1975-1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil almışdır. Ordu sıralarında xidməti borcunu yerinə yetirdikdən sonra (1971) uzun müddət qəzet-jurnal redaksiyalarında, Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləmişdir. "Politexnik" qəzetində müxbir (2.03.1974-03.1977), Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir (30.03.1977-08.1978, 26.07.1982-2.10.1985), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Sosialist qanunçuluğu" jurnalında böyük redaktor (9.08.1978-6.07.1982), "Dan ulduzu" qəzetində baş redaktor (25.03.1987-29.03.1991), "Mədəniyyət" qəzetində baş müxbir (29.03.1991-08.1991), "Şeytan" jurnalında müxbir (1.08.1991-04.1992, 1.02.1993-04.1993), "Açıq söz" qəzetində redaktor müavini (10.04.1992-1.11.1992), "Mozalan" qəzetində redaktor müavini (1.11.1992-02.1993), "Yeni Azərbaycan" qəzetində baş redaktor (1.04.1993-12.1997) vəzifəsində çalışmışdır.
Jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı Azərbaycanda və xaricdə çıxan 100-dən çox müxtəlif adda qəzet və jurnalda dərc edilmişdir. Xaricdə və Azərbaycanda televiziya və radio efirində yüzlərlə verilişi, sujeti və çıxışları səslənmişdir. Onun səs yazılarının bir qismi, videolentlərə yazılmış tamaşaları Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivində, qəzet və jurnallarda dərc olunan yazıları və kitabları S.Mumtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, son yaradıcılıq məhsulları isə şəxsi arxivində qorunub saxlanılır.
1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləmişdir. Ona 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsi verilmişdir.
Azərbaycan Jurnalistlər İttifaqı (1979) və Yazıçılar (1996) Birliyinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun İdarə Heyətinin üzvüdür (2008).
Ailəlidir, üç övladı var.
Yaradıcılığı
Yazıçı-satirik "Filankəslər" (1995), "Hərə öz payını götürsün" (1998), "Marallar" (2000), Türkiyədə nəşr olunmuş "Bu dünyadan məktublar" (2002), "Gərək yazam..." (2003), "Hərənin öz payı" (iki hissəli satirik komediya) (2003), "Pyeslər" (2004), "Bu da belə həyatdır..." (2008), "Biz bizə bənzərik..." (2010) adlı kitabların müəllifidir.
O, böyük türk satiriki Əziz Nesinin bir sıra əsərlərini dilimizə çevirmişdir.
Dramaturqun Akademik Milli Dram Teatrında "Hərənin öz payı..." adlı iki hissəli satirik komediyası tamaşaya qoyulmuşdur (2002). Onun "Qonşulaşma, qohumlaşma, kirvələşmə" adlı komediyası Azərbaycan Dövlət Televiziyasında ekran həyatı tapmışdır (2004). "Düzü-düz, əyrini-əyri" (2006), "Bu bizim zamanədir" (2007), "Toy olacaq..." (2008) adlı pyesləri Azərbaycan radiosunun tamaşaları kimi efirdə səslənilmişdir.
Ədibin həyat və yaradıcılığına həsr olunmuş "Xeyrəddin Qoca" (foto-kitab) (2000) və "Ömür belə keçir..." (2004) adlı kitablar nəşr olunmuşdur. "Çinar-çap" nəşriyyatı "Xeyrəddin Qocanın gülüşü" adlı miniatür kitab buraxmışdır (2007). İctimai Televiziya yazıçı haqqında "Ömür belə keçir..." adlı film çəkmişdir. (2009). Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə "Bilirəm, səsim xoşunuza gəlməyəcək..." adlı satira gecəsi keçirmişdir (avqust 2003).
Mədəniyyət və incəsənət sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür (19 mart 2007-ci il).
O, uzun müddət Moskvada çıxan "Trud" qəzetinin ictimai müxbiri olmuş, qəzetin işində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunmuş (1986), Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə Azərbaycan demokratik mətbuatının təşəkkülündə görkəmli xidmətlərinə görə "Qızıl qələm" (1994) mükafatına layiq görülmüşdür.
Müəllifin digər e-kitablarını buradan oxuyun:
http://kitabxana.net/?oper=readBook&id=2430
Kreativ-innovativ layihə haqqında
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin 1-ci qrant müsabiqəsinə "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi tərəfindən təqdim olunan kreativ layihə: "Kreativ innovasiya: yazıçıların elektron kitab və mədəni biznes sahəsindəki təşəbbüslərinin dəstəklənməsi"...
Son illər elektron kitab, e-kitabxana, İnternetüstü e-nəşr və virtual satış kimi yeni kreativ-innovativ təşəbbüslər kreativ biznesin - mədəniyyət sahələrini əhatə edən yaradıcılıq sənayesi dünyanın hər yerində sürətlə inkişaf edərək incəsənətlə, bədii yaradıcılıqla məşğul olan şəxslərin maddi rifahını yüksəltməyə xidmət etsə də, Azərbaycan ədəbiyyatın müxtəlif istiqamətlərində istedadlarını ortaya qoyan yazıçılarımız, şairlərimiz, dramaturqlarımız, tərcüməçilərimiz, naşirlərimiz, kitab yayımçılarımız, tənqidçilərimiz və esseistlərimiz bu yeni gəlirli sahələrdən kənarda qalıblar. Kreativ innovasiya formasında milli yazıçılarımızın, naşirlərimizin elektron kitab və mədəni biznes sahəsindəki təşəbbüsləri dəstəkləyir. Layihə çərçivəsində elektron kitab istehsalını, yayımını, təbliğini, bu sahədə problemlərin araşdıraraq cəmiyyətin müzakirəsinə çıxarması nəzərdə tutulub.
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.